22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçlılığı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialında “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialının direktoru Rövşən Abbasov belə maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb və tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşı Əbülfəz Qafarov kollektivə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, günvurma zamanı davranış qaydaları, suda boğulma hallarında ilk yardım qaydaları, qaz və elektrik təsərrüfatı, yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat verib.
Sonda suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuаt хidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR