Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün keçid balını toplayan namizədlərin müsahibə mərhələsi keçirilib. Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrindən müstəqil ekspertlərdən ibarət müsahibə komissiyası yaradılıb. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb.
Müsahibə mərhələsində 18 nəfər iştirak edib, onlardan 16-sı müvafiq keçid balını toplayaraq uğur qazanıb.
Test imtahanları sentyabrın 9-dan 11-dək keçirilən müsabiqəyə çıxarılan 285 vakant vəzifənin tutulması üçün 82 nəfər sənət təqdim etmişdi və test imtahanlarında iştirak edən 80 namizəddən 20-si keçid balını toplaya bilmişdi.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq dövlət musiqi təhsili müəssisələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilib.