22 Dekabr 2024, Bazar

Dünən Heydər Əliyev Sarayında Azərbaycan tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin onlayn konserti keçirilib.
Qeyd edək ki, repertuarında Avropa bəstəkarlarının əsərləri və klassik instrumental kamera musiqisinin də yer aldığı orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

Ardını oxu...

Qoca Şərqin qapısı, İslam mədəniyyətinin əsas inkişaf mərkəzlərindən biri, qədim sivilizasiyaya malik Naxçıvan tarixin dəyərli abidələrini ən qiymətli sərvət, ata-babalarımızın yadigarları kimi özündə böyük məhəbbətlə qoruyub saxlayır. Müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri – möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllər, buzxanalar, hamamlar, qədim məscidlər, türbələr və digər nadir nümunələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Muxtar respublikamızda mütəmadi olaraq tarixi-mədəni abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub. Tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlər barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə həmsöhbət olduq.

Ardını oxu...

Evimizdə, qohum-əqrəbalarımızda yaşayan, 1988-ci ildən başlanan hadisələrin şahidi və iştirakçısı olmuş yaxınlarımın o dövrlə bağlı söhbətlərini tez-tez  xatırlayıram. Doğma diyarımız üçün çətin və məşəqqətli o illərlə bu gün fikrimdə qəhrəman bir obraz kimi təsvir olunur Naxçıvan. Tarixin bütün fitnə-fəsadlarına, düşmən acgözlüyünə, özbaşınalığına, xaosa şahidlik edən yurdumuzun iqtisadiyyatı zəifləmiş, düşmən hədəfinə çevrilmiş irsimiz, dəyərlərimiz uçurumun lap kənarında son bir addımdan asılı qalıbmış. Dağ-daş da küsübmüş. Hətta tarix də varlığını göstərməkdən çəkinib gizlənibmiş özünü qorumaq naminə. Çünki əmanət olunanlar babalarımızın bir yadigarı idi. Gələcək nəsillərə nə cavab verəcəkdilər?

Ardını oxu...

May ayının 10-da Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub. Ekskursiyanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev aparıb.

Ardını oxu...

         Dil xalqın milli varlığı, milli sərvətidir. Dil millətin torpağı, bayrağı  qədər  müqəddəsdir. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır. Ona görə də dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Bu amillər qloballaşma dövrü olan müasir dövrümüzdə dövlət dilinin  istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Ardını oxu...

Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev möhtəşəm fəaliyyəti boyunca bütün digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. Bununla yanaşı, ulu öndər müxtəlif məruzə və çıxışlarında ədəbiyyatımızın ayrı-ayrı nümayəndələri, yaradıcılıq problemləri barədə yüksək səviyyədə söz açmış, qiymətli fikirlər söyləmişdir. Başqa sözlə deyilsə, bu sahədə də böyük dahinin zəngin, dolğun nəzəri irsi ilə çoxsaylı fəaliyyəti bir-birini üzvi şəkildə tamamlayır.

Ardını oxu...

Qədim və zəngin tarixə malik Naxçıvanın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun (1892-1983) özünəməxsus yeri vardır. Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr öz dəyərini bu gün də saxlamaqdadır. Vətənpərvər ədibin milli mücadilədə fədakarlığı da böyük tarixi əhəmiyyətə malikdir.

Ardını oxu...

Dünən Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aleksandr Sergeyeviç Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının onlayn premyerası keçirilib.

Ardını oxu...

Tanınmış musiqiçi, bəstəkar, dirijor, xormeyster, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun adı çəkiləndə doğma diyarım Naxçıvanla, bu möhtəşəm yurdun qaynar, inkişaflı musiqi həyatı ilə bağlı bir çox unudulmaz xatirələr gözümün önündə canlanır.  Məmməd Məmmədov şəxsiyyəti və onun yorulmaq bilmədən yaşadığı, yaratdığı və yaşatdığı məqsədyönlü musiqi həyatı, musiqi dünyası hər zaman olduğu kimi, yenə də heyrətləndirir məni. Təkcə məni yox, onu tanıyan hər bir kəsi.

1950-1960-cı illərin məhsul bayramlarını yada salaq... Payız aylarında Naxçıvan şəhərində keçirilən bu möhtəşəm tədbirlərdə dirijor Məmməd Məmmədovun rəhbərliyi ilə minlərlə orta məktəb şagirdləri – birləşmiş xor onlarla populyar melodiyaları, mahnıları böyük həvəslə, məhəbbətlə ifa edərək məhsul bayramlarına rövnəq, gözəllik bəxş edirdilər.
Bu tədbirlərdə muxtar respublika zəhmətkeşləri öz nailiyyətlərini nümayiş etdirirdilərsə, Məmməd Məmmədov da musiqi həyatımızın inkişafını təqdim edirdi. Həmin gün şagirdlərlə birgə, sanki bütün şəhər oxuyurdu, sevinirdi, şənlənirdi.
Həmin illər hər tədris ilinin sonunda – may ayında orta məktəblərdə “Mahnı və çiçək” bayramı keçirilirdi. Yadımdadır, səhər-səhər hər bir şagird, müəllim evlərindən məktəbə güllər, gül dibçəkləri gətirərdi. Məktəb həyətləri gül-çiçəklə bəzənərdi. Bu bayramlarda şagirdlərdən ibarət xor kollektivi Məmməd Məmmədovun rəhbərliyi ilə Vətən, gənclik, dostluq, məktəb həyatını vəsf edən mahnılar ifa edərdi. Bu mahnıları Məmməd müəllimin rəhbəri olduğu nəfəsli orkestr müşayiət edərdi. Bu tədbirlərdə müxtəlif xalqlara məxsus musiqi əsərləri ilə yanaşı, bəstəkarın özünün də gözəl, sadə melodik dilə malik, bu gün də unudulmayan mahnıları şagirdlər tərəfindən sevilərək oxunardı. Nəinki şəhər məktəblərində, hətta kənd məktəblərində də xor kollektivləri, nəfəsli alətlər ansamblı yaradırdı Məmməd müəllim.
Məmməd müəllim yüzlərlə şagirdin birlikdə, vəhdət şəklində oxumasına necə nail olurdu?
O, orta məktəblərdə hər bir sinifdə şagirdlərlə ayrı-ayrı məşğul olar, müxtəlif siniflərdən istedadlı şagirdləri seçərək hər məktəb üzrə xor kollektivi təşkil edirdi. Bayramlarda isə şəhər üzrə orta məktəb şagirdləri həmin mahnıları birlikdə ifa edərdilər. Həmin ifalar, tədbirlər bu gün də xoş xatirələrə çevrilərək yaddaşlarda yaşamaqdadır.

Ardını oxu...

Arpaçayın aşıb-daşan nəğməsi - Xalq şairi Məmməd Arazın “Naxçıvan albomu”

 

II Yazı

 Xalq şairi Məmməd Arazın poeziyada vəsf və tərənnüm etdiyi, təsvir və əks etdirdiyi Naxçıvan publisistikasında daha da fərqli, ciddi planda əks olunub. Onun “Naxçıvan albomu”, “Bizim bu günümüz”, “Mənim Naxçıvanım” (ssenari), “Arpaçayın aşıb-daşan nəğməsi”, “Dağ çayının nəğməsi” kimi publisistik məqalə və ssenarilərində Naxçıvanın dünəni və bu günü, köhnəliyi və yeniliyi, tarixiliyi və müasirliyi, problemləri, qayğıları və nailiyyətləri və s. yer alır, çox dolğun, təsirli və təəssüblü şəkildə əks olunur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Ardını oxu...


Respublikamız müstəqillik dövrünə qədəm qoyduqdan sonra, xüsusilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir ucu qərbdən, digər ucu şərqdən gələn tarixi və strateji əhəmiyyətli Naxçıvan Muxtar Respublikasında sarsılmaz özülə malik olan milli mənəvi dəyərlərimizə, elm və təhsil sahəsinə, ədəbi yaradıcılığa   qayğı artmışdır. Naxçıvan həmişə sözün, sənətin, ədəbiyyatın beşiyi kimi şöhrət qazanıb. Bu doğma diyar dünya mədəniyyətinə nadir incilər bəxş edib.

Ardını oxu...

1918-ci ilin mart hadisələri zamanı Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən S.Şaumyanın başçılığı ilə sinfi mübarizə adıyla öz vəhşiliklərini pərdələməyə çalışanlar Bakıda “Təzə pir” məscidi, “Bakının bəzəyi və Bakı müsəlmanlarının iftixarı olan” “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, “Açıq söz” qəzeti idarəsini, “Kaspi” qəzetinin mətbəəsini yandırmış, amansızlıqla dağıtmış, silahsız və günahsız insanları xüsusi qəddarlıqla, tarixdə misli görülməmiş faciəvi şəkildə qətlə yetirmiş, ziyalıların bir çoxu məhv və ya həbs etmişdilər. Türkiyə Ermənistanı yaratmağı planlayan belə dəhşətli soyqırım Şamaxı, Lənkəran, Salyan, Quba, Kürdəmirdə, həmçinin Qars və İrəvan vilayətlərində də həyata keçirilmişdir. Qars vilayətindəki müsəlmanların vəziyyətini Romalı mühacirlər belə təsvir etmişlər: “Erməni əsgəri qitələri və müsəlləh erməni qaçqınları rəhgüzarlarındakı müsəlman köylərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçiriyor və təsəvvürü-naqabil bir dəhşət və fəlakətə düçar ediyorlardı”.

Ardını oxu...

  

Muxtar respublikanın Ordubad rayonu zəngin memarlıq nümunələrinə malikdir. Onlardan biri də Ordubad şəhərində yerləşən Cümə məscididir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən hazırda bərpa işlərinin aparıldığı məscid özünün tarixiliyi ilə diqqəti cəlb edir.

Ardını oxu...

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn formada tamaşaçılara təqdim olunub.         

Qeyd edək ki, əsərin müəllifi Nəbi Xəzri 20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış şair-dramaturqlarındandır. Onun mənzum dramları Azərbaycan teatrlarında dəfələrlə səhnələşdirilmişdir. Xalq şairinin “Burla Xatun” mənzum pyesi “Kitabi-Dədə Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması” boyunun motivləri əsasında yazılmışdır. Əsərdə vətənpərvərlik ruhu, düşmənə nifrət hissi və Oğuz elinin qadınlarının mübarizliyi öz əksini tapmışdır. Müəllif Şöklü Məlik obrazı ilə Oğuz qadınları arasında gedən dialoqlar vasitəsilə güclü dramatik konflikt yarada bilmişdir  ki, bu da tamaşaya dinamiklik və emosionallıq bəxş edir.

Ardını oxu...

  

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllərlə zəngindir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri, arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Bu mənada Naxçıvanın minillik tarixinin şahidi olan Gəmiqaya abidəsi daha çox diqqəti cəlb edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi pandemiya dövründə sosial layihələrini davam etdirir.

Naxçıvan Muxtar Respublikasının incəsənət ustaları öz ifaları ilə “Biz birlikdə güclüyük!” sosial layihəsinə qoşulublar.

Ardını oxu...

  

Naxçıvanın ərazisində qədim dövrlərdən bəri bir çox sayda memarlıq abidəsi mövcuddur. Bu abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynayıb.

Ardını oxu...

  

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq və yeniyetmələr arasında “Evdə qal, sən də yarat” adlı onlayn rəsm müsabiqəsi keçirilir.   

Ardını oxu...

AMEA Hüseyn Cavidin ev-muzeyi görkəmli şair-dramaturqun “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirib. Bu barədə muzeydən məlumat verilib.

Ardını oxu...

“23 aprel –Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”dür

 

  

Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan etmişdir. Ölkəmizdə də bu tarixi gün geniş qeyd olunur. 

Ardını oxu...

  

Bu mövsümdə hər dəfə yolum kəndimizə düşəndə mütləq ocaq qalayıb kətə bişirərəm. Bu dəfə də elə oldu. Yaşı 96-nı ötmüş nənəm deyər ki, dünyanın ən sevimli kababından doyanlar da kətəni görəndə yemək istəyər. İsti-isti içərisinə kərə yağı və ya xama qoyularaq sac, təndir  başında kətə yeməyin də öz ləzzəti var. Onun ən xoşladığı və “bu, çox  faydalı yeməkdir”, –  dediyi kətə xüsusi qaydada bişirilir. Nənə deyir ki, müxtəlif kətə xəmirləri eyni qaydada hazırlansa da, pencərlər fəqli olduğu üçün bişirməyin də  öz üsulu var. Dilbər nənə onun dediyi qaydada yoğurduğum xəmiri kündələməyimi istəyir. Kündələr hazır olana kimi bazardan alıb gətirdiyim cacığı, qirxbuğumu yuyub aşsüzənə tökürəm ki, suyu çəkilsin. Kənddən yığdığım salmancanı doğrayıb duzlayır, içərisinə soğan da qatıram ki, daha dadlı olsun.

Ardını oxu...

  

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İbrahim Safi: albom-kataloq”unun təqdimatı olub, görkəmli rəssamın əsərlərindən ibarət sərgi açılıb. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, milli dəyərlərimizin və mədəni irsimizin qorunmasında və yaşadılmasında böyük  tarixi rolu olan Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan və Türkiyədə rəssamlıq sənətinin inkişafında böyük xidmətləri olan tanınmış sənətkarın 120 illik yubileyi muxtar respublikamızda geniş qeyd olunub. Müvafiq sərəncamın işığında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda böyük sənətkarın 54 əsəri nümayiş etdirilib, Bakıda Atatürk Mərkəzində görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib, mətbuatda sənətkarın yaradıcılığı ilə bağlı yeni tədqiqatlar üzə çıxıb.

Ardını oxu...

İncə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun məşəl daşıyanı – Məmməd Araz. Məmməd Araz hələ balaca yaşlarından həssas bir təbiət vurğunu olmuş və sanki tə­biətin dilini bilmişdir. O, Naxçıvanın gö­zəl­li­yin­dən vəcdə gəlmiş, onun dağlarına, düz­lərinə mahnılar oxumuş, tərənnüm etmişdir. Nax­çıvanda təbiətin hər guşəsi, hər da­şı, uzaq dərələr döşündə şırıl-şırıl axan tənha bu­laq­lar belə, ona dünyalar qədər əziz gö­rün­müşdür. Görkəmli şair, söz xiridarı Məmməd Araz uşaqlıq illərini “Yaşa, ucal, doğ­ma torpaq” adlı məqaləsində belə xa­tır­la­yır: “Araz sahilində dünyaya göz aç­mı­şam. Araz sahilindən dünyaya baxmışam. Hər­dən mənə elə gəlir ki, bu torpaqda hər ça­yın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi-halına bələdəm. Üç­qar­daşdan, Keçəldağ­dan, Dərə­ləyəz sil­si­lə­sin­­dən üzüaşağı – Araza doğru nə qədər qaç­mışam, külək­lər­lə­ gizlinpaç, şim­şək­lər­lə çi­­­ling­­ağac oynamışam. Aydın, təmiz cə­nub gecələrinin göylərinə nə qədər sapand atıb, “ul­duz endirmişəm”. Uşaq alayımız sə­hər­lər gündoğana, axşamlar günbatana nə qədər at çapıb, günəşə yetmək, onu sə­hər­lər dağ başından bir qədər tez qaldır­maq, axşamlar bat­­mağa qoymaq istəməmişik… Bəl­kə neçə min il əvvəllər də bu torpaqda insanlar gü­nəş­­sevər olublar; uşaqlarla gü­nə­şin dostluğundan bu yerə bu qədər işıq ələnib”.                              

Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, tə­­mizlik və zəhmətkeşlik həmişə vəhdət təş­kil etmişdir. Ata­sı İnfil kişinin halallığı, şəx­­siy­yət kimi bütövlüyü, ömrü boyu yal­nız alın təri ilə ya­şamağın qovğalarına qat­laş­ma­­­sı Məmməd Arazın dün­ya­gö­rü­şü­nün, gə­lə­cək mər­da­nə poeziyasının for­ma­laş­ma­sın­­­da mü­hüm rol oynamışdır. Ailə mühitindəki atanın sərt­li­yini və halallığını nənəsi Zöh­rə xa­nı­mın və anası Cahan xa­nı­mın kövrəklik və sə­mi­miy­yəti tamamlamışdır. Zöh­rə nənə milli folklor nümunələrini hafizəsində sax­layıb hə­vəslə nəvələrinə, o cüm­lə­dən Məmmədə çat­dırmışdır.

Ardını oxu...

Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 114 il ötür. Böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu jurnalın  ilk sayı 1906-cı ilin 20 aprelində Tiflisdə işıq üzü görmüşdür. “Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunub. Jurnalın ümumilikdə 748 sayı işıq üzü görüb, o cümlədən 1906-1917-ci illərdə Tiflisdə 340, 1921-ci ildə Təbrizdə 8, 1922-1931-ci illərdə  isə Bakıda 400 nömrəsi çapdan çıxmışdır. 

Ardını oxu...

Qədim Naxçıvan torpağının yetirməsi, on mindən çox əsərin müəllifi İbrahim Safi  Türkiyə və Avropada özünəməxsus rəssamlıq üslubu ilə tanınıb. Onu Azərbaycan ictimaiyyətinə tanıtmaq, yaradıcılıq irsini öyrənmək baxımından  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 noyabr tarixli Sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Bu sərəncama uyğun olaraq keçirilən silsilə tədbirlərin davamı olaraq istedadlı rəssamın əsərləri əsasında nəşr edilən “İbrahim Safi – albom kataloq”u nəşr olunub.

Ardını oxu...


Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı tarixi abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Ardını oxu...

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

  

1982-ci ildən UNESKO-nun qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. 

Ölkəmiz bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapmışdır. Əcdadlarımızın yadigarı olan abidələr Azərbaycan xalqının keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır. 

Ardını oxu...

İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

Bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 5 il ötür.

Ardını oxu...

Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konserti təşkil olunub. Konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı yayımlanıb.

Konsertdə “Şur” və “Mahur”, “Şüştər” təsnifləri və Xalq artisti Əlibaba Məmmədovun “Ağrıma ürəyim” mahnısı izləyicilərə təqdim edilib.

Ardını oxu...

15 aprel - Dünya İncəsənət Günüdür. Əlamətdar gün ötən il UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

Bu il birinci dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. 15 aprelin “Dünya incəsənət günü” qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.

Ardını oxu...

Dünya mədəniyyəti tarixinə Leonardo da Vinçi rəssam kimi daxil olub. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli incilərindən hesab edilir.

İtaliyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. Leonardonun babası Antonio da Vinçinin öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: “Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm - oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi”.

Ardını oxu...

Azərbaycan bədii dili zaman-zaman zənginləşən, obrazlılıq keyfiyyəti ilə dolğunlaşan maraqlı mənəvi sərvətlərimizdən biridir. Xalqımız şair təbiətli xalqdır. Bütün tarixi dövrlərdə söz qoşmaq, söz demək, təzə-tər fikirlər söyləmək qabiliyyətinə malik olan ədəbi simalarımız bu xalqın şairlik duyğularını yaşadan əsərləri ilə ədəbi-bədii dilimizin inkişafına öz töhfələrini vermişlər. Düşündüklərini, hiss etdiklərini, gördüklərini şeirə çevirmək ənənəsi indi də davam edir. Poeziyaya təzə qədəm qoyan Eyvaz Səmədovun “Elə həmin insanam” adlı kitabı poetik yollara cığır axtaran bir gəncin mənəvi aləminə işıq salır. Kitabda gənc şairin 28 şeiri verilmiş və bu əsərlər üç başlıqda toplanmışdır: 1. Vətən. 2. Məhəbbət lirikası. 3. Qarışıq şeirlər.           

Ardını oxu...

AMEA-nın Naxçıvan Bölməsində COVID-19 virusu ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin şərtlərinə ciddi riayət edən əməkdaşlar elmi fəaliyyətlərini cari ilin iş planına uyğun məsafədən uğurla davam etdirirlər.

Ardını oxu...

Arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ilkin qala-şəhərlərin formalaşdığı əsas regionlardan biri Naxçıvan ərazisi olub. Naxçıvanda qala-şəhərlərin eradan əvvəl III minillikdə, yəni beş min il bundan əvvəl formalaşdığı arxeoloji araşdırmalarla təsdiq edilib. Bu tip qala-şəhərlərdən biri Şərur rayonunda, Arpaçay vadisində, Dizə kəndinin şimalında yerləşən Qız qalası yaşayış yeridir.

Ardını oxu...

Nazirlikdən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan digər müəssisələr kimi muzeylər də onlayn fəaliyyətə başlayıblar.

Ardını oxu...

“Dövrünün yaxşı şairi idi”, “öz dövrü üçün doğulmuş şair idi”... Bu elə sözləri tez-tez eşidirik. Dövrünün şairi olmağı bir çoxları bacardı. Ancaq nəinki öz dövrünün, keçmişini və gələcəyin də şairi olmağı bacarmaq hər kəsə nəsib olmur. İllər keçsə də unudulmayan, bütün dövrlərdə aktuallığını qoruyub saxlayan, heç vaxt öz əhəmiyyətini itirməyən şeirlər yazmaq, heç kimin demədiklərini demək onun nəsibi oldu. Yaradıcılığı boyu toxunduğu bütün mövzularda ən yüksək  zirvəyə çatdı. Görün nə boyda bir xəzinənin açarını özü ilə apardı! Daha heç kim o xəzinənin açarını tapa bilməyəcək! Onun açarı da özü ilə torpağa qovuşdu. Lakin yazıb yaratdığı poeziya nümunələri ilə, özünün də dediyi kimi, zirvələrin əlçatmaz qayası oldu:

Ardını oxu...

  

 

 

 

 

 

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:

“Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlamışlar. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən evlərə sifarişlər əsasında kitabların çatdırılması xidmətinə start verilmişdır. Qeyd edilmiş kitabxanaların rəsmi sosial şəbəkə səhifələrində göstərilmiş əlaqə telefonlarına zəng vurmaqla oxucunun istəyinə müvafiq kitablar ünvanına çatdırılır. Həmçinin, oxucular M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının http://e-kitab.nakhchivan.az vebsaytına daxil olmaqla elektron kitabxanadan yararlana bilərlər.

Ardını oxu...


Əsrlərdən bəri formalaşan Naxçıvan mətbəxi öz zənginliyi ilə tanınır. Bu diyarda hazırlanan yeməklər bu gün ölkəmizin hər bir guşəsində əl-əl axtarılır. Ta qədimdən ata-babalarımız kulinariyamızı iqlim şəraitinə görə də bölgələrə ayırmışdır. Bu mənada, hər bölgənin özünə­məxsus yeməkləri var. Muxtar respublikada bişirilən ləzzətli yeməklər də bu baxımdan diqqəti cəlb edir. Bu torpaqda bitən hər şey sanki təkrarsızdır. Ümumiyyətlə, qədim diyarımızda hər mövsümə uyğun olaraq fərqli-fərqli yeməklər bişirilir. Buna görə də Naxçıvanda aprel ayına “yazın quru vaxtı” deyirlər. Çünki payızdan tədarük edilən qış azuqəsi, yarma, əriştə, qovurma, yağ ehtiyatı tükənir. Ancaq yazın gəlişi ilə yeni yemək çeşidləri bunları əvəz edir. Bu dövrdə yeni doğan heyvanların südündən bulama hazır­lanır. Folklorumuzda da deyilir:

Ardını oxu...

Tanınmış musiqiçi, bəstəkar, dirijor, xormeystr, pedaqoq, ictimai xadim, Məmməd Məmmədovun adı çəkiləndə doğma diyarım Naxçıvanla, bu möhtəşəm yurdun qaynar, inkişaflı musiqi həyatı ilə bağlı bir çox unudulmaz xatirələr gözümün önündə canlanır.  Məmməd Məmmədov şəxsiyyəti və onun yorulmaq bilmədən yaşadığı, yaratdığı məqsədyönlü musiqi həyatı, musiqi dünyası hər zaman olduğu kimi yenə də heyrətləndirir məni. Təkcə məni yox, onu tanıyan hər bir kəsi.

1950-1960-cı illərdə Naxçıvanda keçirilən Məhsul bayramlarını yada salaq...

Payız aylarında Naxçıvan şəhərinin mərkəzi küçələrinin birindən – indiki Azadlıq meydanı önündən muxtar respublika zəhmətkeşləri nizamlı şəkildə keçərək istehsal etdikləri, yetişdirdikləri məhsulları nümayiş etdirirdilər. Bu möhtəşəm tədbirlərdə dirijor Məmməd Məmmədovun rəhbərliyi ilə minlərlə orta məktəb şagirdləri –  birləşmiş xor onlarla populyar melodiyaları, mahnıları böyük həvəslə, məhəbbətlə ifa edərək məhsul bayramlarına rövnəq, gözəllik bəxş edirdilər.

Bu tədbirdə muxtar respublika zəhmətkeşləri öz nailiyyətlərini nümayiş etdirirdilərsə, Məmməd Məmmədov da musiqi həyatımızın inkişafını təqdim edirdi.

Həmin gün şagirdlərlə birgə sanki bütün şəhər oxuyurdu, sevinirdi, şənlənirdi.

Bu illər hər tədrids ilinin sonunda – may ayında orta məktəblərdə “Mahnı və çiçək” bayramı keçirilirdi. Yadımdadır, səhər-səhər hər bir şagird, müəllim, evlərindən məktəbə güllər, gül dibçəkləri gətirərdi. Məktəb həyətləri gül-çiçəklə bəzənərdi. Bu bayramlarda minlərlə şagirddən ibarət xor kollektivi Məmməd Məmmədovun rəhbərliyi ilə Vətən, gənclik, dostluq, məktəb həyatını vəsf edən mahnılar ifa edərdilər. Bu mahnıları Məmməd müəllimin rəhbəri olduğu nəfəsli orkest müşayiət edərdi. Bu tədbirlərdə rus, Azərbaycan bəstəkarlarının mahnıları ilə yanaşı, Məmməd Məmmədovun da gözəl, sadə melodik dilə malik, bu gün də unudulmayan mahnıları şagirdlər tərəfindən sevilərək oxunurdu. Nəinki şəhər məktəblərində, hətta kənd məktəblərində xor kollektivləri, nəfəsli alətlər ansamblı yaradırdı Məmməd müəllim.

Ardını oxu...

Aprelin 7-də Milli mətbuatımızın inkişafında özünəməxsus rolu olan “Molla Nəsrəddin” jurnalının ilk sayının işıq üzü görməsinin 114 ili tamam olur. 1906-cı ildə Tiflisdə Azərbaycan dilində çap olunan Şərqin ilk satirik jurnalı müəyyən fasilələrlə 25 il öz mövcudluğunu qoruyub saxlaya bilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi görkəmli demokrat Cəlil Məmmədquluzadə olan jurnalın, ümumilikdə, 748 nömrəsi çıxıb. 

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Elektron kitablar” bazasında olan, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq, müəlliflik hüququ haqqında razılaşma nəzərə alınmaqla, oxucular PDF kitabları MEK-in saytında yerləşdirilən linkdən oxuya bilərlər.

Ardını oxu...

Qədim tarixə malik Naxçıvan diyarı həm yerüstü, həm də yeraltı abidələrlə zəngindir. Onların milli dəyərlərimiz kimi qorunmasının vacibliyini qeyd edən ümummilli liderimiz Heydər Əliyev bu zənginliyi lakonik şəkildə belə ifadə etmişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Həmin abidələrin ortaya çıxarılması və mühafizə altına alınması sahəsində mühüm tədbirlər müstəqilliyimizin qazanılması və siyasi sabitliyin təmin olunmasından sonra həyata keçirilməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün ölkə miqyasında həyata keçirilən mühüm qərar və sərəncamlar nəticəsində son dövrlərdə bu sahədə görülən işlər daha intensiv xarakter almışdır.

Ardını oxu...

Ata-babalarımız həyati əhəmiyyət kəsb edən təbiət hadisələrini müşahidə edərək feneoloji müşahidələr əsasında xalq təqvimi tərtib etmiş, təsərrüfat işlərini bu təqvimə uyğun olaraq görmüşlər. Fikrimizcə, erkən yaz xalq təqvimin ən təzadlı, dəyişkən dövrüdür. Çünki rəncbər ata-babalarımız Novruz bayramından sonra təbiətdə baş verən dəyişikliklərin hər birinə xüsusi ad vermişlər.

Ardını oxu...

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək.

Bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

Bildirilir ki, mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

Ardını oxu...


Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirib. Bu xalçaları bəzəyən əsas elemetlərdən şaquli istiqaməti zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və s. xalqın genetik yaddaşından silinməyən inanclar və təsəvvürlərlə bağlıdır. Toxunan naxışlar sistemi semantika müəllifliyindən asılı olmayaraq bir məkan üzərində real şəkildə və ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.

Ardını oxu...

Koronavirus təhlükəsi ilə əlaqədar ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Milli Kitabxananın əməkdaşları onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir.

Kitabxanadan bildirilib ki, martın 11-dən 31-dək Milli Kitabxananın onlayn xidmətləri vasitəsilə 659 istifadəçiyə sənədlərin elektron çatdırılması xidməti göstərilib. Bu müddət ərzində onlara 1800 kitab və 4200 məqalənin elektron çatdırılması təmin olunub.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəllərinə məxsus Naxçıvan ədəbi, elmi mühitinin görkəmli simalarından biri də Eynəli bəy Sultanovdur. Tanınmış yazıçı, publisist, ictimai xadimin çoxcəhətli fəaliyyəti, uzun illər xaricdə yaşaması onun dünyagörüşünün formalaşmasında, xalqın müasirləşməsi uğrunda daha fəal mübarizə aparan, millətsevər bir ziyalı kimi yetişməsində müstəsna rol oynamışdır. Müxtəlif hüquq idarələrindəki fəaliyyəti – quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, İrəvan Dairə Məhkəməsində tərcüməçi, məhkəmə katibinin köməkçisi, Dairə Məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi, Dairə Məhkəməsi prokurorunun köməkçisi vəzifələrində çalışması Eynəli bəyin cəmiyyət həyatını bütün incəliklərinə kimi öyrənməsinə, xalqının acınacaqlı taleyini daha yaxından müşahidə etməsinə, ən əsası da böyük yazıçı, publisist kimi formalaşmasına mühüm təsir göstərmişdir.

Eynəli bəy Sultanovun ictimai-siyasi fəaliyyəti bədii, publisistik yaradıcılığına da öz təsirini göstərmişdir. Məqalələrində onun siyasi baxışlarının, o dövrün siyasi hadisələrini qərəzsiz, dürüst bir şəkildə təhlilinin, bütün xalqlara olan humanist mövqeyinin şahidi oluruq. Lakin bu publisist nümunələrdən də aydın göründüyü kimi, zamanla, Eynəli bəyin rus və ermənilərə qarşı münasibəti dəyişmiş, görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin də qeyd etdiyi kimi, “hər addımda Azərbaycan türklərinə ikinci dərəcəli vətəndaşlar kimi baxan, onların haqlarını tapdayan şovinist rus hakimiyyətini, bu işdə çar məmurlarının dəmtutanı olan erməni təxribatçılarını” mətbuat vasitəsilə tənqid etmişdir.
Eynəli bəyin bu mövzuda yazdığı məqalələri rusların və ermənilərin hələ XX yüzilliyin əvvəllərindən azərbaycanlılara olan nifrətinin, düşmənçilik münasibətlərinin mövcudluğunun sübutu kimi olduqca əhəmiyyətlidir. Bu baxımdan onun “İrəvan hadisələri” məqaləsi maraq doğurur. Məqalədə Eynəli bəyin dövrünün açıqfikirli ziyalısı kimi fəaliyyətindən, xalqları bir-birinə düşmən edən, onların mənəviyyatını təhqir edən yerli burjuaziya və ümumi düşmən olan hakim təbəqələrə qarşı mübarizəsindən, çarizmin milli qırğın siyasətindən bəhs olunur. Məqalənin 1905-ci ildə yazılması heç də təsadüfi deyil. Tarixdən də məlum olduğu kimi, 1905-1907-ci il hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən xalqımıza qarşı törədilən sonralar silsilə halını almış soyqırımının ilk mütəşəkkil mərhələsi olmuşdur. Azərbaycanın bir çox bölgələrində – Bakı, İrəvan, Naxçıvan, Cəbrayıl, Şuşa, Gəncə, Qazax və başqa ərazilərdə qırğınlar planlı şəkildə, etnik təmizləmə məqsədilə törədilmiş, icraçıları bilavasitə və birbaşa ermənilər olmuşdur.

Ardını oxu...

 

Ədəbiyyatşünaslıq elmində Azərbaycan ədəbiyyatı və ictimai fikrinin əsas yaranma və inkişaf mərkəzlərindən biri olan Naxçıvan ədəbi mühiti haqqında bəhs edilsə də, bu ədəbi mühitdə Şərq və Qərb meyilləri indiyədək ayrıca tədqiq olunmayıb. Çoxəsrlik ənənələrə malik Naxçıvan ədəbi mühitində gedən inkişaf prosesləri bu mövzu üçün geniş material verir. Filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq – Qərb kontekstində” monoqrafiyası həmin problemə həsr olunmuş ilk sistemli elmi tədqiqat işi kimi əhəmiyyətlidir.

Ardını oxu...

Torpaqdan boy göstərən nanənin, yarpızın, nərgizin, bənövşənin ətrafı bürüyən ətri,  günəş şüaları qarşısında qışın soyuq şaxtasından ruhdan düşüb qapqara qaralan ağacların çiçək açıb yapraqlanması, təbiətdə olan hər bir varlığın oyanışı  baharın gəlişindən xəbər verir. Həzin-həzin əsən küləyin  dalğalandırdığı çiçəklər,otlar naz satan gözəllərə bənzəyirlər.Torpaq sanki qış günlərində topladığı güc-qüdrətini göstərir, qoynunda açan çiçəklərə sığal çəkir.  Bütün bunlar isə  insanın yenidən oyanması kimi, təbiətin də dirilişi, dünyada minillərdir var olan ahəngin xəbərçisi olmaqla yanaşı  ululardan ulu bir xalq olan azərbaycanlıların ən əziz bayramı Novruzun gəlişinin xəbərçisidi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR