22 Dekabr 2024, Bazar

Yunanıstan arxeoloqları nadir tapıntı aşkarlayıblar. Onlar Florina şəhəri yaxınlığındakı qədim Axlada qəbiristanlığında nadir qızıl maska və tunc dəbilqə tapıblar. Mədəniyyət Nazirliyinin məlumatına görə, ən qiymətli tapıntılar bizim eradan əvvəl VI əsrdə həlak olan döyüşçülərin qəbirlərində aşkar edilib. Tapıntıların içərisində qədim döyüş silahları, dəmir nizə başlıqları, dəmir qılınc qalıqları, dekorativ tutacaqları olan böyük tunc bron, ferma arabasının dəmir modeli və ayaqlar üçün tuncdan hazırlanan zirehlər də var.

 Qeyd edək ki, bu qəbiristanlıqda qədim vaxtlarda oğurluq hadisəsi baş verməsinə baxmayaraq, 1300 qəbirin hamısından dəyərli əşyaları çıxarmaq mümkün olmayıb.

 İqbal Hacıyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR