Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Şahbuz şəhər sakinləri tərəfindən bu gün tarix-diyarşünaslıq muzeyinə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcək.
Eksponat təqdim edən şəhər sakinləri Şəmsəddin Kərimov, Sərraf Süleymanov, Namiq Orucov, Aytən Rüstəmli və Şahbuz Rayon Tarix-DiyarşünaslıqMuzeyinin direktoru Xavər Ələsgərli çıxış ediblər .
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.
Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində muxtar respublikanın muzeylərinə 1750 eksponat daxil olub.