22 Dekabr 2024, Bazar

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən olub.
2020-ci ilin dekabrın 24-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sağlam əsaslar üzərində qurulmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və gənclərin hərtərəfli inkişafına, ümumilikdə, güclü nəsil kimi formalaşmasına xidmət edir.

Vurğulanıb ki, muxtar respublikada ailə dəyərlərinin yaşadılması istiqamətində silsilə tədbirlər görülür. Belə ki, müntəzəm olaraq müsabiqələr təşkil olunur, kütləvi informasiya vasitələrində çıxışlar edilir. İstedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin keçirilməsi də görülən işlərin məntiqi davamıdır.
Komitə sədri muxtar respublikada ailələrə göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Nuxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent Asəf Orucov keçirilən müsabiqənin gənclər üçün əhəmiyyətindən danışıb.

Tədbir iştirakçılarına məlumat verilib ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 69 rəsm, 42 inşa və 10 dekorativ iş olmaqla, ümumilikdə, 121 iş təqdim edilib. Müsabiqədə 11 nəfər yaradıcı şəxs yer və həvəsləndirici yerlər tutaraq diplom və hədiyyələrlə təltif olunublar. “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 50 foto və 14 film olmaqla, ümumilikdə, 64 film və foto təqdim edilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müsabiqə qaliblərindən 2 nəfər I yer tutmaqla hər birinə 200 manat, 2 nəfər II yer-tutmaqla hər birinə 150 manat, 2 nəfər III yer tutmaqla hər birinə 100 manat pul mükafatı, 4 nəfər həvəsləndirci yer tutmaqla hər birinə hədiyyə və diplomlar təqdim olunub.
Sonda “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsində təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, həmin müsabiqədə “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film izlənilib və, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR