22 Dekabr 2024, Bazar

Hər il olduğu kimi, bu il də muxtar respublikamızda taxıl tədarükünə ciddi hazırlıq işləri aparılır. Bunun üçün, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilə birgə biçinə cəlb olunacaq kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında yanğın-texniki müayinələr aparıb, 9 un dəyirmаnı və 2 yеm аnbаrındа yаnğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.
Qeyd edək ki, biçin dövründə taxıl zəmilərində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün vətəndaşlar, torpaq mülkiyyətçiləri və sahibkarlar müxtəlif təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər. Belə ki, biçinə hazırlıq dövründə hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı texniki müayinədən keçirməli, həmin texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli və bundan sonra sahələrə buraxılmalıdır.

Məhsul yığımında iştirak edən bütün texnikaların mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin olunmalı, kollektorların birləşmə hissələrində və atqı borusunun ara qatlarında zədələnmələr aradan qaldırılmalıdır. Mühərrikin çıxış kollektoruna küləşin düşməsinin qarşısını almaq məqsədilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Texnikaların akkumulyator batareyaları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərtilə şumlanmalıdır. Biçilmiş ot-taxıl zəmilərdən ən azı 30 metr məsafədə tayalanmalıdır. Biçin zamanı taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılmasına, texnikalara yanacağın doldurulmasına yol verilməməlidir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən taxıl zəmilərində baş verə biləcək yanğınlara çevik reaksiya verilməsi məqsədilə əlverişli yerlərdə və intensiv biçin aparılan sahələrdə yanğınsöndürmə heyətlərinin və magistral yol kənarlarında motoxilasedicilərin хidmətinin təşkil edilməsi, tахıl zəmilərində işləyən kоmbаynlаra gündəlik оlаrаq yanğın təhlükəsizliyi şöbələri əməkdaşlarının növbətçilik əsasında nəzarəti plаnlаşdırılıb. Bundan əlavə, taxıl biçininə hazırlıq dövründə bütün yanğınsöndürmə avtomobilləri yaşıl süpürgələrlə təmin edilib və ehtiyat yaradılıb.
Biçin dövründə taxıl zəmilərində yanğın hadisəsi baş verdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi xahiş edirik.

Naxçıvan Muxtar Respublikası Fövqəladə

Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR