21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması ötən ay da diqqətdə saxlanılmış, bir sıra tədbir, seminar, təlim və monitorinq keçirilmişdir.


Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan sərgi-satışda 10 istedadlı qadının 113 manat dəyərində 19 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Asiya İnkişaf Bankının eksperti – sosial inkişaf və gender mütəxəssisi Aşiş Qumar ilə görüş keçirilmişdir. Görüşdə muxtar respublikada həyata keçirilən dövlət qadın siyasətindən ətraflı bəhs edilmiş, müvafiq sahə ilə bağlı görülən işlər, həyata keçirilən sosialyönümlü layihələr, gender məsələlərinin həlli ilə bağlı uğurlu nəticələr diqqətə çatdırılmışdır. Ekspert muxtar respublikada icra olunan Asiya İnkişaf Bankı tərəfindən “İrriqasiya və drenaj sistemlərinin inkişafı” layihəsi haqqında məlumat vermişdir.
Muxtar respublikada tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Hesabat ayında şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınmış, komitədə yaradılmış bazaya əlavə edilərək təhlili aparılmışdır. Bununla bağlı Culfa və Ordubad rayonları üzrə 142 qadınla əlaqə saxlanılmış, onlardan 3-ü bərbər-manikürçü, 1-i aşbaz, 1-i dərzilik, 1-i kompüter peşəsi olmaqla, ümumilikdə, 6 nəfərin peşə təhsilinə yiyələnməsi üçün məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir. Həyata keçirilən müvafiq layihələr çərçivəsində sərmayə kapitalı alan qadınlardan 3-nün iş yeri və evində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, heç bir neqativ hal və nöqsan aşkarlanmamışdır.
Ötən ay Şərur rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün dekorativ-tətbiqi sənət sahəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmişdir. Təlimdə 2 xüsusi qayğıya ehtiyacı olan ailədən, 12 sağlamlıq imkanları məhdud və 3 Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək üzvü və dərnək rəhbərləri olmaqla, ümumilikdə, 17 qadın iştirak etmişdir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şahbuz Rayon Ahıllar Evində tədbir keçirilmiş, 5 ahıl vətəndaşa hədiyyələr təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına dekabr ayı ərzində 168 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir ki, bununla da, məlumat bankında fərdi məlumatları daxil edilmiş uşaqların sayı 36 min 569-a çatmışdır.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ilin dekabr ayında Sədərək rayonu üzrə tədrisə cəlb edilmiş 44 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 5 müəssisədə, həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 3 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olan 2 uşağın evində monitorinq keçirilmiş, uşaq hüquqlarının pozulması halı aşkarlanmamışdır.
Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmiş, müvafiq sahə ilə bağlı hazırlanmış 50 broşür seminar iştirakçılarına paylanılmışdır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində də tədbir keçirilmişdir. Tədbirdə mərkəzin uşaqları ilə bərabər, Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə təhsil alan uşaqlar da iştirak etmiş, 14 uşağa hədiyyələr təqdim olunmuşdur. Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində keçirilən bayram tədbirində təkvalideynli, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailədən olan 42 uşağa da hədiyyələr verilmişdir. Keçirilən tədbirlərdə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR