İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətləri olan anqklunq, qambanq, lodonq və digər musiqi alətləri hədiyyə edib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Hüsnan Bəy Fənaniyə hədiyyələrə görə təşəkkürünü bildirib. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəyi vurğulanıb.
Təqdimat mərasimində Əməkdar artist, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa edib.