22 Dekabr 2024, Bazar

May ayının 10-da Heydər Əliyev Muzeyinə onlayn ekskursiya təşkil olunub. Ekskursiyanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev aparıb.

 O, əvvəlcə ümummilli liderin misilsiz dövlət idarəçiliyindən bəhs edərək vurğulayıb ki, Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndərin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz ulu ­öndərin idarəçilik bacarığının bariz göstəricisidir.

Sonra Heydər Əliyev Muzeyinin yaradılması barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ümummilli liderin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Naxçıvan şəhərində yaradılıb, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərməyə başlayıb. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilib.

Onlayn ekskursiya zamanı bildirilib ki, fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 4700-dən çox eksponat mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gələcək nəslə çatdırılmasında böyük rol oynayır. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları buradan elmi axtarışlar üçün dəyərli faktlar əldə edirlər. Ekskursiya zamanı ekspozisiyada nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında da canlı yayımlanıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR