19 Aprel 2024, Cümə

Almaniyada ötən sutka ərzində 80 430 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövrü ərzində növbəti maksimal göstəricidir.

Bu barədə Robert Xok adına Virusologiya İnstitutunun məlumatında deyilir.

Bundan öncəki maksimum göstərici ötən il noyabrın 25-də qeydə alınmışdı – 75 min 961 yoluxma. Epidemiyanın əvvəlindən bu yana 83,2 milyon nəfərin yaşadığı Almaniyada 7 milyon 661 min nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Eyni zamanda, son 24 saat ərzində ölkədə 384 pasient koronavirus səbəbindən həyatını itirib və ölənlərin ümumi sayı 114 min 735 nəfərə çatıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer portalının bu gün səhər saatlarına olan məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 314 milyon 207 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 521 min 807 nəfərə çatıb, 261 milyon 799 min nəfər isə sağalıb.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR