22 Dekabr 2024, Bazar

O, bir anlıq işindən ayrılıb pəncərənin önünə yaxınlaşdı. Təbiətinə, insanlarına aşiq olduğu diyarın mənzərəsinə baxaraq düşüncələrə daldı. Vahid müəllim ömrünün ən gözəl çağlarını burada yaşamışdı. Əldə etdiyi hər şey üçün özünü qədim diyara borclu sayır və bu borcu ödəməyə çalışırdı. İllərdən bəri gözlədiyi an gəlib çatmışdı. O, düşüncələrində burada yaşadığı hər bir anı gözdən keçirdi. Çünki görəcəyi işdə onun həyatına xoşbəxtlik qatan bütün xoş anları yaşatmaq istəyirdi...

Vahid müəllim artıq 3 gün idi ki, iş otağında fasiləsiz çalışırdı. Ömür-gün yoldaşı Dilbər xanım həmin günə qədər onun belə ara vermədən çalışmağını görməmişdi. Elə buna görə də bütün ailə üzvləri onun iş otağına saatlarla qapılmasından narahat idilər. Sən demə, Əliheydər həkim 3 gün öncə Vahid müəllimi görməyə gəlmiş və ona əl yazısı ilə bir neçə bəndlik şeir yazılmış vərəq vermişdi. Bundan sonra o, öz iş otağına çəkilmiş və işə başlamışdı. Vahid müəllimin bu “yoxluğuna” hövsələ edə bilməyən Dilbər xanım ehmalca qapını açıb otağa daxil oldu. O, iş masasının üstünə dağılmış vərəqlərə, otaqdakı səliqəsizliyə və masanın üzərindəki bir neçə saat öncə gətirdiyi, hələ də dolu olan çay stəkanına nəzər yetirdi. Anladı ki, Vahid müəllim illərdir, səliqə-sahmanın hökm sürdüyü iş otağında nəinki səliqəyə, hətta çay içməyə vaxt ayırmadan həvəs və şövqlə işini bitirmək istəyindədir. Dilbər xanım sakitcə dayanıb həyat yoldaşının musiqi parçalarını ifa edib not dəftərinə qeydlər aparmasını bir neçə dəqiqə seyr etdi. Daha sonra Vahid müəllim son qeydlərini apararaq dərindən nəfəs aldı və əlindəki tarı masanın üstünə qoydu. Dilbər xanıma sevincdən buludtək dolan gözləri ilə baxaraq: “Səni mənim taleyimə bəxş edən Naxçıvana bir ərməğanım olacaq, demişdim, yadındadırmı? Bax, o ərməğan bu vərəqlərin üzərindədir”, – dedi...
İllərdir, hamının sevə-sevə dinlədiyi, toylarımızın, el şənliklərimizin, konsert pro­qramlarının bəzəyi olan “O, Naxçıvandır” mahnısı beləcə ərsəyə gəldi...

Ardını oxu...

Böyük şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb.

Bu gün dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 137 il ötür.

Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.

İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.

1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.

“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümünə həsr edilmiş “Hüseyn Cavid irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli açaraq böyük söz ustadının zəngin yaradıcılığı barədə ətraflı məlumat verib, Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından söz açıb.

Ardını oxu...

Hüseyn Cavid ədəbiyyatımızda romantizm ədəbi cərəyanının, milli romantik şeirin və mənzum faciənin banisi, böyük şair, yazıçı və dramaturqdur. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədib mənzum faciələri və tarixi dramları ilə tanınıb. Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”. 

Hələ 30-cu illərin əvvəllərində adı dillər əzbəri olan Cavid 1937-1956-cı illər arası, hətta 1981-ci ilə qədər böhtan və iftiralara məruz qalır. Həqiqətən, ulu öndər Heydər Əliyevin imzası ilə 1981-ci il iyul ayının 21-də Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar böyük ədibə əsl bəraət qazandırır. Onun ədəbi irsinin toplanıb nəşr olunması, əsərlərinin müxtəlif teatrlarda tamaşaya qoyulması, Cavidə həsr edilmiş monoqrafiyaların, əsərlərinin 4 cilddə, habelə rus dilində 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr olunması, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması, ev-­muzeylərinin yaradılması və digər işlərin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin dahi şairə olan sonsuz məhəbbətlə imzaladığı qərarda öz əksini tapıb.
Qərardan sonra Naxçıvanda Cavidin vaxtı ilə qədim Əlixan məhəlləsində bazar çayının kənarındakı yaşadığı evdə yaradılan ev-muzeyi nəinki cavidsevərlərin, bütünlükdə ədəbiyyatsevərlərin sevimli ziyarətgahıdır. 1982-ci ildə totalitar sovet rejimi dövründə Hüseyn Cavidin nəşinin qalıqlarının Uzaq Sibirdən vətəninə gətirilməsi Cavid irsinə marağı daha da artırdı.
Ulu öndərin şəxsi təşəbbüsü, qayğısı və göstərişi əsasında Cavidin nəşi onun doğulduğu qədim Naxçıvanda torpağa tapşırıldı. Uzaqgörən siyasətçinin bu addımı onun adının əbədiləşdirilməsinə xidmət edirdi. Xalqımızın böyük oğlu hələ Naxçıvanda Ali Məclisin Sədri işləyərkən, ən ağır və çətin dövrlərdə belə, Cavidi unutmadı və onun 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunmasını təşkil etdi. Yubiley tədbirində yaddaqalan çıxışı ilə ­Cavidə, onun irsinə yüksək dəyər verdi: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bütün Türk dünyasının ən görkəmli bir simasıdır, təkrar­olunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.

Ardını oxu...

Dünən sakinlər tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 eksponat təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi mədəniyyət nümunələrinin toplanmasının daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Ardını oxu...

Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Ardını oxu...

Qobelen və kilim sənəti üzrə azərbaycanlı rəssam-sənətkar Səməni Qasımzadənin əl işləri Böyük Britaniyada “Heallreaf 3” toxuculuq sənəti beynəlxalq sərgisində nümayiş edilir. Sərginin ekspozisiyasına rəssamın “Neft buruqları” adlı qobeleni daxil edilib.

Rəssam özü bildirib ki, Azərbaycan toxuculuq sənətini bu cür beynəlxalq sərgidə təmsil etmək onun üçün böyük şərəfdir.

“Heallreaf 3” sərgisində Azərbaycan, ABŞ, Yeni Zelandiya və Avropa ölkələrindən olan 40 müəllifin əsərləri nümayiş etdirilir. Sərgi Britaniya ərazisində 2 qalereyada - Nottinqhamda “Surface Gallery” qalereyasında, daha sonra isə Londonda “Espacio Gallery” qalereyasında təqdim edilir.

Layihə İngiltərənin İncəsənət Şurasının dəstəyi ilə təşkil olunub. Sərgidə əsərlər ingilis rəssamı Kos Əhməd, “Heallreaf 2” layihəsinin qalibi Barbara Berns və “Harley Gallery”nin meneceri Suzan Şerit olmaqla 3 nəfərdən ibarət jüri tərəfindən qiymətləndirilir.

AZƏRTAC

“İmadəddin Nəsimi dünya dillərində” kitabı TÜRKSOY-un “Nəsimi ili”nə dəyərli töhfəsidir

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edilir. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da 2019-cu ili türk dünyasında İmadəddin Nəsimi ili elan edib.

TÜRKSOY şairin qəzəllərini 15 dildə tərcümədə Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. “İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Kitabın tərtibçisi və redaktoru Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlıdır. Kitabda Nəsiminin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin kitaba yazdığı “Ön söz”də deyilir: “Humanist ənənələrə söykənən XIV yüzillikdə əfsanəvi səməndər quşu kimi xarabalıqların və yanğın küllərinin altından baş qaldıran İslam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin etməyə və inandırmağa başladılar. İslam şərqinin hər üç hakim dilində- ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsrlər qələmə alan ən böyük sənətkarlardan bir də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu”.

Akademik qeyd edir ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları ilə yoğurulub. Bu məhəbbət təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, daha doğrusu ritmikasında, oynaqlığında, ahəngində, alliterasiyasında da özünü göstərir. Nəsimi qəzəllərinin də bir çoxunda ritmika sanki oxucunun ürəyini oynadır, ona həyat eşqi, sevinc aşılayır. İnsana daxili mənəvi rahatlıq gətirir. Bunun kökündə isə, şübhəsiz ki, şairin özünün böyük insan sevgisi dayanmaqdadır.

Kitabda yer alan şeirlər bir daha göstərir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olub. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Müxtəlif dillərdə təqdim edilən şeirlər sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərdiyini əyani şəkildə sübut edir.

Ardını oxu...

Bu ünvan muxtariyyətimizlə eyni – 95 yaşda olan, lakin qədim Naxçıvanımızın neçə-neçə minilliklərinin sığdığı Naxçıvan Dövlət Tarix Muzeyidir. Bu ünvanın həyətindəki daş fiqurlardan tutmuş muzeyin qapısından içəriyə girdiyim andan qarşılaşdığım bütün guşələr, eksponatlar, tablolar, rəsmlər məni minilliklər öncəyə uzun bir səyahətə – beşminillik yaşı olan qədim Naxçıvanımızın bu günündən dünəninə aparır. Bu virtual aləm illərlə kitablardan oxuduğum qədim və möhtəşəm tarixin bütün dövrlərinin insanına çevirir məni.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin sərgidəki əsərlərindən

 

Aqillər: “Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz dəyərinə görə pay götürür”, – deyiblər. Bu gün oğuz yurdunun tarixi keçmişinə işıq saçan, muxtariyyətinin yaşıdı Naxçıvan Dövlət Tarix Muzeyinin hər guşəsində xalqımızın yüksək mənəvi dəyərlərini yaşadan bu qiymətli payın izləri sezilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 95 yaşını geniş şəkildə qeyd etdiyimiz muzeydə nümayiş olunan eksponatlar vasitəsilə zəngin ənənələrə malik dövlətçilik tariximizin sehrinə düşür, dünənimizdən bu günümüzə keçilən böyük yolun kiçik ekskursiyasına çıxıram...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın yaradılmasının 95 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərlinin 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik işığında” adlı 65 illik yubiley sərgisi açılıb.

Ardını oxu...

Özbəkistan milli informasiya agentliyi (UzA) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı özbək dilində geniş məqalə dərc edib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə muxtariyyətin 95 illiyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilib.

Ardını oxu...

Azərbaycan bu il növbəti dəfə ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib. Bu ölkənin əsas mədəni və iqtisadi tədbirlərinin təşkil edildiyi Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, eləcə də ABŞ-ın müxtəlif ştatlarından insanlar qatılıb.

Ölkəmiz festivalda Vaşinqton şəhərində yerləşən Azərbaycan Məktəbinin şagirdləri ilə təmsil olunub. Tədbirdə şagirdlər Azərbaycan milli rəqslərlə yanaşı, festival çərçivəsində təşkil edilən “Fashion Show”da ölkəmizin milli geyimlərini nümayiş etdiriblər.

Ardını oxu...

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhərində keçirilən “Irvine Global Village Festival” adlı beynəlxalq mədəniyyət festivalında ölkəmiz də təmsil olunub.

Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğundan bildirilib ki, Kaliforniyanın ən böyük beynəlxalq mədəniyyət sərgilərindən olan sözügedən festivalda 50-dən çox ölkə iştirak edib.

Ardını oxu...

“Mən öz-özümə deyirdim ki, aya, görəsən, biz niyə bu günə qalmışıq və aya, niyə bizim teatr işlərimiz elə bir hala qalıbdır ki, teatr kimi müqəddəs bir maarif və sənət mənbəyinin xadimləri qocalmış bir Fatmanisə xala kimi bir ucdan bir-birinə qarğış edirlər (Sən hələ kollektiv axtarırsan). Ta o yerə kimi ki, balaca rejissorumuz da öz gözəl nitqi ilə sübuta yetirdi ki, mən bu artistlərin rəhbəriyəm (Ay zalım oğlu)...”

Ardını oxu...

Naxçıvan ərazisi qədim və zəngin tarixə malikdir. Arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri bu diyarın daş dövründən başlayaraq ilkin sivilizasiyalı yaşayış məskəni olduğunu sübut edir. Naxçıvan ərazisinin dünyanın ən qədim yaşayış məskənlərindən biri olmasını təkcə arxeoloji tədqiqatlar deyil, eyni zamanda qədim yazılı mənbələr də sübut edir. Eradan əvvəl 4-cü, 3-cü minilliyə aid Şumer-Akkad, Assur-mixi qaynaqlarında, antik dövrdə yaşamış Klavdi Ptolomeyin, İosif Flavinin əsərlərində Naxçıvan bəşər mədəniyyətinin ilk beşiyi, yəni yer kürəsində həyatın başlandığı müqəddəs məkan kimi təqdim edilir.

Ardını oxu...

Finlandiyanın paytaxtı Helsinkidə Finlandiya Azərbaycanlıları Assosiasiyasının dəstəyi və Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının (FAGTBT) təşkilatçılığı ilə Azərbaycan Respublikası müstəqilliyinin 28-ci il dönümü qeyd olunub.

Ardını oxu...

Şeir və poemaları, dünənli, bu günlü və sabahlı zəngin poeziyası ilə həmişə yaddaşlarda qalacaq əsl xalq şairi, böyük Vətən oğlu Məmməd Araz… Zəngin yaradıcılığı ilə insanı düşündürən, kədərləndirən, sevindirən görkəmli ziyalı. Keşməkeşli, şərəfli, bütövlükdə, Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayan heyrətamiz şəxsiyyət... Qələmi “söz qardaşı”, əlində ən etibarlı söykənəcək, möhkəm dayaq bilən, qələmi ilə, sözün əsl mənasında, sözə xidmət edən sənətkar. Qüdrətli xalqının qəlbində daimi yuva quran dağ kimi yenilməz, əyilməz Xalq şairi.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub.

Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən “Əli və Nino” romanının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edildiyini bildirib.

Qeyd edilib ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə əcdadlarının adət-ənənələrinə sadiq qalan, Vətəni uğrunda həyatını qurban verməyə hər an hazır olan Əlinin gürcü qızı Ninoya olan sonsuz məhəbbəti öz əksini tapıb.

Tədbirdə çıxış edənlər əsərin spesifik xüsusiyyətlərindən danışıblar. 

Sonra “Əli və Nino” əsərinə aid suallara düzgün cavab verən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və əsgərlər mükafatlandırılıblar.

Sonda “Əli və Nino” romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmə baxış olub.

 Nəriman Nəcəfov

 

 

 

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.

Bəyanatda işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistanın Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışı”na hazırlaşdığı bildirilir. Qeyd edilir ki, bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Ardını oxu...

Azərbaycan Turizm Bürosu və “ETI Holidays” çinli subagentlər üçün birgə təlimlər keçirəcəklər.

Dövlət Turizm Agentliyi bildirib ki, bu barədə razılıq oktyabrın 7-də Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Azərbaycan Hava Yolları”nın (AZAL) Çindəki rəsmi nümayəndəsi “ETI Holidays” şirkətinin baş icraçı direktoru Guo Dongje arasında görüş zamanı əldə olunub.

Təlimlərin keçirilməsində məqsəd Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə potensialı, hotelləri, turizm marşrutları, görməli yerləri, qədim memarlıq abidələri və milli mətbəxinin tanıdılmasını artırmaqdır.

Guo Dongje təmsil etdiyi şirkətin 5000 subagentdən ibarət şəbəkə ilə əməkdaşlığından söz açaraq bu təlimlərin Azərbaycanın tanıdılmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

O, növbəti ildən Pekindən başqa Çinin daha bir şəhərindən də Bakıya uçuşların planlaşdırıldığını bildirib.

Ardını oxu...

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimovun “Molla Pənah Vaqif poeziyasında vətən sevgisinə fəlsəfi baxış” monoqrafiyası “Avropa” nəşriyyatında çapdan çıxıb. Monoqrafiya AMEA-nın Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsində hazırlanıb.

Ardını oxu...

Almaniyanın “Bild” qəzetində “Fəridənin çantasında 1,5 milyon avro var” başlığı altında dərc olunan məqalədə Almaniyanın Karlsruhe şəhərində təhsil alan Fəridə Rüstəmovanın çıxış etmək üçün digər yerlərə getdiyi zaman çantasının 1,5 milyona bərabər olduğu qeyd olunur.

Ardını oxu...

İsveçdə tibb sahəsi üzrə 2019-cu il Nobel mükafatının sahibləri elan edilib. Stokholmda xüsusi təşkil olunmuş tədbirdə bu mükafata ABŞ və Britaniya alimləri Villiam Kaelin, Peter J.Ratcliff və Qreqq L.Semenzanın layiq görüldüyü elan edilib.

Alimlər Nobel mükafatına, "Hüceyrələrin özlərini necə hiss etdiklərini və oksigenin mövcudluğuna uyğunlaşdıqlarını" kəşf etdiklərinə görə layiq görülüblər.

AZƏRTAC

Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.  “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da nəzərdə tutulur.

Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.

Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.

AZƏRTAC

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-­satışı davam edir. Oktyabrın 10-dək davam edəcək sərgiyə maraq böyükdür. İstər fərdi şəkildə, istərsə də ayrı-ayrı kollektivlər sərgi-satışda fəal iştirak edir, maraqlı əl işləri və rəsm əsərləri ilə tanış olurlar.

Ardını oxu...

Sosial şəbəkələrdə foto paylaşımlarına həvəs göstərənlər üçün Vyana şəhərinin mərkəzində xüsusi selfi muzeyi açılıb.

AZƏRTAC xəbər verir ki, “incəsənəti sosial media ilə birləşdirək” devizi altında açılan muzeydə selfi çəkdirmək üçün 24 kulis quraşdırılıb. Gələn ilin mart ayınadək fəaliyyət göstərəcək “nofilter museum” adlanan bu məkan memarlıq təhsili alan iki gənc tərəfindən yaradılıb.

Ardını oxu...

Oktyabrın 3-də “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalı çərçivəsində keçirilən “Yurdumun rəngləri” adlı müsabiqənin qalibləri mükafatlandırılıb.
Əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu çıxış edib. Tədbirin davamı olaraq Rəssamlar Birliyinin üzvü olan 15 rəssam “Saat Meydanı”nda muxtar respublikanın 95 illiyinə həsr edilmiş müxtəlif mövzularda rəsm əsərləri çəkiblər, eyni zamanda burada iştirak edən gənc tələbələrə ustad dərsləri keçiblər.

Ardını oxu...

Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi də bu gün sərgiyə baxıb.

Ardını oxu...

Görkəmli alimin anadan olmasından 98 il ötür

Bu gün Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. T.Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.

Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.

Əziz Əliyev kimi görkəmli şəxsiyyətin ailəsində boya-başa çatan gənc Tamerlan hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb. 1929-cu ildə Bakıdakı 3 nömrəli ibtidai məktəbdə oxumağa başlayıb, sonralar təhsilini 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirib. 1940-cı ildə orta məktəbi “əla” qiymətlərlə bitirən Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. O, təhsildə və ictimai işlərdə qazandığı nailiyyətlərə görə o zaman nadir hallarda rast gəlinən yüksək təltifə - Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.

Tamerlan Əliyev əmək fəaliyyətinə 1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasında (indiki daxili xəstəliklər kafedrası) başlayıb və ömrünün sonunadək burada çalışıb. Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən Tamerlan Əliyev 1954-cü ildə “Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Ardını oxu...

Brüqqe Belçikanın flamand hissəsinin ən maraqlı və istirahət üçün ən sevimli şəhərlərindən biridir. Bu məkanda təkcə belçikalılar deyil, həm də əcnəbi turistlər dincəlməyi sevirlər. Lakin son illər şəhərin ən görməli yerlərindən biri olan Qrutus sarayının ziyarət üçün bağlanması Brüqqeyə gələnləri məyus edirdi.

Bu yaxınlarda sarayda bərpa işləri başa çatıb və onun içərisində fəaliyyət göstərən muzey Brüqqenin son beş ildə möhtəşəm mənzərəsini əks etdirən mədəniyyət obyektinə çevrilib.

Qrutus sarayı Lui və ya Lüdovik Qrutusun şəhər iqamətgahı olub. Yerli zadəganlara aid olan bu ailə orta əsrlərdə pivə bişirilməsində istifadə edilən dərman otlarının idxalı və satışı üzrə inhisarçı olub. Həmin inhisar ailəyə böyük sərvət gətirib və onun hesabına da Qrutus sarayı tikilib. Deyilənə görə, bu möhtəşəm bina həm yaşamaq, həm də paxıllıq edənlərin önündə ailənin sərvəti ilə öyünmək üçün ucaldılıb. Bir neçə əsrdən sonra saray lombard və hərrac evi kimi istifadə olunmağa başlayıb. Təsadüfi deyil ki, bu məqsədlə istifadə edilən bina tədricən dağılıb. Yalnız XIX əsrdə memar Lui Delasenserinin diqqətini cəlb edən sarayda əsaslı rekonstruksiya işləri aparılıb. Məhz həmin dövrdə ingilis turistlər Vaterloo döyüşləri meydanına ziyarət zamanı Brüqqedən aralıq məntəqə kimi istifadə etməyə başlayıblar. Şəhər beynəlxalq turizm xəritəsində öz yerini alıb və orta əsrlərə aid binalar təmir edilib, qotik intibah üslubunda yeniləri tikilib. İnsanlar, həmçinin öz evlərinin fasadlarının da bu üslubda təmiri üçün müraciət etməyə başlayıblar.

Brüqqe artıq turistləri təəccübləndirən və valeh edən bir şəhərə çevrilib. Burada muzeylər açılıb, sərgilər və digər mədəniyyət tədbirləri, müsabiqələr təşkil olunub, yerli arxeologiya cəmiyyəti yaradılıb. Şəhərin görkəmli sakinləri və ustaları peşəkar cəmiyyətlərə üzv olub, orta əsrlərin sənətkarlıq ənənələri dirçəldilib və inkişaf etdirilib. Arxeologiya cəmiyyəti üçün öz eksponatlarını nümayiş etdirməyə yer lazım idi və Qrutus muzeyi məhz bunun üçün əlverişli məkana çevrilib. Lui Delasenseri həmin vaxt şəhərin baş memarı idi və binanın rekonstruksiyası üçün sifariş də ona verilib.

Bu günlərdə yenidən açılan muzeyin konsepsiyasında da dəyişiklik olub. Yeni konsepsiya həqiqətən çox maraqlıdır və Brüqqenin bütün guşələrindən gətirilmiş eksponatlar şəhərin zəngin tarixini əks etdirir. Hər bir mərtəbə müəyyən dövrü əhatə edir. Birinci mərtəbədə XV-XVI əsrlərə aid eksponatlar var. Məhz bu dövrdə Brüqqe beynəlxalq ticarətin inkişafı nəticəsində varlı şəhərə çevrilib. Beynəlxalq ticarət yollarının kəsişməsində yerləşən şəhər İngiltərə, Almaniya, Skandinaviya, Baltikyanı ölkələri və Cənubi Avropanı birləşdirib. Burada beynəlxalq ticarət evlərinin nümayəndəlikləri fəaliyyət göstəriblər. Tacir gildiyaları şəhərin tərəqqisində mühüm rol oynayıblar. Həmin vaxt Brüqqedə 50 müxtəlif gildiya olub.

Ardını oxu...

Naxçıvanın qədim memarlıq nümunəsi olan Yusif Küseyroğlu türbəsi yenidən bərpa olunur.

Naxçıvan şəhərində yerləşən türbədə bərpa işləri əsasən abidənin aşağı hissəsində və piramida şəklində olan günbəzdə aparılır.

Ardını oxu...

Oktyabrın 4-də Ankara şəhərində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli mərasim təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir Gökyay İdman və Mədəniyyət Vəqfində keçiriləcək. Əvvəlcə, səfirliyimiz tərəfindən Bakıda xüsusi dizaynla düzəldilmiş Şahmat taxtası vəqfə təqdim olunacaq. Sonra mərasimin rəsmi hissəsi və şahmat turnirinə başlanılacaq.

Tədbir geniş konsert proqramı ilə davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Oktyabrın 2-də Bakıda 10-cu Avropa Film Festivalının açılışı olacaq.

Festivalın açılışında iki film - Macar filmi “Saulun oğlu” və fin filmi “Son Sövdələşmə” təqdim ediləcək.

Ardını oxu...

Oktyabrın 1–i Beynəlxalq Musiqi Günüdür.

Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.

Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını açıqlayıb.

 2020-ci ildə yaz fəsli ölkəmizə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da qədəm qoyacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir, yəni Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.

Yay fəsli iyunun 21-i saat 01:43:42-də ölkəyə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir, yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda Günəş şüaları yer səthinə, xüsusilə də Şimal yarımkürəsinə yaxşı düşə bilir.

Ardını oxu...

Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən 2016-cı ildən belə sərgi-satışların keçirilməsi ənənə halını almışdır.

Ardını oxu...

 

 

 

 

Özbək rejissoru Umid Xamdamovun “İsti çörək” bədii filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatı almaq üçün təqdim edilib.

Bu ekran əsəri Özbəkistanda təqdim olunan altı filmin içərisindən seçilib.

92-ci “Oskar” festivalı üçün ən yaxşı filmin müəyyənləşdirilməsi mərasimi isə gələn il fevralın 9-da Los-Ancelesdə olacaq.

Xatırladaq ki, “İsti çörək” filmi “Kinoşok” festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova “Ən yaxşı qadın rolu”na görə mükafat alıb.

AZƏRTAC

 

 

 

 

Hər ilin sentyabr ayında dahi bəstəkar, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə sentyabrın 26-da Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.

Ardını oxu...

Tarixi uzun minilliklərə dayanan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Bu dəyərlər xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Himni, gerbi, bayrağı, dili, dini, musiqisi, folkloru, dünya şöhrətli şəxsiyyətləri onun milli-mənəvi genofondunu təşkil edir. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, bütün milli keyfiyyətlər bu dəyərlər sisteminə aiddir. Azərbaycan xalqının milli dəyərlərinin qorunub saxlanması ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Ulu öndərin bu dəyərlərə verdiyi önəmin mahiyyətini onun bütün çıxışlarında görmək olar: “Milli dəyərlər daim qorunmalı, yaşadılmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik”. 

Ardını oxu...

Bu il Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasının 60 illiyi tamam olur.
Bu münasibətlə sentyabrın 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1959-cu ilin sen­tyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblı fəaliyyətə başladığı gündən Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə dinləyicilərin rəğbətini qazanır. Muxtar respublikada gənc kadrların yetişməsində “Araz” Dövlət Mahnı və Rəqs Ansamblının böyük xidmətləri olub. Ansambl ətrafına topladığı istedadlı musiqiçilərin uğurlu fəaliyyəti nəticəsində kifayət qədər böyüyüb, professional ifaçılıq qabiliyyətinə görə mükəmməl kollektivə çevrilib.

Ardını oxu...

Böyük və şərəfli bir nəslin adını özündə yaşadan Kəngərli rayonu bu gün digər bölgələrimiz kimi özünün yeni inkişaf mərhələsindədir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, rayon mərkəzi Qıvraq qəsəbəsi və 10 kənddən ibarət olan Kəngərlinin bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilib, tarixi abidələrə yeni həyat bəxş olunub, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.

Onu da qeyd edək ki, rayonda istifadəyə verilən bəzi obyektlərin açılış mərasimlərində ölkə başçısı cənab İlham Əliyev iştirak edib, həyata keçirilən tədbirlərə görə razılığını bildirib. Bütün bunlar isə rayon sakinləri tərəfindən onlara göstərilən böyük dövlət qayğısı kimi dəyərləndirilib və kəngərlililərin qurub-yaratmaq əzmini yüksəldib. Bunu rayonun ictimai həyatında mühüm rol olan mədəniyyət işçilərinin fəaliyyətində də görmək olar.
Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyevlə söhbət zamanı öyrəndik ki, bu gün Qıvraq qəsəbəsində bir Mədəniyyət Sarayı, Böyükdüz, Qarabağlar, Qabıllı, Şahtaxtı, Çalxanqala kənd­lərində mədəniyyət evləri, Yurdçu, Xıncab, Xok, Təzəkənd yaşayış məntəqələrində klub, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində uşaq kitabxanası və 11 kənd filialı fəaliyyət göstərir. Rayon mərkəzində və Çalxanqala kəndində yaradılmış uşaq musiqi məktəbləri bu sahədə istedad və bacarığı olan uşaqları öz ətrafına cəlb edib.

Ardını oxu...

Sentyabrın 25-də İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olub.

Sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşıb.

Sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil olunub.

İki gün davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Hüsnan Bəy Fənaniyə hədiyyələrə görə təşəkkürünü bildirib. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb.

Təqdimat mərasimində Əməkdar artist, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa edib.

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Hər bir xalqın bədii-estetik zövqünün, mədəniyyətinin ilkin göstəricisi onun musiqisidir. Dünyada elə bir xalq yoxdur ki, onun musiqi mədəniyyəti olmasın. Elə buna görə də musiqi xalqlararası mənəvi körpü rolunu da oynayır. Azərbaycan musiqi mədəniyyəti də çoxəsrlik inkişafın məhsulu kimi bu gün dünya xalqları arasında xüsusilə seçilir.

Ardını oxu...

Sentyabrın 25-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq qeyd edib ki, muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Təkcə bu ilin yanvar-avqust ayları ərzində muxtar respublikanın muzeylərini 398 min 713 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 122 min 322-si əcnəbi vətəndaş olub.

Ardını oxu...

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı Almaniyada nəşr olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, antologiyaya 800 il ərzində Azərbaycanın müxtəlif şəhərlərində yaşayıb-yaratmış görkəmli qadın şairlərimizin əsərlərindən seçmələr toplanıb. Kitaba daxil olan şeirlər Azərbaycan tarixinin önəmli bir hissəsini: 1200-1991-ci illəri əhatə edir və əsərlərdə lirik duyğu və düşüncələrlə yanaşı, vətən həsrəti, eləcə də vətən sevgisi, el-obadan uzaq düşməyin iztirabı zərif poetik dildə təzahür edilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR