22 Dekabr 2024, Bazar

Azərbaycan xalqı çoxəsrlik tarixə malikdir. Bu tarixdə milli soy-kökümüzdən qaynaqlanaraq fərdi xüsusiyyətimizə çevrilən elə adət-ənənələrimiz vardır ki, həmin adətlərlə azərbaycanlı olduğumuz sübut olunur. Və əsrlərdir, yaşadılaraq bu günümüzədək gəlib çıxan adət-ənənələrimiz müasir dövrümüzdə xalqımızın tarixi kökünü bir daha açıqlayır, bu millətin tarix qədər yaşı olduğunu təsdiqləyir.

Ardını oxu...

Novruz türk xalqlarına məxsus qədim mədəni dəyər,  arxaik rituallarla süslənmiş mədəniyyət hadisəsidir. Yeni həyat, yeni ruh Novruzun əsas mahiyyətini təşkil etdiyi üçün xalq yeni həyat bəxş edən təbiəti  təqdir etmək, alqışlamaq məqsədilə müxtəlif ritualların icrasını vacib saymışdır. Əziz milli bayramımız olan Novruzda icra edilən ritualların çoxu qışın yola salınması, yazın qarşılanması istəyini əks etdirir. Qış xalq təsəvvüründə donan, yatan, hətta ölən təbiət kimi xarakterizə olunur. Onu oyatmaq üçün etnik mədəniyyətdə yardımçı xarakterli ayin-ritualların icrası  mütləq sayılırdı. Bu ritualların çox hissəsi zaman-zaman unudulmuş, bəziləri isə   inkişaf etdirilərək və müasir elementlərlə süslənərək dövrümüzə qədər gəlib çıxmışdır ki, onlardan biri də “Xanbəzəmə” mərasimidir. 

Ardını oxu...

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanda Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi apararkən Şah İsmayıl Xətainin anadilli “Divan”ının nadir nüsxəsini aşkarlayıb.

İnstitutdan verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında həyata keçirilən tədqiqatlar zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkar olunub.

Ardını oxu...

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklərboyu təşəkkül tapan adət-ənənələrə, xalq yaradıcılığı örnəklərinə, milli dəyərlərə həmişə böyük ehtiramla yanaşmışıq. Naxçıvanlılar bu dəyərlərin qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Xalq yaradıcılığının yaşadılması, təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib. Müşavirədə müxtəlif aidiyyəti qurumların sərəncamla bağlı fəaliyyət istiqamətləri, vəzifələr müəyyənləşdirilib. Vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb, məqsədyönlü tədbirlərin keçirilməsi sistemli xarakter alıb.

Ardını oxu...

Qədim zamanlardan xalqımız baharın, yazın gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadar. Zamanla insanlar arasında bu adət-ənənələrin bir çoxu ilə bağlı fərqli inanclar formalaşıb. Bu inanclar bütün ilboyu insanların həyatında müxtəlif dəyişikliklərlə xarakterizə olunur.

Novruzun simvolu olan göyərdilmiş səməni bərəkət, bolluq rəmzi sayılır. Deyərlər ki, səməni düz, şax vəziyyətdə qalxarsa, həmin il məhsul bol, əyri, nazik olduqda isə qıtlıq olacaq. Bayramdan sonra səməni axar suya axıdılır, arxasınca da şirni səpilir. Bununla da ilboyu evdə ruzi, bərəkətin bol olacağına inanılır.

Ardını oxu...

Plov milli mətbəximizin ən gözəl təamlarından biri, xeyirdə-şərdə, ad günü, nişan mərasimlərində, ən əziz qonağımız gələndə süfrələrimizi  bəzəyən yemək növüdür. Muxtar respublikamızda da müxtəlif – qovurma müsəmbə, döşəmə, səbzi, çığırtma, qiymə, əriştə, tas-kabab, paxla, şüyüd, kükü, südlü, kişmiş, şirin, şaşəndaz, yarma kimi plovlar hazırlanır. Plov, adətən, məclisin sonunda süfrəyə gətirilir. Kəbin kəsilən günü bişirilən plova “kəbin aşı” da deyirik. Plovlar bişirilib süzülmüş düyüdən və ət, balıq, tərəvəz, yağ, yumurta və unlu qarnirlərdən ibarət üzgözlər (Naxçıvanda plovun aşqarasına deyilir)  ilə hazırlanır.

Ardını oxu...

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına (ədəbiyyat sahəsi üzrə) təqdim olunması məsələsi müzakirə edilib.

Ardını oxu...

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.

Anadan olmasının 80-ci ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

Ardını oxu...

Haqqında söhbət açacağımız çox qədim musiqi aləti tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib. Mizrabla çalınan ən qədim musiqi alətlərindən biri olan tənbur bir sıra xalqlara məxsus alətdir. Əksər xalqlar tənburu əsrlərlə yaşatmış, inkişaf etdirmiş, xalq çalğı aləti kimi qorumuşdur. Hazırda tənbur Orta Asiya xalqları tərəfindən yaşadılaraq musiqi aləti kimi geniş miqyasda tədris olunur. Bu alət üçün xüsusi musiqilər yazılır, konsert proqramlarında ondan professional səviyyədə istifadə edilir.
Tənbur armudvarı, kiçik, çanaqdan, uzun qoldan və bu qol üzərində bağlanmış 16-ya qədər pərdədən ibarətdir. Alətin simlərinin sayı növündən asılı olur.
Tənbur muğamların ən çox ifa edildiyi alət kimi hələ qədim zamanlardan şöhrət tapmışdır. Orta əsr musiqi alimi Dərviş Əli tənburu “bütün musiqi alətlərinin müəllimi” hesab etmişdir. Heç də təəccüblü deyil ki, Məhəmməd Füzuli “Yeddi cam” poemasında “Setar ilə söhbət” başlığında onu tənburdan fərqləndirməyərək deyir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən
Rəğbət açarı ilə ona da bir qapı aç sən.
Aç bir qapı ki, zahir olub nəşələr ondan,
Qəlblərə gülərək daima olar gül kimi xəndan.
Füzuli də tərk eyləyərək qorxmaz əzabdan,
Bu hali-büstadan qoparar nəşələr hər an.

Tənburun Azərbaycan ərazisində çalınmasından və onun həmnövlərindən bəhs edən Əbdülqadir Marağayi aləti belə şərh edir: “Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edərlər. Onun quruluşu armud şəklində olub, səthi uzundur. Ona iki tək sim bağlanır. Simlərinin ahəngi tərəflərə nisbətən ətrafa daha geniş yayılır. Simlər hər biri digərindən aşağıda yerləşir”.
Dövrümüzə kimi gəlib çıxmış tənbur növlərindən fərqli olaraq muxtar respublikada yaşayan, bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov 1998-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı simpoziuma simvolik olaraq Naxçıvan tənburu hazır­layıb təqdim etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında tarixi və əlamətdar, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmiş, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Ardını oxu...

Qədim Naxçıvan diyarı təbii sərvətləri, uca dağları, əlçatmaz qayaları, zəngin vadiləri, coşqun dağ çayları, gümüşü bulaqları, min bir xəstəliyin dərmanı olan mineral suları ilə yanaşı, deyimləri ilə də məşhurdur. Bu gün nəzər yetirəcəyimiz deyimlər isə dadlı-duzlu mətbəximizdən gəlir.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Ardını oxu...

Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasından qadınlar və güllər” adlı rəsm sərgisi təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının iştirakı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil edilən sərgi açıq səma altında nümayiş etdirilib.

Ardını oxu...

Bəstəkar Məmməd Məmmədov haqqında yazı hazırlayarkən onun ailəsi ilə də maraqlanmağı özümə mənəvi borc bildim. Öyrəndim ki, bəstəkarın üç övladı var. Onlardan hazırda Bakı şəhərində yaşayan Fəridə Məmmədova ilə əlaqə saxladım. O, Ali Məclis Sədrinin bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın atasının yaradıcılığına verilən yüksək qiymət olduğunu və bütövlükdə, mədəni irsimizə göstərilən bu qayğıya görə minnətdarlığını bildirdi. Atası ilə bağlı xatirələrini bölüşdü:
– Atam təkcə yaxşı musiqiçi, pedaqoq yox, həm də xoşxasiyyətli, mehriban, qayğıkeş və zəhmətkeş bir insan idi. Deyirlər, musiqiçilər incə ruhlu insanlardır. Şübhəsiz ki, atamın belə gözəl xarakterə malik olması öz sənətinə vurğunluğu ilə əlaqədardır. O, musiqi ilə yaşayır, onunla nəfəs alırdı. Sənətindən şövqlə danışar, çəkdiyi zəhmətdən zövq alardı. Atam gördüyü işlə heç vaxt kifayətlənmirdi. Daim musiqi aləmində axtarışda idi. Demək olar ki, onun boş vaxtı olmazdı. Vaxtının çox hissəsini piano arxasında məşqlə, ya da ki, musiqi bəstələməklə keçirərdi.
Bir müəllim kimi yetişdirdiyi tələbələr ilə həmişə fəxr edirdi. Öz tələbələri ilə həm də yaxın dost olmağı bacaran bir pedaqoq kimi onların fikirlərini də dinləyərdi. Teatr isə Məmməd müəllim üçün başqa bir aləm idi. Hansısa yeni bir dram əsərinin musiqi tərtibatı üzərində yorulmadan çalışardı.

Ardını oxu...

Həyatdakı ən üstün amallardan sayılan mərifət məqamına yetişmək, kamillik zirvəsinə ucalmaq istəyənləri düzgün yola istiqamətləndirmək məqsədi daşıyır “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı. Ey əziz oxucu, aç oxu sən də bu kiçikhəcmli böyük təfəkkür aşılayan dəyərli nəşri. Oxu ki, mənəviyyatını kamilləşdirən elmin, ədəbin və digər üstün əxlaqi keyfiyyətlərin məğzini, mahiyyətini dərk edəsən. Bununla da hərəkətlərinə ölçü, nizam qoyaraq nəyin düz, nəyin yanlış olduğunu müəyyən edib naqisliklərindən kənar ola biləsən. Hekayələrdəki kimi sən də özünə sual verməklə məsələnin dərinliyinə varmağa çalışasan. 

Misal üçün deyə bilərsən məktəb nədir mənim üçün? Suala tez deyil, dolğun cavab verməyə çalış, bu barədə bir az dərindən düşün, yəqin ki, elmin qapılarını açan bir xəzinə canlandı gözlərin önündə. Əsərdəki “Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər” fikrindən yola çıxaraq keçmişə səyahət et. Əcdadlarının, ata-babalarının həyat tərzi ilə bağlı eşitdiklərini, oxuduqlarını düşüncəndə özünəxas təhlil et, nəticə çıxar. Elmin üstünlüyünü aşılayan Nizamidən başlamış cahilliyi ifşa edən, ana dilimizin müqəddəsliyini aşılayan Mirzə Cəlil də daxil olmaqla, keçmişdən günümüzə maarifpərvər körpü salan yazıçı və şairlərimizin dəyərli irsinə nəzər salsan, şübhəsiz ki, Məhəmməd Tağı Sidqinin bu sözlərinin önəmini dərk edəcəksən. Əgər məktəbdə oxuyursansa, elmin ləzzətini anlayan, hazır­cavab şagirdlə tənbəlin, laqeydin də fərqinə asanlıqla varacaqsan. Buna görə sən də çalış məktəbi, elmi, müəllimi sevən şagirdlərdən ol ki, bu əsərdəki prototiplər kimi qınaq hədəfinə çevrilməyəsən, həmyaşıdların arasında yaxşı mənada seçiləsən, böyüklərin nəzərində mərifət sahibi olasan. Elmin qapılarını açmaq üçün əvvəlcə valideynlərini və müəllimlərini sev. Valideynlərini ona görə ki, onlar səni min bir zəhmət bahasına böyüdüb elm dalınca yola salırlar. Müəllimlərinsə qarşında geniş üfüqlər açır, birinci gün partaya əyləşməyindən başlayaraq məzun adı qazanıb ali məktəbə qəbul olanadək qarşılaşacağın bütün maneələrdən necə keçəcəyini hər incəliyinədək izah edir, düzgün yol göstərirlər.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilib.
Əvvəlcə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folklorşünaslıq şöbəsinin 2003-2019-cu illər üzrə elmi nəticələrinin biblioqrafik göstəriciləri” kitabı işıq üzü görüb.
Nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.
Kitabda 2003-cü ildən Folklorşünaslıq şöbəsində fəaliyyət göstərmiş əməkdaşların bu günədək nəşr olunan elmi əsərləri, mono­qrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, bədii, publisistik nəşrləri, tərtib etdikləri vəsaitlər, eyni zamanda internet resurslarında dərc olunan yazıları, çap olunan antologiyaları ayrı-ayrı illər üzrə geniş və əhatəli şəkildə işıqlandırılıb.
Bibiloqrafiyanın ən mühüm məziyyətlərindən biri dünyasını dəyişmiş və işdən ayrılan əməkdaşlarla bağlı məlumatların da burada əksini tapmasıdır.
Vəsait folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, bu sahənin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

AMEA Naxçıvan Bölməsinin
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki, insanoğlu doğulandan bəri xəstəliklərdən sığortalanmayıb. Müəyyən vaxt kəsiklərində hər hansı xəstəlikdən əziyyət çəkə bilirik. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafına diqqət və qayğı göstərilir. Tibdə ən çətin xəstəliklərin müalicə yolları tapılıb. Ağır xəstəlikdən əziyyət çəkən bir azyaşlının da mütləq şəfa tapacağına inanırıq.

Ardını oxu...

Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görən “Azərbaycan xalq mahnıları – a capella” kitabının təqdimatı keçirilib.

Ardını oxu...

 

Filmdə izləyicilərə Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikanın qədim və zəngin tarixi, coğrafiyası, mədəniyyəti haqda ətraflı məlumat verilir. Ölkəmizin tarixi abidələrini, milli mətbəx nümunələrini, milli sənət incilərini  heyranlıqla izləyən aparıcı Naxçıvan səyahətinə ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsi və muzeyi haqqında məlumat verməklə başlayır.

Filmdə Naxçıvanın maraqlı görüntüləri, xüsusilə dron videokamera ilə çəkilən kadrları diqqəti çəkir. Aparıcının təqdimatında Heydər Əliyev Muzeyi, Möminə xatın türbəsi, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi, Əshabi-kəhf ziyarətgahı, Naxçıvan körpüləri və qalaları, təbiət-turizm potensialı haqqında geniş məlumat  izləyicilərə təqdim edilir. Azərbaycanın milli musiqisi fonunda xalça toxuculuğuna diqqət çəkilir.

Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə hazırlanan 38 dəqiqəlik film urdu dilində yayımlanıb və geniş izləyici kütləsi tərəfindən maraqla qarşılanıb.

 

 

 

Qədim tariximizi, mədəniyyətimizi əks etdirən xalçalar, toxuculuq alətləri, milli geyim, mis, saxsı qablar və digər maddi mədəniyyət nümunələrdən ibarət 89 eksponat dünən Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Ardını oxu...

“Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur!”
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) bütün şüurlu həyatı və yaradıcılığı boyu sadiq qaldığı bu müqəddəs məramı ilə milli ziyalılıq mücəssəməsinə çevrilmiş, əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. O, milli-mənəvi xəzinəmizdə mütərəqqi ideyalar carçısı, ictimai fikrin bayraqdarı, bədii ədəbiyyatımızda və publisistikamızda Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi yaşayır.

“Kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi olan məşhur ədibin adının ədəbiyyat tariximizdə əbədiləşməsi üçün təkcə onun sadə mətləblərlə dərin mənalar ifadə edən, bu gün də bədii nəsrimizin şedevr nümunələrindən sayılan hekayələri belə, yetərli idi. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri sadə və rəvan təhkiyə dili, Azərbaycan danışıq üslubu, ibrətamizliyi, ən əsası isə büllur kimi saf və tükənməz söz çeşməmiz – xalq folklorundan qaynaqlandığı üçün bu gün də sevilə-sevilə oxunur. Onun “Rus qızı”, “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi sovet dövründə qələmə aldığı hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.

Ardını oxu...

Milli müstəqilliyimizin əsasını təşkil edən dilimiz bizim milli ruhumuzun da ilkin təməlidir. Bu dil bizim anadan öyrəndiyimiz sadəcə ünsiyyət vasitəsi deyil, bu dil bizim böyük mədəniyyətimizin, şanlı tariximizin, əsrlərin daş yaddaşından soraq verən keçmişimizin, bəşər mədəniyyətinə nadir incilər bəxş etmiş klassik yazılı ədəbiyyatımızın və şifahi xalq yaradıcılığımızın dilidir.  Bu dildə xalqımızın mənəviyyatı, ruhu əks olunur. O, malik olduğumuz mədəni keçmişimizin mühafizəçisi, gələcək mədəni yüksəlişinsə müdafiəçisidir.

Ardını oxu...

Mənim ana dilim Azərbaycan dilidir. Bu dil xalqımızın milli-mənəvi varlığının, özünü təsdiqinin, həyat tərzinin, mədəni irsinin göstəricisidir. Dilimiz tarixboyu müxtəlif deformasiyalara məruz qalsa da, özünəməxsusluğunu qoruyub saxlayıb, nəsillərdən-nəsillərə ötürülərək yaşayıb. Onu yaşatmaq, şirinliyini, saflığını qorumaq hər bir azərbaycanlının  müqəddəs borcudur. 

Ardını oxu...

Qoç Koroğlu, Bamsı Beyrək nərəsiylə,
Nəiminin, Nəsiminin haqq səsiylə,
“Yaşa! Yaşa, Azərbaycan!” kəlməsiylə,
Zirvələrə ucalmısan, Ana dilim!
Varlığından güc almışam, Ana dilim!

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinin 6 əsas, 5 altbölmədən ibarət bayraqmuzeyi.nmr.az rəsmi internet saytı istifadəyə verilib. Saytın ana səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamı, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı haqqındakı dəyərli fikirləri və muzeyin ekspozisiyasından görüntülər yer alır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən yanvar ayında tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad, interaktiv, açıq dərslər keçilmiş, seminar-treninq və ekskursiyalar, kitab müzakirələri təşkil olunmuşdur.

Ardını oxu...

Ziyarətdən doğan təəssüratlar, düşüncələr, müzakirələr...

Naxçıvan Duz Muzeyi xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının bir ifadəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb, 2018-ci il aprel ayının 25-də isə istifadəyə verilib.
Çoxdandır, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolun dünyaya çatdırılması, aparılan elmi araşdırmalar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması və təbliği məqsədilə yaradılan Naxçıvan Duz Muzeyinə bir yerdə getməyi planlaşdırırdıq. Bu mədəniyyət müəssisəsi ilə ümumi tanışlıq əsasında Naxçıvanın duz tarixinə yenidən nəzər salmaq, həmin qədim tarixi, mədəniyyəti gözlərimiz önündə canlandırmaq üçün bu ünvana yollanırıq.

Ardını oxu...

Nəğməkar şair, dramaturq İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. O, mənalı ömrünə böyük bir sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qala bilib. Sənətkarın zəngin yaradıcılıq irsi bu gün də incəsənət adamlarının müraciət etdiyi əsas mənbələrdəndir. “Ana”, “Yadıma düşdün”, “Nə vaxta qaldı”, “Aylı gecələr”, “Ay qaşı, gözü qara qız”, “Bir xumar baxışla”, “Qonaq gəl bizə”, “Bakı, sabahın xeyir!”, “Bir könül sındırmışam” kimi sözlərində ürək və qəlb çırpıntılarının, sevgi və poetik hüsn­rəğbətin duyulduğu, şirin, axıcı və gözəlliklərlə dolu əbədiyaşar mahnılara necə qulaq asmaya bilərik? Onun belə poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. İndinin özündə də bu mahnılar dillər əzbəridir və sevilə-sevilə dinlənilir. Şairin bir çox şeirlərinə bəstələnmiş mahnılar Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin qızıl fondunu təşkil edən əsərlər sırasında yer alır. 

İslam Səfərli ilk şeirlərini 17 yaşında ikən yazıb. Məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib, müxtəlif cəbhələrdə döyüşüb, həmçinin müharibə əleyhinə mübarizəsini qələmi ilə davam etdirib. Müharibə bitdikdən sonra Vətənə qayıdan İslam Səfərli yaradıcılığı ilə tezliklə ədəbi aləmdə tanınır və sevilir. Oçerk, novella, libretto və kino­ssenari, məqalələr də yazır, xarici ədəbiyyatdan uğurlu tərcümələr edir. Onu insanlara ən çox sevdirən isə dərin duyğularla yazdığı şeirləri olur. Əsasən, heca vəznində yazan görkəmli şair, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini, məftunluğunu bəyan edir. Onun güclü, romantik pafoslu şeirlərində çox dərin bir səmimiyyət duyulur. Bu şeirlərdəki şirinliyin, axıcılığın əsas səbəbi də şairin özünün dediyi kimi poetik ruhuna arxalanması idi.

Ardını oxu...

İnsan mənəviyyatının zənginləşməsində mühüm rol oynayan güclü estetik təsir vasitələrindən biri də musiqidir. “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”, – deyən Konfutsinin bu sözləri musiqinin insan həyatındakı əhəmiyyətini, bir xalqın milli dəyərlər sisteminin formalaşmasındakı rolunu təsdiqləyir. Təbiidir ki, musiqi öz-özünə yaranmır, onu böyük sənətkarlar yaradır və əsrlərlə yaşayacaq əsərlərə, mahnılara çevirir. Həmin sənət adamları zamanın fövqündə dayanaraq yaratdıqları musiqi nümunələri ilə daim yaşayır və dərin ehtiramla yad edilirlər.

Tarixən mədəniyyətin, incəsənətin, ədəbiyyatın beşiyi olan ölkəmizdə, eləcə də onun dilbər guşəsi olan Naxçıvanda musiqi mədəniyyəti daim inkişaf edir. Bu diyar yetirdiyi görkəmli incəsənət adamları ilə günümüzdə də inkişafın zirvəsində dayanır. Əminliklə qeyd edə bilərik ki, bu inkişafın əsasını həmin sənətkarların yaratdıqları mədəni irs təşkil edir. Belə sənətkarlardan biri də ötən əsrin keşməkeşli illərində ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var qüvvəsi ilə çalışan, böyük sevgi və həvəslə sənətini yaşadan mərhum bəstəkar, dirijor Məmməd Məmmədovdur.
Bəstəkar Məmməd Məmmədov 1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində dünyaya göz açıb. O, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Bu istedadlı gənc texnikumda oxuduğu illərdə musiqiyə də böyük maraq göstərir. Onun həvəslə bu sahəyə can atması gəncliyini və gələcəyini həsr edəcəyi musiqi dünyasına yönəlməsi, öz həyatını truba nəfəsli aləti ilə bağlaması ilə nəticələnir.

Ardını oxu...

Çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan musiqi və ifaçılıq sənətində Polad Bülbüloğlunun böyük yeri vardır. 

O, Azərbaycan aşıq musiqisindən ritmik ifa tərzini, muğam sənətindən səslərin əruzsayağı uzadılmasını, bəstəkar mahnılarından melodikliyi alaraq Azərbaycan estrada musiqisinin və ifaçılıq xüsusiyyətləri ilə ahəngdar surətdə birləşdirmişdir. Polad Bülbüloğlunun ifaçılıq tərzindəki ayaqüstü cəld hərəkətlər də milli aşıq sənəti ilə səsləşir. Caz sənəti ilə muğam ifaçılığını sintez etmək Azərbaycan ifaçılıq məktəbində Vaqif Mustafazadə kimi parlaq bir istedadı meydana çıxarmışdır. Xalq mahnıları və aşıq sənəti ilə estradanın vəhdətindən Polad Bülbüloğlu "dünyaya gəlmişdir". Üstəgəl, bu orijinal ifaçılıqda muğam ünsürlərinin olması Polad Bülbüloğlu estradasını daha da zənginləşdirmişdir.

Ardını oxu...

Mütaliənin insan həyatındakı tarixi rolu danılmazdır. Eramızdan əvvəl dördüncü əsrdə Menandr belə demişdir: “Oxumağı bacaranlar ikiqat görürlər”.
Texnologiyanın inkişafı, internet, sosial şəbəkələrin imkanları hər gün müxtəlif yazıların, müəlliflərin, yeni-yeni imzaların inkişafına xidmət edir. Bu gözəldir, mədəni inkişafın bir qapısı da ola bilər. Lakin bütün danışa bilənlərin həm də yaza bilmə iddiası, ciddi ədəbiyyat oxucularının və əsl ədəbi tənqidçilərin azlığından qaynaqlanmırmı?!

Ardını oxu...

Maddi dəyərlərimizin bir parçası olan yaşayış evləri milli mədəniyyətimizin əsas struktur elementlərindən olaraq etnoloji araşdırmaların aktual məsələləri sırasındadır. Bu evlərin etnoqrafik baxımdan araşdırılmasının mühüm cəhətlərindən biri onların tiplərinin müəyyənləşdirilməsidir. Xalq yaşayış evi tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası, ictimai həyat, ailə-məişət, eləcə də dünyagörüş və inanclar sistemi müəyyən rol oynayıb. Məhz bu amillərin təsiri ilə evlər müxtəlif tiplərdə tikilib, təbii mağaralardan (zağa, kaha, sığnaq, kühul) müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçib. Azərbaycan əhalisinin yaşayış evləri mahiyyətcə, məzmunca, istifadə olunan tikinti materiallarına görə bir-birindən o qədər də fərqlənməyib və bu prosesdə yüz illərdən gələn tikinti təcrübəsi, təsərrüfat məişəti, inşaat materialları mühüm rol oynayıb.

Ardını oxu...

AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilən iclasında akademiyada Azərbaycan Əsilli Alimlər Assosiasiyası yaradılması haqqında qərar qəbul edilib.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Ardını oxu...

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətli poçt markalarının da yer aldığı “Naxçıvan” adlı albom nəşr edilib. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Caspigroup”mətbəəsində 2 min ədəd tirajla nəfis şəkildə tərtib edilən albomun üz qabığında Möminə xatın türbəsindən fraqment təsvir olunub.

Ardını oxu...

 

 

 

 

 

 

 

Azərbaycan istimai fikri, ədəbiyyatı və mədəniyyəti tarixində Əliqulu Qəmküsarın (1880-1919) adı qüdrətli simaların sırasında böyük ehtiramla çəkilir. Bu görkəmli ziyalı “Şərqi-rus”dan başlayaraq dövrün bir çox mötəbər mətbuat orqanlarında, xüsusilə  “Füyuzat” jurnalının davamı olan “Yeni Füyuzat” və ədəbi dövrə möhürünü vuran “Molla Nəsrəddin” jurnalında fəaliyyət göstərib. Mollanəsrəddinçi təlim və hərəkatda onun adı qədirbilən dostları tərəfindən “həqiqi və ləzzətli əhli-qələm və şair” (C.Məmmədquluzadə), ““Molla Nəsrəddin”in ürəyi” (Ə.Haqverdiyev) kimi xatırlayıb. Yaxın silahdaşı Ə.Nəzmi onun haqqında bəhs edərkən “o, şən bir şəxs idi, həm dərviş məşrəb”, - deyə yazıb. Dövrün iki böyük fikir adamı olan Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə kimi nəhəng söz adamları ilə yaxından dostluq münasibətində olub onlarla əməkdaşılıq etmək Qəmküsarın  mənəvi sanbalından xəbər verirdi. Lakin bu, birmənalı və mübahisəsizdir ki, Əliqulu Qəmküsarı ictimai fikrə bəxş edən “Molla Nəsrəddin” olduğu kimi, “Molla Nəsrəddin”inə də böyük şöhrət gətirən şəxsiyyətlərdən biri məhz Əliqulu Qəmküsar idi.

Dinəndə yandı dilim, dinməyəndə dil yandı...

Qəzetçilik fəaliyyəti XX əsrin ilk anadilli mətbuat orqanı olan “Şərqi-rus”dan başlayan Əliqulu Qəmküsarın ilk mətbu şeiri də burada dərc edilən bu dörd beytlik şeir idi:

Dinəndə yandı dilim,

Dinməyəndə dil yandı.

Nə dərdi gizlədə bildim,

Nə də aşikar eylədim.

Bu kiçik həcmli şeir özündə böyük mətləblər ifadə edirdi. Şairin yaradıcılıq kredosu da məhz bu şeirdə özünü əks etdirirdi. Görünürdü ki, yanğı, kədər hələ Əliqulu Nəcəfov kimi tanınan şairin əsas dərdi, qayəsi, yaradıcılıq tərzi idi. Dövrün görkəmli fikir adamları və fəal ziyalıları Əli bəy Hüseynzadə, Namiq Kamal və Səid Səlmasiyə həsr olunan şeirləri Ə.Qəmküsarın romantik üslubdakı fəaliyyətinə işıq tutur. Lakin, artıq qeyd etdiyimiz kimi, Əliqulu Nəcəfovu şöhrətə mindirən, Qəmküsar edən “Molla Nəsrəddin” jurnalı idi.  

Cəlil Məmmədquluzadənin özünün də yazdığı kimi, Əliqulu Qəmküsarın “Molla Nəsrəddin” jurnalında fəaliyyəti jurnalın üçüncü ilindən, yəni 1908-ci ildən başlayır. Qüdrətli şair burada “Xadimi-millət”, “Otaylı”, “Cüvəllağı”, “Sarsaqqulu bəy”, “Cüvəllağı” və başqa imzalarla çıxış edib. Cəlil Məmmədquluzadə bu böyük qələm sahibi və etibarlı dostu haqqında deyəcəkdi ki: “...Şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır. ...“Molla Nəsrəddin”də iştirak edən şairlər cərgəsində Cüvəllağı yoldaşımız fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı”.

Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə bir ideya-məfkurə yolu müəyyənləşdirib ki, bu yol onun davamçıları – mollanəsrəddinçilər tərəfindən davam etdirilərək məktəbə çevrilib. Əliqulu Qəmküsarın yaradıcılığında özünə yer tapan hər cür istibdada – siyasi və dini-mənəvi istibdada, aşağı kütlələrin hüquqsuzluğu və məhrumiyyətlərinə qarşı mübarizə mollanəsrəddinçi qayədən irəli gəlirdi.  “Bizim qarşımızda duran Şərq istibdadı və Şərq qaranlığı idi. Şah və sultan istibdadı idi və şəriət zülməti idi” - deyən Cəlil Məmmədquluzadə kimi Əliqulu Qəmküsarın da yaradıcılığında əsas tənqid hədəfi İran və Rus müstəmləkə zülmü, siyasi müstəmləkəçiliyə və hər cür ictimai-mənəvi geriliyə mənəvi əsas, səbəb olan dini fanatizm, şəriət zülməti və ruhani istibdadı idi. “O, Azərbaycan xalqını çarizmə, mülkədarlara və burjuaziyaya, dini fanatizmin eybəcərliyinə, insan hüquqsuzluğuna, keçmişin yaramaz adət-ənənələrinə qarşı amansız mübarizəyə çağırıb, demokratik ideyalar ruhunda tərbiyələndirib” .

Əliqulu Qəmküsar mollanəsrəddinçi mövqedən yanaşmaqla sadə xalqa zülm donu biçən, fəlakət boyunduruğu kimi xalqının boynuna keçən müstəmləkəçi rejimi lənətləyir, xalqın başına açdığı zülmlərdən ötrü nanəcib əməllərini ifşa edir, bir mexanizm, sistem olaraq aradan götürülməsini tövsiyə edirdi.

. “İstibdadi-ruhani” felyetonunda da bu zülmə mənəvi zəmin, alışqanlıq və dözümlülük yaradan ruhaniliyi görərək yazırdı: “...Köhnə çürümüş hökuməti üzüquyulu salıb və onun bir naxır millət qanı soran vəzirlərini və bir sürü boynuyoğun qubernatlarını və naçalniklərini və qarnıyoğun yekə jandarmlarını kişliyib qatıblar danalığa və məmləkəti onların pis üfunətindən təmizləyiblər. Amma heç kəsin xəbəri yoxdur ki, öküzün böyügü tövlədədir. Qardaş, zarafat deyil, tutaq ki, sən istibdadi-cismanini yıxdın və hürriyyəti-kəlamə sahib oldun... Pəs şəri işlərinə nə deyirsən? Yaxşısı budur ki, indi vaxt varkən başının çarəsini eylə. Və necə ki istibdadi-cismanini yıxdın, istibdadi-ruhanini də yıx ki, yaxan qurtarsın. Yoxsa istibdad istibdaddır. O olmasın, bu olsun”. “Senzur” adlı felyetonunda da müstəmləkəçi siyasətlə yerli xan-bay və ruhani istibdadının əlaqəsini açıb göstərirdi: “Onda buyururdu ki, xeyr, mənim hökumət senzorluğumdan başqa özümün şəxsi bir senzurluğum da var və başlıyırdı ata kimi nəsihət eləməyə ki, balam, sən hələ uşaqsan, öz xeyir-şərini bilmirsən, adam gərək dövlətliyə sataşmaya, çünki onlardan adama xeyir-mənfəət gələr. Adam gərək xan-bəyə sataşmaya, çünki adamın onlara ehtiyacı düşər. Adam gərək axunda, seyidə, dərvişə sataşmaya, çünki onların da bədduası adamı tutar...”. Bütün bunlara görə də Qəmküsarın ədəbi fəaliyyətində ruhaniliyin, dini fanatizmin tənqidi əsas yer tuturdu. Özünəməxsus bədii qüdrət ifadə edən “Gülməsin” rədifli satirik qəzəlində ədib şərin fəlsəfi obrazını yaradır, müsəlman aləmindəki zülmün formalarını təqdim edirdi:

Gülsün ol kəslər ki, dünyanı xərabistan sevər,

Hər nə var şeytan gülərsə, gülsün, insan gülməsin.

Bunu da qeyd edək ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və publisistikasında “Şeytan, İblis” obrazlarına müraciət başlıca yer tuturdu. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Hadi, H.Cavid, eləcə də, nümunədən göründüyü kimi Ə.Qəmküsar “Şeytan, İblis” obrazlarına müraciət üzərində qurulmuş əsərlər yazıb və bir çox ictimai mətləbləri ifadə edib. “Şeytan” dini-mistik, mifoloji mənşəyindən fərqli olaraq XX əsrin ədəbi yaradıcılığında siyasi, ictimai, mənəvi şəri ümumiləşdirən bəşəri obraz olaraq özünə yer alıb.

Müsəlman aləmindəki avamlıq da mollanəsrəddinçi şairin tənqid hədəfində idi. Ruhanilər tərəfindən müxtəlif dini yalanlarla inandırılmış və başı tovlanmış müsəlmanlar arasında hökm sürən avamlıq ədibin tənqid hədəflərindən birini təşkil edirdi.

Çək xəncərini, baş-qulağın qan eləyib yar,

Vəhşiyyətini aləmə elan eləyib yar,

Kirdarına hər milləti xəndan eləyib yar,

Yar, yarmağına canını qurban eləyib yar,

Yar əhrəmənim, yar qoçağım, yar igidim yar!

Satirik şair “Qələm arkadaşım Kefsizə” adlı satirasında da “Molla Nəsrəddin” məcmuəsi və onun yazdıqlarına qarşı tovlanıb “təkfir eləyən” insanları, onların avamlıqlarını təqdim və tənqid edirdi:

Belə bir qövm ki, daim səni təhqir eliyir,

Nə deyirsənsə onu tərsinə təbir eliyir,

Axtarır cüzi bəhanə səni təkfir eliyir,

Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar?

Çox danışsan tükünü küçədə, meydanda yolar.

Böyük tənqid ustasının yaradıcılığındakı çoxsaylı felyetonlarından “Qarğalar”, “Senzur”, “Şeytan fəhləsi , “Asari-tərəqqi”, “Niyə qəzetə və məcmuə satılmır?” və başqa felyetonları böyük maraq kəsb edir. Satira ustasının “Qatış-bulaş” adlı felyetonu isə mollanəsrəddinçilikdə özünəməxsus ad qazanmış əsərlərdən biridir. Ana dilinin saflığını pozanlara qarşı satirik tənqidlə yazılmış əsər “qatış-bulaş dili” kimi ifadənin danışığa gəlməsi və ana dilini korlayan adamlara qarşı tənqidi ifadəyə çevrilməsi ilə nəticələnib.

“Molla Nəsrəddin, ədəbi məktəbinin başçısı Cəlil Məmmədquluzadənin də “Füzuli” adlı məqaləsində bəhs edildiyi kimi, başda Füzuli olmaqla Azərbaycanın və Şərqin bir çox klassiklərinin əsərlərinə “Molla Nəsrəddin” jurnalı və ümumən, mollanəsrəddinçi ədəbi metodda müraciət olunub. Əliqulu Qəmküsarın “Füzulini beşlətmə” əsəri də belə əsərlərdən biridir:

Yoxdur aləmdə dəxi qüssəvü-dərdü-məhənim,

Vardı hər yerdə mənim bollu suyum, bollu dənim.

Məni min fikrə salan bu gödənimdir, gödənim,

“Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim”.

Yaradıcılığının bütün bu kimi səciyyəvi xüsusiyyətlərinə, sənətkarlıq qüdrətinə görə Əliqulu Qəmküsar mollanəsrəddinçiliyin sütunlarından və Azərbaycan ədəbiyyatında qüdrətli satiriklərdən biri kimi məşhurdur. Mollanəsrəddinçi sənətkarlıq və dil-üslub xüsusiyyəti olaraq Ə.Qəmküsarın da yaradıcılıq dilinin mahiyyətini, akad. T.Hacıyevin sözlərilə belə ifadə etmək olar: “Həssas və zərif yumor, sərt və iynəli kinayə, zarafat dolu ciddiyyət, həqiqət dolu bədiilik, ağlar gülüş, qəhqəhəli ağlayış, üzbəüz danışmaq cəsarəti ilə yanaşı sözünü dolayı yetirmək – üzünü birinə tutub sözünü başqasına demək qabiliyyəti, sadə, bir qədər də loru ifadə tərzində dərin bədii-ictimai fikir söyləmək bacarığı”.

Beləliklə, mollanəsrəddinçi satirik publisistika və şeir yaradıcılığında Əliqulu Qəmküsarın adı əvəzsiz və unudulmazdır. Özünəməxsus yaradıcılıq təbi və istedadı ilə yeni satira yolunu inkişaf etdirən və dilini zənginləşdirən Əliqulu Qəmküsar Azərbaycan ədəbiyyatının “Molla Nəsrəddin” ədəbi məktəbinin sütunlarından biri kimi həmişəlik əbədi mövqeyə malikdir.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

 

 

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayev ötən həftə yenidən Naxçıvanda olub. Tanınmış dirijor Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Uşaq xor kollektivləri üçün ustad dərsləri keçib. Həmin dərslərin bəhrəsi kimi fevralın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə uğurlu və maraq dolu bir konsert proqramının şahidi olduq.

Ardını oxu...

Ədəbiyyat dövlət siyasətinin üzvi tərkib hissəsi kimi milli siyasətin həyata keçirilməsində əsas rol oynayır. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində ədəbiyyatın yeri, rolu və imkanları çox genişdir. Ədəbiyyata xalqın tarixi yaddaşı kimi baxan ulu öndər bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Həmin prinsiplər dövlətçilik təlimində ədəbiyyat siyasətinin, müstəqil Azərbaycan dövlətinin quruculuğunun təməlini təşkil edir.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konserti olub.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir,  tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral  tarixli  Sərəncamı elə bu qiymətli milli sərvətimizə böyük ehtiramın ifadəsi kimi dəyərləndirilir. Sərəncam xalq yaradıcılığının  müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açıb. Sərəncamda digər sahələrlə yanaşı, yallı rəqsləri barədə də deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün  təzahür forması olan  folklorun,  musiqi və rəqs sənətinin ən qədim  qaynaqları  eramızdan əvvəl  IV-I minilliklərə aid  Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi  qədim qaynaqlarda öz əksini  tapmışdır. Dünyanın ən qədim  kollektiv ifa  növlərindən  olan  Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”. 

Ardını oxu...

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqvimində dövrlərə – çillələrə bölünür. Azərbaycan ərazisində bəzi təsəvvürlərdə qış qoca qarı şəklində də təqdim olunur. Belə deyərlər ki, qış Böyük çillə, Kiçik çillə və Boz ay adlarında üç oğlu olan qoca qarıdır. Dekabr ayının 20-də daxil olan Böyük çillə yanvar ayının 31-i gecəsi öz yerini Kiçik çilləyə verir. Fevral ayının 1-dən etibarən Kiçik çillə, necə deyərlər, öz hökmünü göstərməyə başlayır. Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq arasında da deyilir: “Əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə. Bu vaxt hava çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlər uzanır”.

Ardını oxu...

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”, – deyərək Azərbaycan gəncliyinə etimad göstərən ümummilli lider Heydər Əliyevin  müəyyənləşdirdiyi gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin prinsip və məqsədləri isə ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. Ölkə başçısının “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, gənclər haqqında ­imzaladığı sərəncamlar, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır, onların potensialının üzə çıxarılmasını dəstəkləyir. 

Ardını oxu...

Naxçıvanda qədim dövrlərdən insanların məskunlaşması üçün əlverişli şərait olmuşdur. Ordubad rayonunun Gilançay vadisində aşkar olunan qədim daş alətlər insanların, təqribən, 2-1 milyon il bundan əvvəl burada məskunlaşdığını təsdiq edir. 1991-ci ildə Аzərbаycаn Rеspublikаsı müstəqillik qаzаndıqdаn sоnrа Аzərbаycаn, о cümlədən Nахçıvаn аbidələrinin öyrənilməsində yеni mərhələ bаşlаnıb. Аzərbаycаn хаlqının ümummilli lidеri Hеydər Əliyеvin tövsiyəsi ilə Аzərbаycаn tаriхi milli kоnsеpsiyа əsаsındа yеnidən işlənib. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеv və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə qаyğısı bu sаhədə  mühüm işlərin görülməsinə səbəb оlub.

Ardını oxu...

Hər bir xalqın musiqi mədəniyyətinin göstəricilərindən biri də onun musiqi alətləridir. Bu alətlər bəşər tarixində insanın mənəvi aləminin təşəkkülündə əhəmiyyətli rol oynayıb. Əsrlərdən bəri musiqi inkişaf etdikcə müxtəlif melodiyaların ifası və ritmik müşayiəti üçün yeni alətlər yaradılır, mövcud olan alətlər isə daha da  təkmilləşdirilir. Onların müxtəlif növlərinin geniş istifadəsi, şübhəsiz, zaman-zaman formalaşan və inkişaf edən zəngin incəsənətin olmasına dəlalət edir. Azərbaycan xalqına məxsus yaşı əsrlərə bərabər, dünyanın həsəd apardığı xalq çalğı alətləri vardır ki, bunlardan biri də muğam üçlüyünün ayrılmaz parçası, musiqi alətlərinin şahı hesab edilən tardır. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, ustad tarzən Zöhrab Axundov ilə xalq çalğı alətimiz olan tarın tarixi, Naxçıvanda yaşayıb fəaliyyət göstərmiş tarzənlər və yetişməkdə olan gənc ifaçılar haqqında danışdıq.

Ardını oxu...

Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövr­dən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında mü­vafiq ola­raq zənginləşmə yolu keçmiş və Azərbaycan icti­mai-pe­da­qo­ji fikrinin mühüm probleminə çevrilmişdir. Orta əsrlərdə şəxsiyyətin for­­­malaşması ideyası insanın tərbiyə edilməsi kimi başa dü­­­şül­müş, yaxşı insan yetişdirilməsi məqsədini da­şı­mış­dır.

Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Taleh Xəlilovun “Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri” adlı dərs vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, rəyçiləri isə  pedaqogika üzrə elmlər doktoru, dosent Rəcəb Ağayev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Kərimova və filologiya üzrə fəlsəfə doktoru Şərəbanı Məmmədova olan dərs vəsaiti çox zəngin struktura  malikdir. Qeyd edək ki, dərs vəsaiti  2 fəsil, 5 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

Dərs vəsaiti giriş, iki fəsil, nə­ticə və istifadə edilmiş ədəbiyyat siyahısın­dan ibarətdir. Gi­rişdə müəllifin problemə münasibətini elmi ya­naş­ma ki­mi qiymətləndirirəm.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri Qarabağlar Türbə Kompleksində olublar. Ziyarətçilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair, dramatuq, publisist Adil Babayevin anadan olmasının 95 illik yubileyinin qeyd olunması məqsədilə tərtib edilmiş tədbirlər planına əsasən keçirilən “Adil Babayev həftəsi” başa çatıb.
Şair-dramaturqun adını daşıyan kitabxanada ilk olaraq “Adil Babayev-95” başlıqlı sərgi təşkil edilib, həftə ərzində kitabxanaya müraciət edən hər bir məktəbli ilə ədibin həyat və yaradıcılığı barədə söhbətlər aparılıb, onlara müəllifin əsərlərinin mütaliə edilməsi tövsiyə olunub. Tədbirlərin davamı kimi Naxçıvan şəhərindəki Heydər Əliyev adına, həmçinin 12 və 14 nömrəli tam orta məktəblərdə müəllifin “Babəkdən sonra” poemasının müzakirələri keçirilib və məktəblilərlə Adil Babayevin həyat və yaradıcılığı haqqında ətraflı söhbətlər aparılıb. Tədbirlər planına uyğun olaraq kitabxanada “Adil Babayev: şair, dramaturq, publisist” mövzusunda dəyirmi masa, müəllifin şeirləri əsasında gecə təşkil olunub.

Xəbərlər şöbəsi

Yanvarın 23-də Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən 110 eksponat hədiyyə edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR