06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı, sağlamlıq imkanları məhdud və şəhid uşaqlarına qış geyimləri verilib.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alıb, onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası təmin edilib. Bu kateqoriyadan olan uşaqların təhsilinə göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib.
Diqqətə çatdırılıb ki, bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin edilməsi də bu kateqoriyadan olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Gülnar İsmayılova göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 24, sağlamlıq imkanları məhdud 295, aztəminatlı ailələrin övladlarından isə 173 olmaqla, ümumilikdə, 492 məktəbliyə qış geyimi verilib.
Noyabrın 16-da muxtar respublikanın rayonlarında da aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilər qış geyimləri ilə təmin olunublar.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR