Naxçıvanda qədim dövrlərdən insanların məskunlaşması üçün əlverişli şərait olmuşdur. Ordubad rayonunun Gilançay vadisində aşkar olunan qədim daş alətlər insanların, təqribən, 2-1 milyon il bundan əvvəl burada məskunlaşdığını təsdiq edir. 1991-ci ildə Аzərbаycаn Rеspublikаsı müstəqillik qаzаndıqdаn sоnrа Аzərbаycаn, о cümlədən Nахçıvаn аbidələrinin öyrənilməsində yеni mərhələ bаşlаnıb. Аzərbаycаn хаlqının ümummilli lidеri Hеydər Əliyеvin tövsiyəsi ilə Аzərbаycаn tаriхi milli kоnsеpsiyа əsаsındа yеnidən işlənib. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеv və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə qаyğısı bu sаhədə mühüm işlərin görülməsinə səbəb оlub.
Muxtar respublika ərazisində qədim Daş dövrünə aid yalnız bir neçə daş alət və nukleuslar vardır. Belə tapıntılar Xaraba Gilan, Ovçular təpəsi, Şahtaxtı, Kilitdən aşkar olunub. Bu dövrün geniş qazıntılarla öyrənilmiş abidəsi hələlik Qazma mağarasıdır. Mağarada aparılan araşdırmalar ağıllı insanın formalaşdığı dövrü öyrənmək üçün qiymətli materiallar verib.
Naxçıvanın Cənubi Qafqazı Yaxın Şərqlə bağlayan qədim yolların kəsişmə nöqtəsində yerləşməsi bölgənin iqtisadi-mədəni inkişafında mühüm rol oynayıb. Arxeoloji araşdırmalara əsasən demək olar ki, bu bölgədə formalaşan qədim mədəniyyətlər, xüsusilə Şərqi Anadolu, İrəvan, Urmiya hövzəsi və Qarabağla sıx bağlı olub. İndiyədək Cənubi Qafqazda Neolit, Eneolit və Erkən Tunc dövrlərinə aid ən qədim abidələr Naxçıvanda aşkar olunub. Bu abidələrin öyrənilməsinə XIX əsrin 70-ci illərindən başlanılıb. Araşdırmalar təsdiq edir ki, Naxçıvanın Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə əlaqələri qədim dövrlərdən mövcud olub, eramızdan əvvəl VII-VI minilliklərdə daha da intensivləşib.
Hаzırdа Nахçıvаndа bir nеçə аrхеоlоji еkspеdisiyа, о cümlədən iki bеynəlхаlq еkspеdisiyа fəаliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra bu sahəyə diqqət daha da artırılıb. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarının birgə apardığı məqsədyönlü tədqiqatlar nəticəsində muxtar respublika ərazisində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınıb. Həmin abidələr Naxçıvanın qədim və orta əsr tarixinin öyrənilməsi üçün dəyərli mənbələrdir.
Аdıçəkilən sərəncаm əsаsındа 2006-2007-ci illərdə Nахçıvаnın tаriх və mədəniyyət аbidələri qеydə аlınаrаq pаspоrtlаşdırılıb və tədqiqаtlаrın yеkunlаrı ilə bаğlı “Nахçıvаn Abidələri Ensiklоpеdiyаsı” çаp оlunub. Aparılan tədqiqatlarla bağlı konfranslar keçirilib, məqalələr yazılıb. Lakin onların ümumiləşdirilib konkretləşməsinə olduqca böyük ehtiyac vardır. Bu məqsədlə Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-2013-cü illərdə Ovçular təpəsi, Duzdağ, 2014-2017-ci illərdə I Kültəpə, Duzdağ, Zirincli, Uçan ağıl, Uzunoba yaşayış yerlərində araşdırmalar aparıb, həmçinin Naxçıvanın dağlıq və dağ ətəklərindəki onlarla yeni abidə tədqiqata cəlb edilib.
2011-ci ildə aparılan araşdırmalar zamanı Sədərək yaşayış yerindən Neolit dövrünə aid daş toxa aşkar olunub. 2014-2017-ci illərdə həmin arxeoloji ekspedisiyanın araşdırmaları nəticəsində Babək rayonunda yerləşən I Kültəpə abidəsinin alt təbəqəsinin Neolit dövrünə aid olduğu müəyyən edilib.
Naxçıvanda istehsal təsərrüfatının formalaşması, inkişafı və qədim mədəniyyətlərimizin Şərq ölkələri ilə əlaqələrinin öyrənilməsi üçün Neolit və Eneolit abidələrinin tədqiqinin mühüm əhəmiyyəti vardır. Arxeoloji qazıntılarla Neolit dövrünün sonuna aid maddi mədəniyyət qalıqları yalnız I Kültəpə abidəsində öyrənilib. Bu yaşayış yerindən aşkar olunan keramika nümunələrinin paralelləri Cənubi Qafqaz və Urmiya hövzəsinin abidələrindən məlumdur. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir. Bu yaşayış yerində aparılan arxeoloji qazıntı işləri Son Neolit dövrünün ardıcıl mərhələlərini dövrləşdirməyə imkan verib. Araşdırmalar qədim Kültəpə sakinlərinin əkinçilik və maldarlıqla məşğul olduğunu, köçmə maldarlığın mənimsənildiyini təsdiq edir. I Kültəpədən aşkar olunan arxeoloji materiallar Son Neolit mədəniyyətinin xüsusiyyətlərini, insanların həyat tərzini izləməyə imkan verib.
2017-ci ildə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı Naxçıvantəpədə Dalmatəpətipli keramika məmulatının aşkar olunması bu mədəniyyətin yayılma arealının Naxçıvanı da əhatə etdiyini təsdiq edib. Daha doğrusu, Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub. Şübhəsiz ki, gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və qarşılıqlı münasibətlərin xarakterini daha aydın şəkildə müəyyən etməyə, Dalmatəpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələləri aydınlaşdırmağa imkan verəcəkdir.
Eneolit dövrünün erkən və orta mərhələsinin öyrənilməsi I Kültəpə və onun ətrafındakı yaşayış yerlərinin tədqiqi ilə mümkün olub. Bu abidələrin aşkarlanması Son Neolit və Eneolit mədəniyyəti arasındakı əlaqələri, həmçinin Eneolit mədəniyyətinin müxtəlif mərhələlərini müəyyənləşdirməyə imkan verib. İndiyədək Cənubi Qafqazda məlum olmayan Erkən Eneolit mədəniyyəti məhz Kültəpə ətrafında yerləşən Naxçıvantəpə, Bülövqaya, Uzunoba və Uçan ağıl yaşayış yerlərinin tədqiqi nəticəsində üzə çıxarılıb.
Оvçulаr təpəsində аşkаr оlunаn аrхеоlоji mаtеriаllаrın kоmplеksi оnu “Оvçulаr təpəsi mədəniyyəti” аdlаndırmаğа imkаn vеrib. Burada tapılan, üzərində qаbаrıq kеçi və qоyun təsvirləri оlаn gil qаblаr Nахçıvаndа prоfеssiоnаl təsviri sənətin səkkiz min il tаriхi оlduğunu təsdiq edib. Sirab ərazisində aparılan araşdırmalar zamanı xeyli Eneolit abidəsinin aşkar olunması bu dövrə aid abidələrin Naxçıvanda geniş yayıldığını göstərdi. Bu abidələrdən Zirincli, Sərin bulaq, Yeni yol, Şorsu, Dəyirman yeri və digərləri arxeoloji araşdırmalarla öyrənilib. Bu zaman Naxçıvanda Eneolit mədəniyyətinin dörd inkişaf mərhələsindən keçdiyi müəyyənləşdirilib.
Araşdırmalar eramızdan əvvəl VI-IV minilliklərdə Naxçıvanda məskunlaşan qədim tayfaların məişətini, həyat tərzini, Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənmək üçün zəngin material verib. I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan Xalaftipli boyalı qab Naxçıvanın qədim sakinlərinin Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələrini göstərir. Bir qrup tədqiqatçı arxeoloji materiallara əsaslanaraq müəyyən əhali qrupunun Şimali Mesopotamiyadan Naxçıvana gəldiyini deyib. Eneolit abidələrinin tədqiqi Mesopotamiyada formalaşan Ubeyd mədəniyyəti ilə olan əlaqələri də öyrənməyə imkan verir. Ola bilsin ki, bu mədəniyyətin təsiri ilə Naxçıvanda müəyyən tip boyalı keramika məmulatı ortaya çıxıb. Ovçular təpəsində isə bir ədəd idxal malına da rast gəlinib. Ovçular təpəsi, Xələc, Şortəpə, Uçan ağıldan aşkar olunan boyalı keramikanın əksəriyyəti yerli istehsalın məhsuludur. Bu isə Eneolit mədəniyyətinin gətirilmədiyini, yerli istehsalın məhsulu olduğunu bir daha təsdiq edir. Həmin ərazidə aparılan araşdırmalar Eneolit dövrünün sonunda Naxçıvanda yaşayan tayfaların iqtisadi-mədəni və sosial həyatında baş verən dəyişiklikləri izləmək üçün dəyərli nəticələrdir. Araşdırmalar bu dövrdə ibtidai icma quruluşunun dağılma ərəfəsində olduğunu göstərir.
Naxçıvanın Neolit və Eneolit abidələrinin tədqiqi bu qədim diyarın tarixi coğrafiyası ilə bağlı maraqlı faktları da ortaya çıxarıb. Yaşayış yerlərindən aşkar olunan arxeoloji materialların bir qismi obsidian əmək alətlərindən ibarətdir. Həmin alətlərin hazırlanmasında şəffaf və qeyri-şəffaf obsidiandan istifadə olunub. Naxçıvanın qədim sakinləri obsidianı Göyçə gölü hövzəsində yerləşən Göyəm, Göyhasar yataqlarından və Naxçıvanın yaxınlığındakı Zəngəzurdan əldə ediblər. Göyçə gölü hövzəsindəki yataqlar Naxçıvanda yaşayan tayfaların nəzarətində olub. Naxçıvanın şimalında Sünikdə yerləşən yataqlardan çıxarılan obsidian Naxçıvan vasitəsilə Azərbaycanın Arazdan cənubda yerləşən bölgələrinə yayılıb. Araşdırmalar göstərir ki, Urmiya hövzəsinin yaşayış yerlərində və Mərənd Kültəpəsində başlıca olaraq Zəngəzur obsidianından istifadə edilib. Bu, göstərilən abidələrdə 90 faiz təşkil edir. Ehtimal ki, Şorsu çayı boyunda yerləşən çoxsaylı Eneolit abidələri ölkəmizin qədim sakinlərinin xammal mənbələrinə doğru irəlilədiyi yolu göstərir. Araşdırmalara əsaslanaraq demək olar ki, Naxçıvanın qədim tarixi coğrafiyası Göyçə hövzəsi daxil olmaqla, Qərbi Azərbaycanın böyük bir qismini və Arazdan cənubdakı əraziləri əhatə edib.
Arxeoloji tədqiqatlar zamanı muxtar respublika ərazisində Erkən Tunc dövrünə aid I Kültəpə, II Kültəpə, Ovçular təpəsi, I Maxta Kültəpəsi, II Maxta Kültəpəsi, Şortəpə, Sədərək və onlarla digər yaşayış yerləri, Dizə, Qarabulaq, Plovdağ və Xornu nekropolları kimi qəbir abidələri tədqiq edilib. Erkən Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji mədəniyyət “Kür-Araz mədəniyyəti” adlandırılıb. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. Qafqaz, o cümlədən Azərbaycan arxeologiyasında mübahisəli olan bu məsələnin aydınlaşdırılmasında Naxçıvan abidələrinin müstəsna əhəmiyyəti olub.
2006-2013-cü illərdə Оvçulаr təpəsində аpаrılаn аrаşdırmаlаr еramızdan əvvəl V-III minilliklərdə Nахçıvаndа yаşаyаn tаyfаlаrın həyаt tərzini öyrənməyə imkаn vеrib, Prоtо Kür-Аrаz mədəniyyətinin vаrlığı оrtаyа çıхаrılıb, Kür-Аrаz mədəniyyətinin Sоn Еnеоlit mədəniyyətindən qаynаqlаnаrаq inkişаf еtdiyi müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin təşəbbüsü ilə 2001-2005-ci illərdə Gəmiqаyа аbidəsinə аrхеоlоji səfər təşkil еdilib, minlərlə qаyаüstü təsvir qеydə аlınıb.
Orta Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi bu dövrdə Naxçıvanın Urmiya hövzəsi də daxil olmaqla, Azərbaycanın cənubu və Şərqi Anadolu ilə vahid iqtisadi-mədəni rayona daxil olduğunu göstərir. Bu dövrdə Naxçıvan boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyətinin mərkəzinə çevrilir. İqtisadiyyatın, xüsusilə sənətkarlıq və ticarətin inkişafı şəhərtipli yaşayış yerlərinin və şəhər-dövlətlərin formalaşması ilə nəticələnir. Naxçıvan ərazisindəki arxeoloji abidələr Yaxın Şərqdə formalaşan Orta Tunc dövrü mədəniyyətinin bir sıra xarakterik cəhətlərini müəyyən etməyə imkan verir. Orta Tunc dövründə Yaxın Şərqdən fərqli olaraq Naxçıvanda oturaq həyat fasiləyə uğramadan davam edir və qalatipli yaşayış yerləri meydana çıxır. Həmin dövrə aid Qızqala yaşayış yeri beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası tərəfindən öyrənilib. Aparılan araşdırmaların yekununda Qızqalada Orta Tunc dövrünə aid 2, 5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunub. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. Bu yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu, bəzi abidələrdə müdafiə divarlarının aşkar edilməsi həmin dövrdə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarımköçmə maldarlıqla məşğul olub. Qızqala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcəkdir.
2015-ci ilin ikinci yarısında bu abidələrin tədqiqi zamanı insan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən olunub ki, Arpaçay vadisində məskunlaşan qədim tayfaların məskəni Naxçıvan olub. Eramızdan əvvəl II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur edib, yaşayış yerində iri daşlardan qala divarları inşa olunub. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir.
Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrlərinə aid arxeoloji abidələri bu dövrdə Azərbaycanın cənub rayonlarında baş verən sosial-mədəni prosesləri, habelə şimal və cənub rayonları arasındakı iqtisadi-mədəni əlaqələri öyrənmək baxımından əhəmiyyətlidir. Araşdırmalar Son Tunc dövründə Naxçıvanda boyalı qablarla xarakterizə edilən mədəniyyətin davam etdiyini, eyni zamanda Azərbaycanın şimal rayonlarında yayılan Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan xüsusiyyətlərin bu əraziyə daxil olduğunu göstərir. Naxçıvan və Xudafərin ətrafında aparılan araşdırmalarda Xocalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın cənubuna doğru yayıldığını bir daha sübut edir.
Qeyd edək ki, Dəmir dövrünün inkişaf etmiş mərhələsinə aid abidələr bu dövrün siyasi və iqtisadi mənzərəsini aydınlaşdırmaq üçün ən dəyərli mənbələrdir. Həmin abidələr başlıca olaraq, Şərur və Ordubad rayonları ərazisindədir və dövrün xarakteristikasını vermək üçün qiymətli faktdır. Həmin abidələrdən biri də Oğlanqala yaşayış yeridir. Оğlаnqаlаdа аparılаn tədqiqаtlаr еramızdan əvvəl IХ-VI əsrlərdə buranın müstəqil dövlətin mərkəzi оlduğunu və urаrtulаrа qаrşı müvəffəqiyyətlə mübаrizə аpаrdığını göstərir. Аrхеоlоji dəlillərə əsаsən dеmək оlаr ki, еramızdan əvvəl IV əsrdə Оğlаnqаlа Аtrоpаtеnа dövlətinin əsаs əyаlət mərkəzlərindən biri оlub.
Şərur rayonunda Qarasuqala, I Qızqala, Kəngərli rayonunda Yurdçu sərdabəsindən də bu dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.
Araşdırmalar zamanı Naxçıvan tarixinin Daş dövründən günümüzədək böyük bir zaman kəsiyində baş verən iqtisadi-mədəni proseslərini ardıcıl şəkildə izləmək mümkün olub, Naxçıvanda Neolit mədəniyyətinin mövcudluğu tamamilə təsdiq edilib, Eneolit mədəniyyətinin müxtəlif inkişaf mərhələlərindən keçərək formalaşdığı müəyyənləşdirilib. Naxçıvanda baş verən iqtisadi-mədəni proseslərin Urmiya hövzəsi və Şərqi Anadolu ilə sıx bağlılığı təsdiqlənib. Naxçıvan bu geniş ərazidə formalaşan Kür-Araz və Boyalı qablar mədəniyyətinin vətəni olub.
Bütün bunlar bir daha deməyə əsas verir ki, müstəqillik illərində muxtar respublikamızda abidələrimizin tədqiqi ilə yanaşı, onların qorunması və bərpası ilə bağlı xeyli işlər görülüb. Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısının günü-gündən artması tariximizin müxtəlif səhifələrinin öyrənilməsinə münbit şərait yaradır. Heç şübhəsiz ki, dövlətimizin qayğısı ilə tədqiqatlar daha da dərinləşəcək, tariximizin qaranlıq səhifələrinə işıq salınacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü