06 Dekabr 2024, Cümə

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışda 6 komanda olmaqla, ümumilikdə, 30 tələbə iştirak edib.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən yarışın reqlamentinə əsasən iştirakçılara 2 turda, ümumilikdə, müxtəlif mövzulardan 24 sual ünvanlandırılıb. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.
Yekun nəticəyə əsasən Naxçıvan Dövlət Universitetinin “Günnüt” komandası 16 xalla yarışın qalibi olub. Naxçıvan Müəllimlər İnstitutunun “Murov qartalı” komandası 12 xalla ikinci, Naxçıvan Musiqi Kollecinin “Harmoniya” komandası isə 8 xalla üçüncü yerlə kifayətləniblər.

 Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR