5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən “Könüllü gənclər həftəsi” çərçivəsində tədbirlər keçirilib.
Tədbirləri keçirməkdə məqsəd könüllü gənclərin fəallığının artırılması, 5 dekabr – Beynəlxalq Könüllülər Gününün qeyd olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Layihə çərçivəsində könüllü gənclər “Xəmsə” milli intellektual oyununda və futzal üzrə birincilikdə qüvvələrini sınayıblar.
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabr ayının 4-də Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində keçiriləcək. Tədbirlər zamanı yarışların qalibi olan gənclər və 2020-ci il ərzində keçirilən tədbirlərdə fəal iştirak edən könüllü gənclər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti