01 May 2024, Çərşənbə

İyunun 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir ­keçirilib.
Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edib.
Nazir qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Ulu öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilib.

Bayram tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə start götürüb. Proqramda Tofiq Quliyevin “Əziz surət”, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyası, Rauf Hacıyevin “Sevgilim”, Kamal Əhmədovun “Heydər-Xalq”, Qara Qarayevin “Böyük xilaskar” əsərləri, “Küçələrə su səpmişəm” xalq mahnısı ilə yanaşı, dünya bəstəkarlarının da musiqiləri ifa edilib. Xüsusi peşəkarlıqla təqdim olunan musiqili proqramda xor kollektivinin də ifası maraqla qarşılanıb. Konsert rəqs kollektivinin ifasında Eldar Mansurovun “Odlar Yurdu” süitası ilə sona çatıb.
Əsərləri Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva, gənc ifaçılar Bəsti Qasımova, İlkin Abdullayev ifa ediblər.
Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan televiziyasının rəsmi internet resurslarında və sosial ­şəbəkə hesablarından canlı olaraq yayımlanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR