22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasından qadınlar və güllər” adlı rəsm sərgisi təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının iştirakı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil edilən sərgi açıq səma altında nümayiş etdirilib.

Sərgidə Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Yazgül Rzayeva, Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Qızlar Liseyinin direktoru Aida Allahverdiyeva çıxış edərək qadınların ictimai, siyasi və mədəni həyatdakı rolundan danışıblar.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 23 rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilib. Yaradıcı insanların sənət töhfəsi olan bu sərgi al-əlvan çalarları ilə incə ruhlu, çiçək ətirli xanımların dünyasını ifadə edib. Sərgidə qadın gözəlliyinə və zərifliyinə həsr olunan “Güllər”, “Lalələr”, “Yasəmən”, “Yar”, “Şad günlər”, “Zəriflik” kimi bir çox rəsm əsərləri orijinallığı ilə diqqəti cəlb edib.
Açıq səma altında sərgidə gənc rəssamlar üçün ustad dərsi də keçilib. Gənclərin çəkdikləri rəsmlər də həmin sərgidə nümayiş etdirilib.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR