21 Dekabr 2024, Şənbə

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.


Təltifetmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Beynəlxalq Tələbə-Gənclər Həftəsi barədə məlumat verib.
Nazir bildirib ki, gənclərin hərtərəfli inkişafına və onların Azərbaycan dövlətinin dayaqları kimi Azərbaycançılıq ideologiyası ruhunda formalaşmasına yönələn gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənclərlə iş sahəsində qəbul edilən proqramlar, bu istiqamətdə imzalanan sərəncamlar, qəbul edilən qərarlar uğurla icra olunur. Dövlət orqanlarının və ictimai təşkilatların fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, idman və digər sahələrdə göstərilən dəstək yüksək səviyyədədir. Gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılması və sadaladığımız mühüm amillər gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Nazir vurğulayıb ki, ölkəmiqyaslı işlərin davamı kimi muxtar respublikamızda da gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Burada gənclərin fəaliyyəti üçün yaradılan geniş imkanlar gənc təbəqəni cəmiyyətin qabaqcıl qüvvəsinə çevirib, yaradılan hərtərəfli şərait onların siyasi-ictimai və sosial-mədəni həyata daha fəal cəlb olunmasını təmin edib.
Ramil Hacı muxtar respublikamızda gənclər üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə gənclər adından minnətdarlığını bildirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov çıxışında qeyd edib ki, hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc kadrların hazırlanmasından, onların intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Azərbaycanda dövlət gənclər siyasətinin əsası gənclərin hər zaman himayədarı olan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün dövlət gənclər siyasəti qalib ölkənin rəhbəri Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.
Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla davam etdirilir, gənclər siyasətinin bütün istiqamətləri üzrə Dövlət proqramları icra olunur. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində çox vacib və silsilə tədbirlər görülür.
Sonra 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin şən və hazırcavablar klubları arasında müsabiqəsinin, gənclərin fiziki cəhətdən daha da sağlam böyüməsi, onların idmana olan marağının daha da artırılması məqsədilə təşkil olunan minifutbol, badminton, stolüstü tennis, peyntbol idman növləri üzrə birinciliklərinin qalibləri mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR