Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş gənc rəssamların növbəti plener-müsabiqəsi təşkil olunub.
Keçirilən müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrindən 24 istedadlı gənc iştirak edib.
Gənc rəssamlar müxtəlif mövzularda işlədikləri rəsmlərdə doğma diyarımızın tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf proseslərini, mifologiyanı, ekoloji prosesi, sülhü, təxəyyül və duyğularını kətan üzərinə köçürüb, onları özlərinə məxsus çalarlarla əks etdiriblər.
Münsiflər heyətinin qərarı ilə 10 gənc I yerə, digər 10-u isə II yerə layiq görülüb.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim edilib.
Güntac ŞAHMƏMMƏDLİ