22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprel ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 28 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 13 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə miniyerşumlayan aqreqat, 3 nəfərə 10 yeşik arı ailəsi, 1 nəfərə isə miniotbiçən verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 4 nəfərini şəhid ailəsi, 2 nəfərini müharibə veteranı, 2 nəfərini isə gənclər təşkil edib. Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə, 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Tədbirdə çıxış edənlər nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru Fəxrəddin Bağırov ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR