07 Dekabr 2024, Şənbə

Qadınların məşğulluqlarının artırılması, ailə təsərrüfatlarının, həmçinin muxtar respublikada gələcəkdə makro və mikro biznesin inkişafı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən 2 il ərzində icra edilən sosialyönümlü layihələrdə, ümumilikdə, 128 qadına 86256 manat dəyərində sərmayə kapitalı verilib.


Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində 183-ə yaxın xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib. Həmçinin ötən dövr ərzində qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə sərgi-satışlar, yarmarkalar keçirilib. Həmin sərgi-satışlarda, yarmarkalarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 515 sağlamlıq imkanları məhdud və istedadlı qadınların 32105 manat dəyərində 4320 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılıb.

Həmçinin qadınların müxtəlif peşə sahələrində gündən-günə artan sayları statistik nəticələrdə də özünü göstərməkdədir. Belə ki, cari ilin müvafiq dövrünə olan məlumata əsasən istirahət, əyləncə və incəsənət sahəsində 3392 nəfər çalışır ki, bunların 63,6 faizi qadınlardır. Eləcə də təhsil sahəsində 9931 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox), əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində 4037 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox), dövlət qulluğu sahəsində 494 qadın çalışır. Mədəniyyət müəssisələrində rəhbər vəzifələrin 37-ni qadınlar tutur. Bunlarla yanaşı, ölkədə qadınlarla bağlı qəbul edilən qərarlar, təkmilləşdirilən hüquqi təchizatlar nəticəsində muxtar respublikanın ictimai-siyasi həyatında qadınların fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 1 nəfər Azərbaycan Respublikası Milli Məclisinin, 11 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvlərinin 43,7 faizini qadınlar təşkil edir. Habelə yerli özünüidarəetmə orqanlarında üzv olan qadınların sayı 221 nəfərdir. Onlardan 9-u bələdiyyə sədri, 1-i isə bələdiyyə sədrinin müavinidir.
Muxtar respublikada qadınların sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır. Belə ki, yeni-yeni xəstəxanaların tikilməsi və ya əsaslı şəkildə təmir olunması, müasir tibbi avadanlıqlarla təchiz olunması və tibb müəssisələrində tibbi sığortanın tətbiqi nəticəsində sağlamlıq imkanları məhdud qadınların sayının ildən-ilə azalmasına səbəb olur. Belə ki, ötən illə müqayisədə belə qəbildən olan qadınların sayı 0,6 faiz azalıb. Həmçinin qadınların idmana da marağı ildən-ilə artır. Hazırda muxtar respublikada idmanla məşğul olan qadınların sayı 6157 nəfərdir.
Görülən işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz əhəmiyyətli təsirini göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR