22 Dekabr 2024, Bazar

Finlandiyanın paytaxtı Helsinkidə Finlandiya Azərbaycanlıları Assosiasiyasının dəstəyi və Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatının (FAGTBT) təşkilatçılığı ilə Azərbaycan Respublikası müstəqilliyinin 28-ci il dönümü qeyd olunub.

Tədbirdə yerli finlandiyalı ictimaiyyət nümayəndələri və Azərbaycan diaspor fəalları ilə yanaşı, Şimali Kiprin Helsinki təmsilçisi Hüsnü Duba, Finlandiya Əmək və Sosial Nazirliyinin əməkdaşları, “Azərbaycan Yeni Nəsil Hüquqşunaslar” İB-nin nümayəndəsi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Sonra Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay keçirilən tədbirin mahiyyəti barədə danışıb. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən söz açan A.Oqtay həmin günün əhəmiyyətini qeyd edib, baş verən tarixi hadisələr haqqında geniş məlumat verib.

Şimali Kipr Helsinki təmsilçisi Hüsnü Duba Azərbaycanla Şimali Kipr arasında sıx əlaqələrin olmasından danışıb.

Tədbirin rəsmi hissəsinin bitməsindən sonra FAGBT tərəfindən hazırlanan Azərbaycan tarixini, mədəniyyətini, iqtisadi vəziyyətini və gözəl təbiətini özündə əks etdirən maraqlı məlumatlar və xüsusi hazırlanmış videokliplər qonaqlara təqdim olunub.

 Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR