Oktyabrın 4-də Ankara şəhərində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli mərasim təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir Gökyay İdman və Mədəniyyət Vəqfində keçiriləcək. Əvvəlcə, səfirliyimiz tərəfindən Bakıda xüsusi dizaynla düzəldilmiş Şahmat taxtası vəqfə təqdim olunacaq. Sonra mərasimin rəsmi hissəsi və şahmat turnirinə başlanılacaq.
Tədbir geniş konsert proqramı ilə davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara