21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.

Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, hazırda ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsidir. Muxtar respublikada bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir,ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin əziz xatirəsi daim yad edilir, onların ailə üzvlərinin maddi-məişət şəraiti yaxşılaşdırılır. Nazir əlavə edib ki, Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Bununla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş insanlara müvafiq əlillik dərəcələrinin təyin olunması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev diqqətə çatdırıb ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclər üçün yeni imkanlar yaradılıb, onların hərtərəfli inkişafına dövlət tərəfindən mühüm töhvələr verilib. Qeyd edilib ki, Azərbaycan gəncləri Vətən müharibəsi zamanı olduqca böyük qəhrəmanlıq göstərdilər. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqalarımız işğaldan azad olundu.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramil Seyidova isə çıxışında bildirib ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlətin uşaq siyasəti uğurla  həyat  keçirilir.  Uşaqların layiqli vətəndaş kimi yetişməyi üçün ölkəmizdə və muxtar respublikamızda  hər cür şərait mövcuddur. Bu məqsədlə çoxsaylı Dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, ölkənin sürətli inkişafı üçün uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilir.

Tədbirin davamında şəhid qızı Zümrüd Cəfərova, hərbi əməliyyatlar zamanı sağlamlığını qismən itirmiş Vahid Hüseynov və sosial könüllü Gülcan Əlizadə çıxış edib, tarixi zəfərlə bağlı öz təəsüratlarını bölüşüblər. Tədbirin bədii hissəsində isə Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının üzvlərinin vətənpərvərlik ovqatında hazırladıqları ifalar dinlənilib, şəhid və qazi övladlarına qiymətli hədiyyələr təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR