07 Dekabr 2024, Şənbə

Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə “Azərbaycan tolerantlıq məkanıdır” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov açıb. O, “Ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərləri qorunur” mövzusunda çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da öz milli-mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçib, həmin dəyərlərin qorunub-saxlanılmasına böyük önəm verib.


Qeyd olunub ki, mənəvi dəyərlərin qorunması həm də milli məsələdir və bu dəyərləri qoruyub saxlamaq bu gün daha da vacibdir. Sürətlə dəyişən dünyada qloballaşma bir çox dəyəri sıradan çıxarır. O cümlədən mənəvi dəyərlər də aşınma təhlükəsi ilə qarşılaşır. Bu gün bizim qarşımızda duran vəzifə milli-mənəvi dəyərlərimizi qorumaq, onu zənginliyi ilə gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Vurğulanıb ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan doğma yurdumuz Naxçıvan xalqımızın milli-mənəvi dəyərlərinin daim yaşadıldığı bir regiondur. Tolerantlıq isə xalqımıza məxsus dəyərlərin tərkib hissəsidir. Bu dəyərlərin yaşadıldığı muxtar respublikamızda milli-mənəvi dəyərlərə malik əhali tolerantlığı özünün həyat tərzinə çevirib. Elə bu səbəbdəndir ki, bu gün muxtar respublikada ömrünü Naxçıvanla bağlayan, burada yaşamağa qərar verən başqa millətlərin nümayəndələridə vardır. Hər bir millətin nümayəndəsi Naxçıvanda rahat, sakit yaşayır, xoşbəxt həyat sürür.
Tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan şəhər dini icmasının sədri Pərviz Novruzov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, gənclərin həyat fəaliyyətinin düzgün formalaşması, onların vətənpərvərlik tərbiyəsinin və vətəndaşlıq hisslərinin gücləndirilməsi üçün bu gün ölkəmizdə Dövlət proqramları icra olunur. Həmin proqramlara əsasən ölkəmizdə, eləcə də muxtar respublikamızda gənclərimizin həyatında mühüm rol oynayan bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlər onların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə, dilimizə, dinimizə hörmət ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb.

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR