22 Dekabr 2024, Bazar

Sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV “LiFFt” Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək.

Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin “Söz” ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. BMT-nin himayəsi ilə gerçəkləşən tədbirə UNİCEF uşaq təşkilatı da dəstək verir.

Ardını oxu...

Finlandiyanın Tampere şəhərində Beynəlxalq İncəsənət Festivalı çərçivəsində poeziya klubunun tədbiri keçirilib.

Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, ən yaxşı şeir örnəkləri sırasında Xalq şairi Nigar Rəfibəylinin bir neçə şeiri də səsləndirilib. 

Tahirə Cəfərovanın fin dilinə çevirdiyi “Azərbaycanın qadın şairləri” kitabından götürülən şeirləri məşhur aktrisa Pirkko Mutton səsləndirib.

Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 545 şəxsə müəlliflik hüququ verilib.

Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, car ilin yanvar-avqust ayları ərzində ərzində müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı ilə bağlı 548 müraciət daxil olub.

Həmin müəllif hüquq sahiblərinin və hüquqi şəxslərin 545-nə müsbət, 3 müraciətə isə dövlət qeydiyyatından imtina qərarı verilib.

Ardını oxu...

Oş şəhərində Qırğızıstanın Xalq artisti Jamal Seydakmatovanın 80 illiyinə həsr edilən VII ART-ORDO beynəlxalq festivalının açılışı olub.

Sultan İbrahimov adına Oş şəhər Milli Dram Teatrında keçirilən festivalda Qırğızıstandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın teatr kollektivləri iştirak edir.

Festivalın açılış mərasimində Qırğızıstan Prezidentinin müşaviri Sultan Rayev, Oş şəhər merinin müavini Japarbek Ormonov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çaskıcı və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər qırğız teatrının inkişafında Jamal Seydakmatovanın xidmətlərindən danışıblar.

Rəsmi hissədən sonra iştirakçılar böyük qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı “Cəmilə” povesti əsasında hazırlanan lirik tamaşaya baxıblar.

AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü. Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş edilib.

Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, hər il teatr Ü. Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın bu ölməz əsərini repertuara daxil edir.

AZƏRTAC

Müdriklərin belə bir kəlamı var: Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdir. Bəli, biz kitablarla öyrənir, kitablarla öyrədirik. Bu yazıda sizə maraqlı nəşr nümunələri olan miniatür kitablardan bəhs edəcəyik.

Qədim zamanlarda texniki proseslər kitab həcminin həddindən artıq böyük, nüsxə sayının isə çox az olmasını şərtləndirirdi. Zamanla elmin və texnikanın inkişafı kitab nəşrində işin sürət və keyfiyyətini artırdı, kitabların ölçü­ləri dəfələrlə kiçildildi. Günümüzdə isə bir ­saatda yüzlərlə nüsxə kitab nəşr etdirməyə imkan verən texnologiyalar mövcuddur.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmalar haqqında Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) İspaniya Milli Kitabxanasının fonduna daxil edilib.

Ardını oxu...


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan NUHÇIXAN-a verilən məlumata görə, İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib. Dastanın  mövzusu və süjet xətti Azərbaycanda yayılmış və çap edilmiş variantı ilə eyni olsada coğrafi adlar və əsərdəki obrazların kimliyi fərqlidir. Belə ki, dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilməsi və onun  Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulub, çətinliklərdən sonra ona qovuşması təsvir olunur.İstanbul variantında isəƏcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir. Dastanın Azərbaycan variantında Qurbaniyə “mürşid” dediyi Şeyx oğlu Şah İsmayıl kömək edirsə, İstanbul variantında ona “mürşid” deyə üz tutduğu Şah Abbas yardım edir.Hər iki dastanda qəhrəmanların dilindən söylənilən şeir parçaları eynilik təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün keçid balını toplayan namizədlərin müsahibə mərhələsi keçirilib. Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrindən müstəqil ekspertlərdən ibarət müsahibə komissiyası yaradılıb. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş gənc rəssamların növbəti plener-müsabiqəsi təşkil olunub.

Ardını oxu...

Yunanıstan arxeoloqları nadir tapıntı aşkarlayıblar. Onlar Florina şəhəri yaxınlığındakı qədim Axlada qəbiristanlığında nadir qızıl maska və tunc dəbilqə tapıblar. Mədəniyyət Nazirliyinin məlumatına görə, ən qiymətli tapıntılar bizim eradan əvvəl VI əsrdə həlak olan döyüşçülərin qəbirlərində aşkar edilib. Tapıntıların içərisində qədim döyüş silahları, dəmir nizə başlıqları, dəmir qılınc qalıqları, dekorativ tutacaqları olan böyük tunc bron, ferma arabasının dəmir modeli və ayaqlar üçün tuncdan hazırlanan zirehlər də var.

Ardını oxu...

Bir neçə dəqiqə əvvəl Azərbaycana payız fəsli qədəm qoyub.

Sentyabrın 23-də yerli vaxtla saat 11:50-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

Xəbərlər şöbəsi

Dünyanın möcüzəli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahı Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşir. Hər il bu ziyarətgahı Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist ziyarət edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Naxçıvan rəssamlıq məktəbinin istedadlı nümayəndələrindən Sabir Məmmədovun əsərlərindən ibarət Albom-Kataloq işıq üzü görüb.Həm güclü kolorist, həm heykəltraş, həm də Naxçıvan Döymə Sənəti Məktəbinin ilk yaradıcılarından olan rəssamın əsərləri içərisində doğma diyarımız Naxçıvanın təbiətini, tarixini, adət-ənənələrini özündə əks etdirən əsərlər üstünlük təşkil edir. Albom-Katoloqdakı “Naxçıvan qala”, ”Qədim toy”, ”Yurdumuz”, ”Əlincə kəndi”, ”Sac çörəyi”,”Qədim Naxçıvan  1830”,”Haça dağ” və s. əsərlər rəssamın bənzərsiz istedadından xəbər verir. Sabir Məmmədov bir rəngkar və qrafik olaraq  həm də portret, natürmort mövzulu kompozisiyalar müəllifidir. Bir çox Respublika və beynəlxalq sərgilər iştirakçısı olan rəssamın yaradıcılığında monumental dekorativ sənət nümunələri də üstünlük təşkil edir.

Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə tərtib olunan Albom-Kataloqda rəssamın digər əl işlərinin də fotoları yer alır.

Albom-Kataloq rəssamın 65 illik yubileyi ərəfəsində muxtar respublikanın 95 illiyi münasibətilə  tərtib olunub.

 

 

 


Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 21 sentyabr  Beynəlxalq Sülh günü münasibətilə şeir müsabiqəsi və şair-yazıçılarla görüş keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Sabir Məmmədovun Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş 65 illik yubiley sərgisi keçirilib.

Ardını oxu...

Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb.

Ardını oxu...

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il aprel ayının 18-də Azərbaycan romantizminin əvəzsiz simalarından olan Hüseyn Cavidin sevimli övladı, istedadlı musiqiçi-rəssam, sənətşünas Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik külliyyatda toplanmışdır”. Həmin sərəncamla Ərtoğrol Cavidin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə geniş qeyd edilməkdədir.   

Ardını oxu...

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu gün – 18 sentyabr tarixinin ölkədə “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalayıb və həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkə­mizdə Milli Musiqi Günü kimi qeyd olunur. Nazir bu münasibətlə bütün tədbir iştirakçılarını və musiqi ictimaiyyətini təbrik edib.

Ardını oxu...

Yallılar ətrafdakı insanlara gözəl əhval-ruhiyyə aşılayan böyük dəyər daşıyıcılarıdır. Ümumiyyətlə, rəqslər qədimdən müxtəlif məqsədlərlə ifa edilib. Bəzi rəqslərin isə müxtəlif ayin və rituallara məxsus elementlər daşıdığının şahidi oluruq. Alovu qorumaq, yeli çağırmaq və küləyi yatırtmaq məqsədilə oynanılan və inanclarla zəngin olan bəzi yallı növləri bu baxımdan diqqəti çəkməkdədir. Bunlardan bir neçəsinin ifasına diqqət edək: Meydanda çuxur qazılır, üstü örtülür. Çuxurun sağından və solundan, yerin altından bəzi yerlər müəyyən olunur, lağımlar atılır. Çuxurda beş ocaq qalanır. Sağda və solda hər birində 10 nəfər olmaq şərti ilə yallı gedilir. Yallı qrupunun üzvləri əllərində taxtadan düzəldilmiş yelpiklə lağımların yanından keçərkən qalanmış ocaqdan qalxan alovu yelləyirlər – bir dəfə sağdan, bir dəfə soldan. Sağ tərəfdəkilər atəşi yelpiklə yellərkən soldakılar pantomim hərəkətlərlə rəqiblərinə işarə edərək oxuyurlar:

Ardını oxu...

Muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da davam etdirilmişdir. Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın 95 illiyinə həsr edilmiş uşaqlar arasında keçirilən İRS “Mənim yay tətilim” adlı sərgi­-müsabiqənin yekun tədbiri olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq vurğulayıb ki, muxtar respublikamızda uşaqlara diqqət və qayğı göstərilir. Mədəniyyətin hər bir sahəsində istedadı və bacarığı olan uşaqların sayı getdikcə artır. Bu, rəssamlıqda da özünü göstərir. Mütəmadi olaraq uşaqlar arasında keçirilən ustad dərsləri, rəsm-sərgi müsabiqələri onların bu sahəyə marağını artırır, həmçinin uşaqlara öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı verir. Bugünkü sərgi-­müsabiqə də məktəblilərin yay tətili ərzində diqqətlərini çəkən hadisələri öz düşüncələrində formalaşdıraraq əks etdirmələri və bacarıqlarının inkişafı məqsədilə həyata keçirilir. Nümayiş etdirilən rəsm əsərlərində onlar yay istirahətlərini və tətildə yaddaqalan hadisələri müxtəlif üsullarla kağız üzərinə köçürüblər.

Ardını oxu...

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin müdiri, şair Elxan Yurdoğlunun Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr etdiyi “Naxçıvan dastanı” miniatür kitabının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda milli dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı xalq yaradıcılığının müxtəlif sahələrinin yaşadılması və inkişaf etdirilməsinə mühüm töhfələr verir. Həmin sərəncamda milli dəyərlərimizin digər sahələri ilə yanaşı, milli mətbəxin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirmək də əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il ­ 9 aprel tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqaməti də xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması, unudulmaqda olan mətbəx nümunələrimizə yeni həyat bəxş edilməsindən ibarətdir. Bunun üçün əsasını təbii qidalar təşkil edən milli mətbəx nümunələrimizin sistemli və dolğun şəkildə tanıdılması həm də kulinariya turizminin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə bildirdi ki, Naxçıvanın ­əlverişli-coğrafi şəraiti, uzaq qərinələrə gedib çıxan böyük keçmişə və yüksək inkişaf etmiş mədəniyyətə malik olması onun mətbəxində də öz əksini tapıb. Muxtar respublikamızda zəngin tarixə malik mətbəx mədəniyyətimizin mühüm tərkib hissəsi olan süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb.

Ardını oxu...

Böyük filosof-şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin özülünü qoymuş, bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır. Nəsimi yaradıcılığının nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olmuşdur. Çünki Nəsimi bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir. 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar təntənəli tədbirin keçirilməsi böyük şairin yaradıcılığının ümumbəşəri dəyərinin, onun bəşəriyyət üçün gərəkli şəxsiyyət olmasının ifadəsidir.

Nəsimi insanların qəlbini, onların daxili aləmini ilahi şeiriyyətlə, özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi töhfələr göz önündə dayanır. Böyük şairin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir. “Bulunmaz” rədifli qəzəlində mərdlik, igidlik, xalqa əməllə xidmət etmək kimi ideyalar aşılanır:

Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.

Ardını oxu...

Muxtar respublikamızda qadınlara göstərilən yüksək diqqət və qayğının nəticəsində onlara mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə istedad və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli şərait yaradılıb. Bu qayğıdan bəhrələnən qadınlar milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşərək ölkəmizin, eləcə də muxtar respublikamızın sosial-iqti­sadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları kimi də əllərindən gələni əsirgəmir, öz bacarığı, qabiliyyəti ilə xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayırlar.
Elə bu gün haqqında bəhs edəcəyimiz Züriyyə Musayeva da fiziki məhdudiyyətlərinə baxmayaraq, yaradılmış şəraitdən layiqincə yararlanan və milli mədəniyyətimizin inkişafına öz töhfəsini verən qadınlarımızdandır.
Züriyyə Musayeva 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. Hələ uşaqlıqdan incəsənətə maraq göstərib və bir peşəkar kimi yetişməsində nənəsinin böyük rolu olub. O, tətbiqi incəsənətin bir çox nümunələrini zövqlə yaradaraq milli dəyərlərimizi təbliğ edir. Züriyyə xanım muxtar respublikamızda təşkil olunan sərgilərdə fəal iştirakı ilə seçilir. Yaradıcılığının əsasını xalçalar və milli üslubda hazırlanmış geyim, bəzək aksesuarları təşkil edir. Bununla yanaşı, o, bədii tikmə sənəti və keramika rəssamlığı ilə də məşğuldur.
Artıq 20 ildən çoxdur ki, bu işlə məşğul olan Züriyyə Musayeva ilə ilk dəfə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Tətbiqi sənət əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ məhsulların sərgi-satış mərkəzində görüşmüşdük. Onun hər bir əl işinə diqqətlə baxanda açıq-aydın gördüm ki, ilmələrdə, naxışlarda, ornament­lərdə bu torpağın hər qarışının, xalqımızın mədəniyyətinin, incəsənətinin, tarixinin, etnoqrafiyasının izləri var. Eyni zamanda bu əsərlər Züriyyə xanımın fərqli bir istedada, əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduğunu təsdiq edirdi. Bu təəssüratlar sonralar onun yaradıcılığı ilə daha yaxından maraqlanmağıma səbəb oldu.

Ardını oxu...

Gecə yarıdan keçmişdi... Göy üzü ay işığından aydınlaşmış, gündüzün istisindən sonra ətrafa bir sərinlik çökmüşdü. Xəfif meh əssə də, ətraf sakitlik idi və bu səssizliyi hərdən kənd itlərinin səsi pozurdu...
Mustafa kişinin gecənin bu vaxtında kənddən çıxmağının bir çox səbəbi vardı. Əsas səbəb isə ailəsinin təhlükəsizliyi idi. Yox, Qarabağlarda hər kəs onun xətrini istəyirdi, çoxlarına əl tutub çörək vermişdi. Ancaq son günlər xəbər yayılmışdı ki, bəs yeni yaranan şura hökuməti var-dövləti olanların hər şeyini əlindən alıb kasıb-kusuba paylamaq adı ilə dövlətin anbarlarına daşıyır, özlərini isə sorğusuz-sualsız “gedər-gəlməzə” göndərirlər. Əmrə tabe olmayanları isə şəhər qubernatorluğunun zindanında günlərlə saxladıqdan sonra “fəhlə-kəndlilərin qənimi”, “cümhuriyyət qurucularının yardımçısı”, nə bilim “türk əsgərlərinin müdafiəçisi” kimi müxtəlif adlarla damğalayaraq ən yaxşı halda sürgün edirlər. Əslində, Mustafa kişinin şəhərdə yaşayan qohumları ilə bağlı gələn xəbərlər də ürəkaçan deyildi, artıq onlardan bir neçəsi ciddi təqib olunurdu. Hətta həmin qohumlarından da gizlicə xəbər gəlmişdi ki, ən yaxşısı bu aralar ortalıqda görünməməkdir. Buna görə də o, dünəndən bəri hazır­lığını görmüş, heç kim xəbər tutmasın deyə, xanımı və iki yeniyetmə oğlunu da götürərək Şahtaxtıdan İrana keçməyi qərarlaşdırmışdı. Məqsədi də bu idi ki, aradan bir az vaxt keçsin, səs-küy yatsın, yenidən öz evinə geri dönsün. Bəs kim idi bu Mustafa kişi?
Təbiətcə sakit, alicənab, hər kəsə əl tutmağı ilə tanınan Mustafa məşhur xan nəslindən idi. Ata-babalarının Naxçıvan şəhərində və ətraf kənd­lərdə xeyli torpaq sahələri vardı. Onun özünün də maddi imkanları geniş idi. Qarabağlar və Yurdçu kəndlərində əkin sahələri, qoyun və at sürüləri var idi. El arasında böyük hörməti olan Mustafa xanın işlərində ən yaxın köməkçisi Orucəli idi. O, Orucəlini o qədər çox istəyərdi ki, ailə-məişət işlərini də yalnız ona tapşırardı. Mustafa xanın gecə kənddən çıxarkən dörd və yeddi yaşlarında olan Lətifə və Həmidə adlı iki balaca qızını Orucəlinin yanında qoyması da bir tərəfdən tezliklə geri qayıdacağına inamından, digər tərəfdən isə Orucəliyə olan böyük etibarından irəli gəlirdi. Evdən çıxarkən: “Orucəli, qızlarımdan muğayat ol, belə çətin vəziyyətdə onları özümlə apara bilmərəm, tezliklə qayıdacağam”, – deməsi isə sonu bəlli olmayan bu yolçuluqda kiçikyaşlı qızlarının həyatını riskə atmamaqdan qaynaqlanırdı. Yaşca daha kiçik olan Lətifə nə qədər atasının ardınca ağlayıb-sızlasa da, Mustafa xan sonuncu dəfə onun üzündən öpərək atına minmiş və yavaş-yavaş Qarabağlardan Şahtaxtına tərəf yol almışdı. Nə Mustafa xan, nə Orucəli kişi bilməzdilər ki, bu, artıq onların son görüşüdür. Yeni qurulan sovet hökumətinin dəmir sərhədləri bir daha bu ailənin qovuşmasına imkan verməyəcək. Mənsub olduğu kəngərlilər nəslinin bir çox nümayəndələri kimi, Mustafa xanın da qismətinə qürbətdə yaşamaq və dünyasını dəyişmək nəsib olacaq...

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 18 may tarixli Sərəncamında deyilir: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır”. Sərəncamda da qeyd olunduğu kimi, Naxçıvan ədəbi mühitinin görkəmli yetirməsi olan Xalq yazıçısı Hüseyn İbrahimovun (1919-1992) çoxəsrlik Azərbaycan ədəbiyyatının zənginləşməsində mühüm xidmətləri olmuşdur. Onun, xüsusilə Azərbaycan bədii nəsrinin inkişafındakı rolu danılmazdır. Tanınmış yazıçının geniş və əhatəli yaradıcılığını təşkil edən çoxsaylı qiymətli əsərləri Vətənə, xalqa, el-obaya bağlılıq və məhəbbət ruhu əxz etmək baxımından qiymətlidir.

Xalq yazıçısı Hüseyn İbrahimov əsərləri ilə həm də milli ədəbiyyatımızın ideya-estetik və məzmunca zənginləşməsində mühüm xidmətlər göstərib. O, 1919-cu il mayın 23-də “sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtı kəndində dünyaya göz açıb. Görkəmli Xalq yazıçısı geniş və əhatəli bir yaradıcılığa malikdir. Yaradıcılığa şeirlə başlasa da, hətta iki pyesi teatr səhnəsində tamaşaya qoyulsa da, o, özünü ədəbiyyat sahəsində görkəmli nasir kimi təsdiq edib. Onun ədəbi irsinə məxsus 100-ə yaxın hekayə, 20-dən çox novella, 8 povest, 3 pyes, 5 roman yazıçının bədii yaradıcılıq sahəsindəki uğurlarını nümayiş etdirir. Hüseyn İbrahimovun çoxşaxəli yaradıcılığındakı “Bahar yağışı”, “Sabahın sorağında”, “Əsrin onda biri”, “Böhtan”, “Nəciblik”, “Kənd həsrəti” və başqa əsərləri böyük əhəmiyyətə malikdir. Xalq yazıçısının ədəbi aləmdə nüfuz qazanmasında yaradıcılığının ilk illərində yazdığı “Bahar yağışı” və “Sabahın sorağında” əsərlərinin rolu böyükdür. Əbəs deyil ki, akademik İsa Həbibbəyli yazıçını ədəbi tənqiddə “Bahar yağışı”ndan çıxan sənətkar” kimi də təqdim edir.

Ardını oxu...

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan dünya ədəbiyyatı nümunələrindən olan Moris Meterlinkin fransız dilində yazılmış “Göy quş” əsəri 1911-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Bu əsər 6 pərdə, 12 şəkildən ibarətdir.
Əsərdə odunçunun oğlu Tiltil və Mitil qonşuluqdakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli göy quşun axtarışına çıxırlar. Bu zaman onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin ruhları ilə qarşılaşırlar. Sonra bacı və qardaş yuxudan oyanaraq öz dünyalarına qayıdırlar. Onlar başa düşürlər ki, hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Əgər xoşbəxt olmaq istəyirsənsə, ətrafındakılara qarşı xeyirxah olmağı bacarmalısan.
Bu əsər onu oxuyanlara, o cümlədən şəxsən mənə müdrik və ibrətamiz duyğular aşıladı. Artıq mən hər şeyin – yağan yağışın, yaşıl təbiətin, mavi səmanın, valideynlərimin və müəllimlərimin mənə, mənim də onlara olan hörmət və sevgimin xoşbəxtlik olduğunu anlayıram. Hər an özümü xoşbəxt hesab edirəm.
Bütün məktəb yoldaşlarıma bu əsəri oxumağı, həyata nikbin yanaşmağı tövsiyə edirəm.

Özləm QASIMOVA
Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

“Zirvə” kitab evindən reportaj 

Bilik xəzinəsinin qapılarını üzümüzə açan kitabların insanların mənəvi inkişafında, onların şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində necə mühüm rol oynadığını hamımız yaxşı bilirik. Kitab oxumağın faydasını hamı dərk edir, ancaq hər kəs bundan yetərincə yararlanmağı bacarmır. Buna görə də mütaliə mövzusu vaxtaşırı olaraq televiziya və radioda, mətbuatda əsas müzakirə predmetinə çevrilir. Kimisi gənc nəslin mütaliəyə marağının azlığından, kimisi Azərbaycan dilində lazımi ədəbiyyatların olmamasından gileylənir, kimisi də əksinə, mütaliəyə maraq göstərənlərin sayının getdikcə artdığını düşünür. Bu müzakirələrdə hər kəsin özünəməxsus cavabları və yanaşma tərzi olur. Biz isə bu məsələləri bu dəfə, necə deyərlər, “ilk əldən” – kitab mağazasından araşdırmağa çalışdıq. Məqsədimiz hazırda muxtar respublikamızda mütaliəyə marağın hansı səviyyədə olması idi. Bu düşüncə ilə üz tutduq Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evinə.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbər-dirijoru Çingiz Axundovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq mədəniyyətimizin və incəsənətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Diqqətə çatdırılıb ki, bu gün yubileyi qeyd olunan tanınmış sənətkar Çingiz Axundov konsert proqramlarındakı mahir dirijorluğu ilə musiqisevərlərin rəğbətini qazanıb. Əvvəlcə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında çalışan dirijor 1985-ci ildən sənət fəaliyyətini Naxçıvan Dövlət Filarmoniyası ilə bağlayıb. Çingiz Axundova nəfəs alətləri üçün işlədiyi metodik vəsaitlərə və dərsliyə görə dosent elmi adı verilib. O, “Koroğlu” operasının kompozisiyasını hazırlayıb, “Leyli və Məcnun” operasının kompozisiyasının hazırlanması və təqdimatında fəal iştirak edib.
Vurğulanıb ki, bu gün Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Çingiz Axundovun bədii rəhbər-dirijorluğu ilə təkcə muxtar respublikada deyil, ölkəmizin musiqi kollektivləri içərisində də tanınmaqdadır.

Ardını oxu...

Cəlil Məmmədquluzadə böyük satirik, məşhur Molla Nəsrəddin ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq və publisistdir. Bu il görkəmli yazıçının anadan olmasının 150 illiyi tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 17 yanvar tarixdə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda da geniş qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Biz də ölkə miqyasında  keçirilən yubiley tədbirləri çərçivəsində maarifpərvər və vətənpərvər ədibin həyat yolu, yaradıcılığı barədə daha geniş məlumat almaq üçün filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərovla həmsöhbət olduq. 

– İman müəllim, Mirzə Cəlil irsinin tədqiqatçısı kimi böyük ədibi oxucularımıza necə təqdim edərdiniz?
– Mətbuatşünas və ədəbiyyatşünaslarımız, estetik və elmi təfəkkürümüz böyük Mirzə Cəlilin kimliyi və yaradıcılığının elmi-bədii dəyəri ətrafında hələ sovetlər dönəmində düşünüb. Bunu qətiyyətlə demək olar ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, jurnalistikası və publisistikasına imza atmış əvəzsiz şəxsiyyətlərdən biridir. Bütün bunların hər birinin arxasında son dərəcə qeyri-adiliklər vardır. Çünki Cəlil Məmmədquluzadə elə böyük ədəbi simalardandır ki, o, hər hansı bir əsəri ilə belə, müəyyən mənada, bir ilkə imza atıb. Onun yaradıcılığı ilə tənqidi realizm, Azərbaycan publisistikası, jurnalistikası və ədəbiyyatı öz yeni mərhələsinə qədəm qoyub. Amma Mirzə Cəlil həm də, sözün əsl mənasında, bizim milli təfəkkürümüzdə hadisə idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən aldığımız məlumata görə, diyarımızda fəaliyyət göstərən muzeylərin işinə cari ildə diqqət daha da artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikanın 50-yə yaxın nazirlik, komitə və baş idarə əməkdaşlarının, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə kollektivlərinin, idman federasiyaları üzvlərinin, sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilib. Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsinə ciddi önəm verilib.

Ardını oxu...

Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da mədəniyyətin və musiqi sənətinin professional formada inkişafına hər­tərəfli dövlət qayğısı göstərilir. Qədim tarixə və zəngin ənənələrə malik olan Naxçıvan musiqi sənəti məhz bu diqqət və qayğı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, yallı və rəqslərimiz Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında artıq bir sıra dünya ölkələrində sevilə-sevilə dinlənilir, izlənilir, bu ifalar könülləri fəth edir.
Qeyd edilib ki, filarmoniyada 7 kollektivdə professional ifaları ilə geniş ictimaiyyətin rəğbətini qazanmış 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. İstedadlı gənclərin filarmoniyaya cəlb edilməsi işi də diqqətdə saxlanılır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdim olunması ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində milli və Avropa istehsalı olan musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.

Ardını oxu...

Naxçıvan torpağının yetirməsi, görkəmli rəssam İbrahim Səfiyev (1898-1983) XX əsr Türkiyə rəssamlıq sənətinin ən böyük nümayəndəsi olub. 10 mindən artıq rəsm əsərinin müəllifi İbrahim Səfiyev müasir türk təsviri sənətində ən məhsuldar fırça ustası kimi tanınıb. Türkiyə rəssamlığında özünün yaradıcılıq məktəbi, fırça ustalarının öncülü olmuş bu böyük sənətkar ilk rəsm əsərlərini Azərbaycanda, Naxçıvan torpağında yaradıb. Belə ki, hələ 1913-cü ildə çəkdiyi “Araz balıqçıları” və bir az sonra meydana çıxan “Köç” əsərləri onun gələcəyin böyük rəssamı olacağından xəbər verirdi. Türkiyədə İbrahim Səfiyev haqqında nəşr olunan kitabda əksini tapan bir müsahibədə bu sənət korifeyi həmin məsələyə də toxunub, XX əsrin yetmişinci illərini – keçmiş günləri xatırlayaraq bildirib: “Qafqazda incəsənətə qarşı böyük maraq vardı. Qızlar rəngbərəng xalçalarda arzularını, diləklərini naxışlara çevirərkən oğlanlar həsir, ağacoyma kimi el sənətkarlığı ilə məşğul olardılar. Bütün bu gözəlliklər addım-addım məni rəssamlığa yönəltdi. Ətrafımdakı akademiya məzunları, müəllimlərim məni dəstəkləyir, gələcəkdə yaxşı bir rəssam olacağımı söyləyirdilər. Mən isə rus rəssamı Repinin əsərlərini bəyənir, gələcəkdə onun kimi bir rəssam olmağı çox istəyirdim”.

İbrahim Səfiyev realist rəssamdır və ömrünün sonuna kimi yaradıcılıq ənənəsinə sadiq qalıb. Sənət fədaisinin əsərləri onu əhatə edən və real olan əşya və hadisələrin təsvirindən ibarətdir. O, mücərrəd mövzulara, demək olar ki, müraciət etməyib. Rəssam realist üsluba üstünlük verməsini belə izah edib: “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir. Mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram. Sənət xalqa bağlı olmalıdır, insanların anlayacağı şəkildə yaradılmalıdır. Mən rəssamlıqda gerçəkçiyəm, portağal çəkirəmsə, yuvarlaq çəkirəm, amma modernist onu künclü-bucaqlı çəkir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hamiliyə verilən gənc rəssamlar arasında “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında rəsm müsabiqəsi keçirilib. Rəssamlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan Dövlət, “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu və Texniki Kollecdən 12 istedadlı gənc iştirak edib.
Gənc rəssamların müxtəlif mövzularda və janrlarda işlədikləri rəsmlər maraqla qarşılanıb. Doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb.
Müsabiqədə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və tanınmış rəssam Rəfael Qədimovun təmsil olunduğu münsiflər heyəti tərəfindən birinci yerə 1, ikinci yerə 2, üçüncü yerə isə 3 nəfər layiq görülüb. Digər gənc rəssamlar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

 Gülcamal TAHİROVA

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, Əməkdar artist Tofiq Seyidovun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən danışıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün sənət adamlarına daim diqqət və qayğı göstərir, onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu yubiley tədbiri də həmin ənənənin davamıdır.
Tanınmış rejissor və aktyor Tofiq Seyidovun yaratdığı rəngarəng obraz və personajlar, quruluş verdiyi dərinməzmunlu və aktual ideyaları ilə seçilən səhnə əsərləri onu tamaşaçılara çoxdan sevdirib.
Qeyd edilib ki, Tofiq Seyidov 1959-cu il avqust ayının 2-də Babək rayonunun Zeynəddin kəndində anadan olub. İlk təhsilini Zeynəddin kənd tam orta məktəbində alan Tofiq Seyidov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağının Dram və kino aktyorluğu fakültəsini bitirib. O, 1982-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ildən quruluşçu rejissor kimi də çalışan Tofiq müəllim “Manqurt”, “Nadir şah”, “Nadanlıq”, “Hacı Qara”, “Göy quş”, “Qılınc və qələm”, “Xəyyam”, “Ölülər və dəlilər” və digər tamaşalara uğurlu quruluş verib.

Ardını oxu...

Naxçıvandakı arxeoloji qazıntılar zamanı tapılmış qədim musiqi alətləri sübut edir ki, Azərbaycan musiqisi çox zəngin bir tarixə malikdir. Həmin alətlər haqqında məlumata Azərbaycan şairlərinin əsərlərində də rast gəlirik.
Nizami Gəncəvinin məşhur “Xəmsə”sində musiqi yaradıcılığının ayrı-ayrı janrları, müxtəlif çalğı alətləri və ifaçılıq sənəti haqqında maraqlı fikirlər vardır. Onun poemalarında Azərbaycanda geniş yayılmış 30-dan artıq musiqi alətinin adı çəkilir. Bunların arasında saz, cəngi, rübab, ərqanun, ney, şeypur, zurna, təbil, nağara və başqa çalğı alətləri vardır. Məhəmməd Füzuli də öz əsərlərində ney, saz, dəf, şur, ərəs kimi çalğı alətlərinin adını çəkir və onları təsvir edir. Qədim mənbələrdə adına təsadüf etdiyimiz bu musiqi alətlərinin bəziləri tarixin keşməkeşlərində unudulsa da, əksəriyyəti günümüzə qədər gəlib çatıb.
Adətən, qədim musiqi alətlərinin hazır­lanmasından, təmirindən söhbət düşəndə ağlımıza ilk olaraq yaşlı insanlar gəlir. Ancaq bu gün Şərur rayonunun Ələkli kənd sakini 28 yaşlı Rəşad Həsənli də 14 ildir ki, bu işlə məşğuldur. O, tarixlərin sınağından keçərək cilalana-cilalana zəmanəmizə qədər gəlib çıxan qədim musiqi alətlərimizə yeni həyat bəxş edir. Rəşad Naxçıvan Musiqi Kollecinin məzunudur. Artıq beş ildir ki, Ələkli kənd musiqi məktəbində tar dərsi deyir. Onun dedikləri:

Ardını oxu...

Dünya binə olandan daşdan müxtəlif əmək alətləri hazırlanıb, soyuq silah kimi özünümüdafiədə geniş istifadə olunan bu təbiət ­ərməğanından yaşayış evləri tikilib, qalalar, türbələr ucaldılıb, şəhərlər salınıb. Elə tarixi keçmişimiz, adət-ənənələrimiz də daşlar vasitəsilə yaşadılaraq bu günümüzədək gəlib çıxıb. Dilimizdən düşməyən “daş yaddaşımız” ifadəsi də məhz bu təbii varlığın böyük ­dəyərindən xəbər verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Ordubad rayonuna ekskursiyası təşkil olunub.
Onlar əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Burada gənclərə məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir. Qeysəriyyə binası ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən 1981-ci ildən fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı və göstərişi ilə muzeydə bərpa işləri aparılıb, 14 yanvar 2011-ci il tarixdə muzey bərpa olunduqdan sonra istifadəyə verilib. Muzeyin fondunda 4 mindən artıq eksponat qorunub saxlanılır.
Sonra gənclər akademik Yusif Məmmədəliyevin, Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət ediblər. Burada gənclərə həmin muzeylərdə saxlanılan və nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar diyarımızın bütün bölgələrində xalq yaradıcılığı nümunələrinin, milli dəyərlərimizin aşkarlanması, təbliği və tətbiqinə yönəlmiş ənənəvi “Xalq yaradıcığı günləri” adlı tədbirlər keçirilir.
Ordubad rayonunun Dırnıs kəndində keçirilən növbəti belə tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Ordubad rayonundakı Kotam kənd Mədəniyyət evinin metodisti Rəcəb Quliyev çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.
“Xalq yaradıcılığı günü” tədbirində Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Ordubad Rayon Uşaq Musiqi Məktəbinin muğam ansamblının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında “Tənzərə” yallısı, “Nar ağacı, nar çiçəyi” xalq mahnısı, “Şur” təsnifi, “Ruhani” aşıq havası, “Elçilik” və “Haxışta” mərasimləri və digər xalq yaradıcılığı nümunələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Hər bir xalqın yaradıcılıq nümunələri onun tarixi taleyini, psixoloji xüsusiyyətlərini və həyat şəraitini özündə əks etdirir. Azərbaycan xalqının da tarixən özünəməxsusluğu ilə seçilən müxtəlif yaradıcılıq nümunələri olub ki, bunlardan biri də xalçalarımızdır. Azərbaycan xalçaları içərisində öz qədim tarixi, zəngin rəng çalarları və üzərində işlənmiş müxtəlif ornamentləri ilə seçilən Naxçıvan xalçaları xüsusi yer tutur. Həmin xalçaları tədqiq etməklə burada yaşayan insanların tarixi psixologiyası, onların xarakter xüsusiyyətləri və həyat şəraiti haqqında da mühüm məlumatlar əldə etmək mümkündür.

Belə ki, Naxçıvan xalçalarında bu sənətin təşəkkül tapdığı ilkin dövrlərdə – İslam dininin Azərbaycanda qəbul olunmasından əvvəl daha çox qədim türklərə məxsus təsvirlər və naxışlar təsvir olunub. Bu naxış və təsvirlərdə qədim türklərə məxsus xüsusiyyətlərin əksi olduqca ustalıqla verilməklə yanaşı, həm də o dövr yerli əhalinin hansı xüsusiyyətlərə daha çox üstünlük verdiklərinin şahidi oluruq. Bunlar mərdlik, igidlik, birlik, insansevərlik kimi xüsusiyyətlərdir ki, bu xüsusiyyətlər günümüzdə də milli psixologiyamızda mühüm xarakterik keyfiyyətlər kimi qiymətləndirilir. Qədim türklər bu xüsusiyyətlərin rəmzi olaraq öz möhürlərində və bayraqlarında əksini tapan şəkillərdə – qoç başı, boz qurd, qartal və digər təsvirlərdə ifadə etməyə çalışıblar.

Ardını oxu...

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2009-cu il 7 fevral tarixdə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam xalqların, ölkələrin bir-birinə daha çox inteqrasiya olunduğu, dərin qloballaşma proseslərinin getdiyi indiki şəraitdə azərbaycanlıların milli kimlik pasportu olan xalq yaradıcılığının qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənəti nümunələrinin, milli mətbəxin, folklorun, milli rəqs və mahnı sənətinin geniş və sistemli şəkildə təbliğ olunması, gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki hər bir xalqın varlığı onun sahib olduğu mənəvi dəyərləridir.

Sərəncamda da qeyd olunduğu kimi, xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tədqiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən sərəncamda deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.

Ardını oxu...

Bəli, Yaradanın nəsibini gözəl Naxçıvanımıza yazıb Haçadağla Nəhəcir dağının arasına sığdırdığı, “Qurani-Kərim”də də adıçəkilən bu abidə müqəddəs ocaq sayılır. Hətta 70 il əsarətində yaşamağa məhkum edildiyimiz Sovet hökumətinin qadağaları da insanları bu ibadətgaha pənah aparmaqdan çəkindirə bilmədi. Həmin dövrdə də ilin bütün fəsillərində yüzlərlə insan Əshabi-Kəhfə yolçuluğa çıxırdı. Elə o zamanlar buranı ziyarət edən insanlar ibadətgaha aparan yollardan tutmuş abidənin nə vəziyyətdə olduğunu da yaxşı xatırlayarlar. Bu ziyarətgaha gedən insanlar sübhçağı evdən çıxardılar. Çünki kələ-kötür, daşlı-çınqıllı, yazda-­payızda isə zığlı-palçıqlı yollar günortayadək onları ancaq mənzilbaşına çatdırırdı. Əshabi-Kəhfdə nə indiki pilləkənlər var idi, nə yorularkən istirahət etdiyimiz oturacaqlar. Nə təmizlik, səliqə-sahman bu gün gördüyümüz səviyyədə idi, nə də buradakı mədəni xidmət. İnsanlar uca bir dağın zirvəsinə sığınan ibadətgaha saatlarla, həm də böyük əziyyətlə uzaq yol qət edərək çatırdılar. Bu insanlar arasında yaşlılar da var idi, xəstələr də, uşaqlar da. “Cənnət bağı”na çıxanlar həyatlarını riskə atırdılar. Burada qurbanlıqlar harada gəldi kəsildiyindən, tullantılar hara gəldi atıldığından xoşagəlməz qoxu və mənzərə yaranırdı.

Ardını oxu...

Təkcə cari ilin birinci yarısında bu müəssisəni 7244 tamaşaçı ziyarət edib

Hər bir xalqın böyüklüyü əhali sayına və yaxud yaşadığı regiona görə müəyyən edilmir. Xalqların böyüklüyü yaratdığı mədəniyyətlə, dünyaya bəxş etdiyi böyük töhfələrlə, yetirdiyi dahi şəxsiyyətlərlə ölçülür. Eyni zamanda belə xalqların formalaşmasında həmin şəxsiyyətlərin böyük rolu olur. Buna görə də hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaradır, adını park və meydan, prospekt adlarında əbədiləşdirir. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm və əvəzolunmaz rol oynayan ulu öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

Təsadüfi deyil ki, bu gün ölkəmizdə Heydər Əliyev irsini təbliğ edən onlarla elm və mədəniyyət müəssisəsi var. Lakin Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi digərlərindən fərqlənir. Ona görə ki, bu mədəniyyət müəssisəsi ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, sonrakı illərdə isə daim inkişaf etdirdiyi doğma Naxçıvan torpağında yaradılmışdır. Digər tərəfdən isə bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, siyasi irsinin alternativsizliyini dəfələrlə öz çıxışlarında vurğulayan, əməli fəaliyyətində sübut edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov hələ 1996-cı il may ayının 10-da “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndərin büstünün açılış mərasimində demişdir: “...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”

Ardını oxu...

Təbiət qucağın açıbdır bizə,
Lalələr, sünbüllər çıxıbdır dizə,
Kaş indi baş verə elə möcüzə,
Yenidən qayıda məktəb illəri,
Arxada buraxaq qəm-nisgilləri.

Bəli, hər birimiz böyüyüb yaşa dolduqdan sonra ömrün ötən səhifələrini vərəqlədikcə nostalji duyğuların ağuşuna düşürük, yaddaşımızın bir küncündə yığılıb qalan, bizdən heç cür ayrılmaq istəməyən xoş anlar xatirələrimizdə yenidən canlanır. Lakin bir həqiqəti gizlətmək olmur ki, daha nə ağ vərəqtək saf olan uşaqlığımız qalıb, nə hafizədə əvvəlkitək məsum duyğular, düşüncələr yaranır, nə də gözlərdə dünyanın sevinci sezilir. Öz-özünə deyirsən ki, ötən ömür sanki kinolent kimi necə də bir neçə saatın içində gəlib-keçib. Məhz bunun üçün də gərək uşaqlıq illəri elə mənalı, yaddaqalan yaşansın ki, yaşlananda xatırlamağa, yada salmağa, özündən sonra gələn nəsillərə danışmağa maraqlı xatirələr olsun...
Bu gün diyarımızda fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzi də məktəbyaşlı uşaqlara təbiəti sevdirərək yurda məhəbbət aşılamaqla həm də onlara həyatları boyu unutmayacaqları, xoş anlarla dolu maraqlı günlər bəxş edir. Ötən günlərdə mərkəzin iş prosesinə nəzər salıb balaca turizmsevərlərlə görüşərkən də bunun bir daha şahidi oluram. Əvvəlcə mərkəzin direktoru Sevda Məmmədova müəssisə haqqında qısa məlumat verir. Qeyd edir ki, 1973-cü ildə Naxçıvan şəhərində Gənc Turistlər Stansiyası kimi yaradılan müəssisə 2005-ci ildən Turizm Diyarşünaslıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Məktəbdənkənar müəssisə üçün 2013-cü ildə bina yenidən qurularaq istifadəyə verilib. Burada yaradılan 12 dərnəyə 900-ə yaxın məktəbli cəlb olunub. Müəssisənin əsas məqsədi uşaqların asudə vaxtlarını maraqlı, əyləncəli keçirmələrini təmin etmək, gənc nəslə doğma diyarı sevdirmək və vətənpərvərlik hissləri aşılamaq, onları tarixi keçmişimizlə, müasir inkişafla, turizm potensialı ilə tanış etməkdən ibarətdir.

Ardını oxu...

Xalqımızın tarixi keçmişini, milli irsini əks etdirən mədəniyyət nümunələrindən biri də papaqçılıq sənətidir. Bu sənət xalqımızın məişəti və mədəniyyəti ilə sıx şəkildə bağlı olub, zamanın süzgəcindən keçərək böyük bir inkişaf yolu keçib. Əsas milli baş geyimlərindən olan papağa xalqımız hər zaman xüsusi ehtiramla yanaşıb. Papaq ta qədimdən cəsarət, ləyaqət, şərəf rəmzi hesab olunmaqla yanaşı, həm də hörmət simvolu sayılıb. Odur ki, papaqçılıq tarixboyu mühüm sənətkarlıq sahələrindən olub.

Milli mədəniyyətimizin digər sahələri kimi, qədim papaqçılıq sənəti də bu gün muxtar respublikamızda qorunub yaşadılır. Ömrünü bu sənətə həsr etmiş insanlardan biri də İsmayıl Babayevdir. 30 ildən artıqdır ki, Naxçıvan şəhərində papaqçılıqla məşğul olan İsmayıl usta deyir ki, bu sənəti seçən insanda gərək həvəs və istək olsun. Bunlarsız keyfiyyətli iş də ortaya çıxmaz.
Sənətini ürəkdən sevən İsmayıl Babayev gördüyü işdən həm də zövq almağı bacarır. Onun tikdiyi papaqlar gözəlliyi və keyfiyyəti ilə seçilir. Usta hazır papaq nümunələri ilə yanaşı, sifarişçinin zövqünə, sənətinə uyğun papaqlar da tikir. Deyir ki, əvvəllər kişilər daha çox buxara, çapma, şiş, sarıq kimi papaq növlərinə üstünlük verirdilər. Bu gün isə, əsasən, kepkatipli papaqları daha çox sifariş edirlər. Təbii ki, günümüzün dəb və zövqünə uyğun olaraq bu növlərin bir çoxu istifadə edilmir. Bununla belə, yaşlılar arasında buxara papaq tikdirmək istəyənlər də az deyil.
İsmayıl usta bizə bu sənətin tarixi barədə də məlumat verir. Onun dediklərindən: “Tarixboyu ölkəmizdə papağın bir çox növlərindən istifadə edilib. Onların müxtəlif formaları və özünəməxsus adları olub. Məsələn, oğlan uşaqları üçün hazırlanan papaqlara “tərlik” deyirlər. Ancaq tərlik papaq qədər qalın olmur və açıq qırmızı rəngdə bir qat toxunan formaya malikdir. Bu papaq formasının Səfəvi hökmdarlarının “Qızılbaş” ordusundan qalması ehtimal edilir. Milli geyimlərimizin mühüm elementlərindən biri olan araqçının isə forması onun daşıyıcısının sosial vəziyyətinin göstəricisi sayılırdı. Xalqımız arasında ən geniş yayılan papaqlardan biri də motal papağı olub. Ondan, əsasən, yoxsul təbəqəyə mənsub insanlar və çobanlar istifadə edərdilər. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqə isə buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya itiuclu formada hazırlayırdılar. Buxara papağa “şiş papaq” və ya “bəy papaqları” da deyilirdi”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalqımızın tarixi-mədəni irsinin toplanılması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 2 avqust tarixdə imzaladığı Sərəncam muzeylərimizə göstərilən dövlət qayğısından, muzey işçilərinə olan böyük hörmət və ehtiramdan xəbər verən mühüm dövlət sənədidir.

Qeyd etmək yerinə düşər ki, 25 ildən artıq Naxçıvan Dövlət Tarix Muzeyində muzey işi, muzey quruculuğu sahəsində müxtəlif vəzifələrdə çalışan biri kimi muzeyin əsl tərbiyə, maarifçilik məktəbi olduğunu daim hiss etmişəm. Muzeyin fəaliyyətini araşdırarkən çoxlu dəyərli faktlara və maraqlı məlumatlara rast gəlmiş, bu tarixi mənbələrdən 30-a yaxın elmi-tədqiqat məqaləsinin yazılması zamanı bəhrələnmişəm.
Araşdırmalardan məlum olur ki, 1924-cü ildən başlayaraq tariximizin öyrənilməsi və təbliğində mühüm rol oynayan Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə, Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də nəinki mədəni-xidmət ocağı, həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərməyə başlayır, muzeyin digər elmi-tədqiqat müəssisələri ilə əlaqələri genişləndirilir. Həmin dövrdən etibarən muzeyin fəaliyyətində bir çox yaddaqalan hadisələr və əlamətdar günlər baş verir. Belə ki, Azərbaycan SSR Elmlər Akademiyası yaradıldıqdan sonra onun tərkibinə daxil edilən bu mədəniyyət müəssisəsi elmi-kütləvi, elmi-nəzəri konfransların keçirildiyi mərkəzə çevrilir. İlk dəfə olaraq 1969-cu ilin oktyabr ayında Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən tariximizin elmi əsaslarla yenidən öyrənilməsi və tədqiq edilməsi ilə bağlı Naxçıvana elmi ekspedisiya təşkil olunur və Naxçıvan Dövlət Tarix Muzeyində ekspedisiyanın ilk elmi-nəzəri konfransı keçirilir. Həmin konfransda diyarımızın tarixi ilə bağlı maraqlı elmi məruzələr dinlənilir və müzakirələr aparılır.

Ardını oxu...

Mütəfəkkir ədibimiz İmadəddin Nəsimi qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələrindən biridir. Onun yaradıcılığı mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə səciyyələnir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamında deyildiyi kimi: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır”. Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir.

İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tutur. Fəzlullah Nəiminin banisi olduğu hürufilik təriqətinə gənclik illərindən qoşulub onun mahiyyət və prinsiplərinə dərindən yiyələnən Nəsimi qısa müddətdə bu hərəkatın aparıcı simalarından birinə çevrilmişdi. İnsanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər. Hürufilər bu fikirdə idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə bilavasitə əlaqədardır. Yaranmışların ən alisi, şərəflisi sayılan insan özünü dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək mənəvi dəyərlərə yiyələnməli, müdrikliyə çatmalıdır. Cəmiyyətdə kamil insanlar nə qədər çox olarsa, bu, həqiqətin, azadlığın, ədalətin təntənəsinə rəvac verər. Bütün bunları ümumiləşdirən Nəsimi yazırdı:
Ey Nəsimi, sən həqqi bil, həqqə iqrar eylə kim,
Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Ardını oxu...

Naxçıvanın tarixi haqqında fikir yürüdən tədqiqatçılar haqlı olaraq hər zaman qeyd edirlər ki, bu qədim diyar, sadəcə, tarixi zənginliklərə deyil, həm də böyük mədəni irsə malikdir. Bu irsin bir hissəsini günümüzədək gətirib çatdıran isə ata-babalarımızın əli toxunmuş, hər daşına Naxçıvan sevgisi hopdurulmuş tarixi abidələrimizdir. Bu Ana yurdun hansı səmtinə üz tutsan, orada mütləq bu cür abidələrlə qarşılaşacaqsan. Türbətipli abidələr isə Naxçıvan memarlığının ən gözəl nümunələridirlər, – desək, yəqin ki, yanılmarıq. Böyük ustad Əcəminin yaradıcılığında əsas ana xətt təşkil edən türbə memarlığı nümunələri artıq xalq və region çərçivəsindən çıxaraq dünya memarlıq inciləri sırasında özünəməxsus yer tutub. Belə incilərdən biri də Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsidir. El arasında bu türbəyə “Atababa günbəzi” də deyirlər.
Yusif Küseyir oğlu haqqında mənbələrdə geniş məlumat yoxdur. Bu bilgilərə, hələlik, yalnız bu türbənin kitabəsində qısa olaraq rast gəlinir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bir neçə dəfə mətbuata açıqlamalarında bildirib: “Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Digər qaynaqlardan Yusif Küseyir oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” – tanınmış rəis) titulları və bir sıra epitetlərlə (“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”) təqdim olunub. Orta əsrlərdə “xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi. Göründüyü kimi, Yusif Küseyir oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin kitabədə adına əlavə olunan “şeyxlərin başçısı” sözləri isə Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR