22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin davamlı inkişafı əhalinin bütün təbəqələrinin, həmçinin əmək pensiyaçılarının rifah halını yüksəltmiş, onların sosial müdafiəsini gücləndirmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən ay ərzində əmək pensiyaçılarına pensiya ödənişinin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmiş, 15 milyon 601 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə ödənilmişdir. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də diqqətdə saxlanılmış, həmin şəxslərə 337 min manat vəsait ödənilmişdir.

Ötən ay pensiya hüququ yaranmış 140 vətəndaşa fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası təyin olunmuşdur. Bunlardan 109-u yaşa görə, 11-i əlilliyə görə, 20-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Pensiya təyin olunmuş vətəndaşların 71-i kişi, 69-u isə qadındır. Eyni zamanda fərdi uçot sistemi sahəsində də işlər davam etdirilmiş, yeni əmək fəaliyyətinə başlayanlara fərdi şəxsi hesablar açılmışdır.
Müvafiq dövr ərzində aidiyyəti qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 8 milyon 254 min 200 manat məbləğində vəsait yığılaraq fondun xəzinə hesabına köçürülmüşdür. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 51,7 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılmışdır. Hesabat ayında 5 hüquqi və 186 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmışdır.
Ötən ay “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamının icrası operativ qaydada təmin olunmuş, bu kateqoriyadan olan 11 nəfərə 1500, 439 nəfərə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR