22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır. Bu münasibətlə fondda sözügedən nəşrin müzakirəsi ­keçirilib.
Kataloqun tərtibçisi fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, yeni nəşrdə fondda mühafizə olunan 200-dək türkdilli əlyazma və çap kitabların elmi təsviri verilib. Oxucuların kataloqdan istifadəsini asanlaşdırmaq məqsədilə kitabın sonuna “Göstəricilər” bölməsi əlavə edilib.
Müzakirədə fond əməkdaşlarından fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov, fondun elmi işçisi Kübra Vəliyeva və Nicabət İslamova çıxış edərək çapa hazırlanan kataloqun gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb, nəşrlə bağlı fikir və mülahizələrini söyləyiblər.
Qeyd edək ki, Əlyazmalar Fondunda 500-dən çox qədim əlyazma və çap kitabları mühafizə olunur. 2016-cı ildən etibarən fond əməkdaşları həmin əlyazma və çap kitablarının kataloqunun hazırlanması işlərinə başlayıb. “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” adlı ilk kataloq 2018-ci ildə bölmənin “Tusi” nəşriyyatı tərəfindən çap olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Dünən Bəhruz Kəngərli Muzeyində tanınmış realist rəssamın anadan olmasının 128-ci ildönümü münasibətilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçilib. Muzeyin bələdçisi Rəna Əliyeva tərəfindən aparılan dərsdə 1892-ci il yanvarın 22-də Naxçıvanda dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan görkəmli rəssamın həyat və yaradıcılığından söhbət açılıb. Hələ körpəlikdə anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssamın yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bilməsi vurğulanıb.

Ardını oxu...

Ona uşaq vaxtı çox ehtiyac duymuşdum – 80-ci illərdən bəhs edirəm. Yəqin ki, digərləri də bu ehtiyacı hiss edib. Amma nə iləsə əvəz etmək ağlımıza da gəlmirdi. Heç çıxış yolu deyən də yox idi. Hamının bildiyi yalnız bir yol var idi: oxuduğun yeri unutmamaq üçün həmin səhifəni qatlamaq. Belədə isə vərəqlər əzilir, korlanır, iz düşür, bir sözlə, nəşrə xələl gəlirdi.
Doğrusu bu, bir az da oxuduğumuz kitab-jurnallara heyfimizdən irəli gəlirdi. Nə də olsa, bunlar bizim məlumat ala biləcəyimiz azsaylı mənbələr idi. Ancaq digər tərəfdən, bu metod bəzən işimizə də “yarayırdı”. Məsələn, bəzən maraqlı bir kitabı mütaliə üçün götürən dostlarımızdan onu sənə qaytaran zaman necə “oxuduğunu” o dəqiqə bilmək olurdu. Çünki oxumağı, müəyyən yenilikləri öyrənməyi özü üçün əziyyət hesab edənlər heç səhifələri də korlamırdılar. Ancaq heç bir halda oxumaq həvəsi və oxuduqlarından aldığın mütaliə ləzzəti səni tərk etmirdi. Çünki o zamanlar cəmiyyətin ehtiyacı indiki kimi çox deyildi. Bir tərəfində gündüz, digər tərəfində isə gecə olan dünyada baş verən milyonlarla hadisəni, məlumatı, yalanı, doğrunu indiki kimi bir ovuca sığdırmaq mümkünsüz idi. Heç indiki kimi hər kəsin şəxsi poçt qutusu da yox idi. Hamının bir poçtu var idi. Kənd yerlərində, demək olar ki, hər kəs günün bəlli saatlarında həmin poçta gələr, növbə ilə abunə yazıldığı qəzet-jurnallardan alardı. Şəhər yerlərində isə bu işi poçtalyonlar görərdi. Məhz elə həmin zaman kənd mərkəzlərindəki mənzərəyə baxsaydın, ikibir, üçbir – nə qədər insanın qəzet­-jurnal oxuduğunun şahidi olardın. Yaşlılar və ya oxuya bilməyənlər isə digərlərini maraqla dinləməyə çalışardılar. Ən azından mövzunun ümumi məğzindən xəbər tutardılar. Mənim də oraya yolum tez-tez düşərdi.

Ardını oxu...

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Ardını oxu...

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni irsi toplayır, öyrənir və mühafizə edir. Bununla da əhalinin mədəni şüur səviyyəsinin yüksəlməsinə, cəmiyyətin mənəvi inkişafına, bütövlükdə, dövlətin tərəqqisinə çalışırlar. Muzeylərin yaranma tarixinin eramızdan əvvələ təsadüf etdiyini nəzərə alsaq, belə mədəniyyət müəssisələrinin inkişaf yolunu da göz önünə gətirmiş olarıq.

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyində realist fırça ustasının anadan olmasının 128-ci ildönümünə həsr olunmuş “Nuh torpağının rəssamı” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş görkəmli sənətkarın çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığına nəzər salıb, böyük rəssamın irsinə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Ardını oxu...

Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “20 Yanvar faciəsindən 30 il ötür” adlı rəsm sərgisi açılıb.
Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Faciənin 30 illiyi ilə bağlı təşkil olunan növbəti sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir.

Ardını oxu...

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “İmadəddin Nəsimi dili və üslubu” monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, əsərdə mənbə kimi Nəsiminin türk “Divan”ının materiallarından istifadə edilib. Akademik Nizami Cəfərov və professor Nizami Xudiyevin redaktorluğu ilə çap olunan kitab klassik Azərbaycan ədəbiyyatına maraq göstərənlər, filoloq-tələbələr, Azərbaycan ədəbi dilinin tarixini araşdıran mütəxəssislər, ali və orta məktəb müəllimləri üçün ilk elmi mənbə kimi faydalı ola bilər.

Ardını oxu...

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Namizədlərin seçilməsi üçün kvalifikasiya tələbləri meyarlarından istifadə edilərək modifikasiya olunmuş qeyri-səlis TOPSIS + TFNs modeli” adlı məqalə “Soft Computing” jurnalında dərc olunub.

Ardını oxu...

Mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə seçilən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması, məqsədyönlü islahatların reallaşdırılması, dövlət proqramlarının, mühüm infrastruktur layihələrinin, inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin uğurla həyata keçirilməsi davamlı yüksəlişi təmin edib. Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkan kimi şöhrət qazanan Naxçıvanda bu gün ideya və dəyərlər sisteminin formalaşmasına əsaslı təsir göstərən milli və mənəvi dəyərlərimiz yaşadılır, təbliğ olunur. Bu, Azərbaycanın dövlətçilik ənənələrinin saxlanc yeri olan Nuh yurdunun həm də qədim sivilizasiyanın beşiyi və tarixən İslam mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olması, müsəlman intibahının yaranmasında önəmli rol oynaması ilə əlaqədardır.

İslami dəyərlərə böyük hörmətin nümunəsi

Bu mənada dekabrın 4-də İslamın qədim mərkəzlərindən biri olan və İslam dininin olduğu kimi qorunub yaşadıldığı müqəddəs diyarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin qeyd olunması mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvanın  özü qədər qədim olan mətbəxi özünəməxsus xüsusiyyətlərinə görə çox fərqli və  zəngindir. Xalqımız yaşam tərzini uzun illərin təcrübəsinə, təbii-coğrafi şəraitə uyğun olaraq qurub. Yaşlı nəsillər bu məsələdə üç əsas amilə – qış ərzaq ehtiyatına, geyim və yanacaq amillərinə xüsusi önəm veriblər. Təbii ki, bu sırada ən mühümü  ərzaq ehtiyatıdır.  Bunlar içərisində başlıca yeri un və heyvandarlıq məhsulları tutur. 

Ardını oxu...

Dünən Cəmşid Naxçıvanski Muzeyində “2020-ci ildə muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda seminar-treninq keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondu” kitabı nəşr olunub.
Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabda əlyazmaların toplanılması, sistemləşdirilməsi, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşri və təbliği istiqamətində görülən işlər ətraflı şəkildə işıqlandırılıb.
Həmçinin fondda Azərbaycan, türk, fars, ərəb və rus dillərində mövcud olan tarix, dilçilik, ədəbiyyatşünaslıq, məntiq, fəlsəfə, riyaziyyat, astronomiya, tibb, coğrafiya və digər sahələrə aid qədim əlyazma və çap kitabları üzərində aparılan tədqiqat işləri, o cümlədən elmi əməkdaşlar haqqında bioqrafik məlumatlar nəşrdə verilib.
Naxçıvanla bağlı bir sıra nadir sənət nümunələrini, mədəniyyətimizin və tariximizin qaranlıq səhifələrini üzə çıxarıb təbliğ edən fondun 15 illik fəaliyyəti ilə bağlı oxucularda dolğun təsəvvür yaratmaq üçün kitabın sonuna fotoşəkillər də əlavə edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi


XX əsr Azərbaycanda aktyorluq sənətinin intibah dövrü kimi yaddaşlarda qalıb. Milli teatr sənətimizin inkişafı aktyorluq məktəbinin formalaşmasına da güclü təsir göstərib. Bu gün həmin sənəti yaradan və yaşadan insanları hörmətlə yad edirik. Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Hökümə Qurbanova, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və adını çəkmədiyimiz onlarla sənətkar təkcə teatrımızın deyil, kino sənətimizin də inkişafında mühüm xidmətlər göstəriblər. Ötən əsrin 30-cu illərindən sənətə gələn və ömrünün 60 ildən çoxunu teatr və kinomuzun tərəqqisinə həsr edən Leyla Bədirbəylinin də sənət salnaməmizdə öz yeri, öz mövqeyi var. Bir məqamı xüsusilə qeyd edim ki, Leyla xanım sənətə elə bir vaxtda gəlmişdir ki, o illərdə qadınlarn bu sənətə yiyələnməsi o qədər də rəğbətlə qarşılanmırdı. Amma sənətə vurğunluğu onu bu yoldan ayrılmağa qoymur, çətin və şərəfli yolda böyük sənətin zirvələrinə ucala bilir. Yüksək istedadı, gözəl görkəmi və bacarığı ona böyük uğurlar qazandırır.

Ardını oxu...

Qədim Naxçıvanın ərazisində yayılmış yallılar müxtəlif adlarla tanınır və onların hər birinin adı hər hansı hadisə, rəvayət və əfsanələrlə əlaqəlidir. Məsələn, “Üçpəncə”, “Turacı” və sair kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülüb.

Ardını oxu...

   

 

 

 

 

 

Milli və bütövlükdə, Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə qarşıladı. Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət  “Teleskop” pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı.

Ardını oxu...

Artıq 2019-cu ilin sonundayıq. Bu il də muxtar respublikamızda müxtəlif sahələrdə çalışan və fəaliyyətləri ilə seçilən insanların əməyi yüksək qiymətləndirildi. Biz də onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq.
Bacarığı, işgüzarlığı ilə seçilən “Zümrüd” Tikiş, “Zümrüd” Geyim Məhdud Məsuliyyətli cəmiyyətlərinin direktoru Mehrəngiz Əkbərova bu ili öz zəhməti, əzmi ilə uğurla başa vuran sahibkar qadınlarımızdandır.

Ardını oxu...

Hər bir ölkənin müstəqilliyi vətəndaşlarının milli birliyi və həmrəyliyinin təcəssümü nəticəsində mümkündür. Çünki milli birlik olmadan, ümumi vətəndaş mövqeyi ortaya qoyulmadan bir dövlətin müstəqilliyini əldə etmək və qorumaq olmaz. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün hər zaman liderlərə ehtiyac duyulub. O liderlər ki böyük ideyaları, yorulmaz fəaliyyətləri ilə xalqa yumruq kimi birləşməyin, bir amal uğrunda mübarizə aparmağın yolunu göstərmişlər. 

Ardını oxu...

Son dövrlər dünya iqtisadiyyatı üçün aktuallıq kəsb edən anlayışlardan biri və ya daha qabarıq şəkildə desək, birincisi, məhz ailə təsərrüfatlarıdır. Bu anlayışı qlobal miqyasda aktual edən səbəb isə çoxdur. Bunlara sürətli templə artan əhali sayını, buna uyğun olaraq artan tələbatı, tələbatı ödəmək üçün artan dövlət xərclərini, resursların məhdudluğunu və bir çox nümunələri göstərmək olar.
Bu baxımdan ailə təsərrüfatları bir çox dünya ölkələri üçün iqtisadi və sosial problemlərin həlli istiqamətində əhəmiyyətli çəkiyə malikdir.

Ardını oxu...

Deyirlər, əsl mahnıların zamanı  olmur, o doğulur və yaşayır. Aid olduğu xalqın ruhuna hopub dilinin əzbərinə çevrilir. İlk  səngər mahnımız “İgid əsgər möhkəm dayan” qələbəyə səsləyişin himni, zəfər inamlı misralardı. Bu ölümsüz nəğmə vətənimizin ən dar zamanlarında döyüşə yolladığı əsgərinə ünvanladığı ana nəsihəti, ata öyüdüdür. Azadlığın şərbətin  içmiş vətən oğlu bu sözlərdən, sətirlərdən  qüvvət aldı. Xalqımız yumruq olub bu mahnının sözlərini təkrarladı: “İgid əsgər, möhkəm dayan”.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 2019-cu ildə institut tələbələrinin ölkə və muxtar respublika miqyaslı müxtəlif yarış və müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgiyə, Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əl işlərinə baxıblar.

Ardını oxu...

“Naxçıvan” Universitetinin elmi kitabxanasında dosent Ceyhun Mahmudovun və iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimat mərasimi keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının hesabat konserti keçirilib.

Universitetin rektoru Elbrus İsayev hesabat  konsertinin istedadlı tələbələrin yaradıcılığının  inkişafında artan rolundan danışıb. Rektor  müəllim və tələbələri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Babək Rayon Mədəniyyət sarayının səhnəsində C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşasını oynayıb. 

Ardını oxu...

Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən noyabr ayında konsert proqramları təşkil edilmiş, sərgilər nümayiş olunmuş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmişdir.

Ötən ay “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri olmuş, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə təşkil edilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır. Artıq ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilmiş, bu mədəniyyət müəssisələrinə 135 yeni eksponat daxil olmuş, muxtar respublika muzeylərini 63 min 504 tamaşaçı ziyarət etmişdir. Onlardan 12 min 90-ı əcnəbi vətəndaş olmuşdur.

Ardını oxu...

Dekabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində konsert təşkil olunub.

Ardını oxu...

Məlum olduğu kimi 2018-ci ildə “Yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixdə Şərur yallıları haqqında imzaladığı sərənəcam isə yallılarımızın tədqiqi, təbliği və qorunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Sərəncamın icrası çərçivəsində Naxçıvan televiziyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qədim xalq rəqsimiz olan Yallı barəsində yeni film hazırlayıb.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

Həmin videomaterialı təqdim edirik:


 

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqənin yekun tədbiri olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Latviyada Azərbaycan və rus dillərində nəşr olunan kitab milli ədəbiyyatımızın, söz sənətimizin dünyada təbliğ edilməsi baxımından ­əhəmiyyətlidir.
Qeyd olunub ki, aktual bir mövzuya həsr edilən nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına ətraflı nəzər salıb, onun romanlarındakı Avropa mühitinin əksinin, habelə Şərq və Qərbin müqayisəsinin elmi-nəzəri təhlilini aparıb. Gənc tədqiqatçı monoqrafiyada bu ədəbi əsərlərdəki Şərq-Qərb dialoqunu, Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsini yığcam şəkildə işıqlandırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin “Məmməd Səid Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış” mövzusunda məruzəsi dinlənilib.
Sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.
Sonda yeni nəşrin müəllifi Nərgiz İsmayılova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib. Gün ərzində festivala dünyanın bir çox ölkələrindən gələn diaspora nümayəndələri öz milli mətbəxlərinin nümunələrini tədbir iştirakçılarına təqdim ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist, yaxın dostum Hüseyn Əsgərov çapdan yeni çıxmış “Mirzə Cəlilin satira desantları Naxçıvanda” kitabını mənə təqdim edəndə ilk ağlıma gələn o oldu ki, əvvəlki kitablarında gördüyüm kimi, bu yeni nəşrdə də ona məxsus olan qeyri-adi (daha dəqiq desək, təbii) yanaşmalarla rastlaşacağam və belə də oldu. Yəni müəllifin, bütövlükdə, Mirzə Cəlil və Mirzə Cəlil yaradıcılığına baxışlarındakı müəyyən məqamları kitabda görməyimə əmin idim və gördüm.  

Öncə onu vurğulayım ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş “Molla Nəsrəddin” jurnalının yeni nəşrinin 8-ci cildində Naxçıvan mövzusu özünə geniş yer tapıb. Hüseyn Əsgərovun qələmə aldığı yeni nəşr də onun bu cilddən aldığı təəssüratlara bir vətəndaş, bir ziyalı baxışının ifadəsidir və kitabın çapa hazırlanması onun dahi mütəfəkkirin 150 illik yubileyinə böyük töhfəsi kimi dəyərləndirilməlidir. Bir məsələni də diqqətə çatdırım ki, bütün yaradıcılığı boyu Hüseyn müəllim bu böyük yazıçı haqqında onlarla dəyərli yazı ərsəyə gətirib, həmin yazılar müxtəlif mətbuat orqanlarında işıq üzü görüb. Bununla da Mirzə Cəlil dünyasının açılmayan qatları ilə mirzəcəlilsevərlər tanış olmaq imkanı qazanıblar. Həmin yazıların təməlindən bir qırmızı xətt keçir: Böyük ustadın yaradıcılıq dünyası əbədiyaşardır, bu gün üçün də aktualdır, sabah üçün də. Bu əbədiyaşarlığı Mirzə Cəlilə qazandıran isə onun əsərlərindəki Vətən, millət, dil yanğısıdır. Və bu yanğı dünyasının coğrafiyası da, təəssüf ki, genişdir. Onu da deyim ki, həmin yazılar mirzəcəlilsevərlər tərəfindən yüksək qarşılanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Cəlil Məmmədquluzadə irsi Hüseyn Əsgərovun təkcə stolüstü kitabı yox, onun mənəvi silahdaşıdır.

Ardını oxu...

Buludları gözü yaşlı qoyma, gəl,
Bağ-bağçanın camalına qıyma, gəl,
Nə tufana, nə küləyə uyma, gəl –
Könülləri fəğan etmə, payızım!
Gəl dərdləşək, küsüb getmə, payızım!

Ardını oxu...

Xalqımızın qədim tarixi ilə bağlı olan, əsrlər keçdikcə cilalanaraq müasirliyə qovuşan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvanda qədimdən formalaşıb, inkişaf edib. Elə buna görə də diyarımızda  folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının görkəmli nümayəndələri olub. Naxçıvan aşıq mühiti keçən əsrlər ərzində söz və saz yaradıcılığı sahəsində özünəməxsusluq qazanaraq aşıq sənətinə qiymətli töhfələr verib. Bu yazıda sizə zəmanəsinin məşhur aşıqlarından olan, Azərbaycan şairi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi Sərraf Qasım haqqında danışacağıq. Şahbuz aşıq mühitinin bu görkəmli nümayəndəsi uzun illər ərzində saz həvəskarlarına aşıq-saz sənətinin sirlərini öyrədib. Bu gün də Naxçıvan aşıq mühitində fəaliyyət göstərən söz ustadlarının bir çoxu onun yetirmələridir. Onlar muxtar respublikamızda keçirilən xalq mərasimlərində, dövlət tədbirlərində, eləcə də xaricdə qədim diyarımızın folklor-musiqi mədəniyyətini layiqincə təmsil edirlər.  

Ardını oxu...

Dünən Babək Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında görkəmli dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı rayon sakinlərinə təqdim edib.

Ardını oxu...


Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir.

Ardını oxu...

Müasir Naxçıvan, sözün əsl mənasında, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün muxtar respublikada hansı sahəyə baxsaq, geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarıq. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların 30 ilə yaxındır davam edən blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanda əldə edilən bu nailiyyətlər düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublika Bədii yaradıcılıq baxış-müsabiqəsində iştirak edən muxtar respublika təmsilçisi Sənan Salmanov uğurla çıxış edərək müsabiqədə II yerə layiq görülüb.

Ardını oxu...

 

Siyavuş Novruzov,
YAP İcra katibinin müavini,
Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğdu

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı­nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı nəşr edilib.

Ardını oxu...

Tarixin yadigarları onu yaradan, yazan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdəndir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda qədim diyarımızın zəngin tarixinin, mədəniyyətinin çoxşaxəli inkişaf yolunu əks etdirən onlarla belə mədəniyyət müəssisəsi var. Onlardan biri də Şərur Rayon Tarix-­Diyarşünaslıq Muzeyidir.

Ardını oxu...


Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin bir qrup şagirdinin ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

Ardını oxu...

Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Heç də təsadüfi deyil ki, mədəniyyət tariximizi araşdıranlar tədqiqatlar zamanı bölgədə musiqi alətlərinin yaranması ilə bağlı elmi faktları da əsas götürürlər. Çünki musiqi o zaman kütləvi xarakter alaraq xalqın mədəniyyətinə hopur ki, onu ifa edəcək musiqi alətləri yaradılır. Aparılan arxeoloji qazıntılar zamanı ən qədim maddi mədəniyyət nümunələri sırasında musiqi alətlərinə də rast gəlirik.

Ardını oxu...

Dünən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində dahi şair və dramaturqun anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Hüseyn Cavidin məqbərəsi ziyarət edilib.
Muzeydə davam edən tədbiri giriş sözü ilə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açaraq böyük Azərbaycan şairinin həyat və yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından danışıb.
Bildirilib ki, məhz görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib, cənazəsi Uzaq Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağına tapşırılıb. Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələri ucaldılıb, xatirə muzeyləri yaradılıb.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Azərbaycan ədəbiyyatında repressiya dövrü”, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov “Əbədiyaşar Cavid”, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin bələdçisi Sona Mirzəyeva “Vətənə qayıdış” mövzularında çıxış ediblər.
Tədbirin sonunda görkəmli şairin şeirləri bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

 Güntac ŞAHMƏMMƏDLİ

Çexiyada çıxan "Здраводайстви" nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin yazısı dərc olunub. Yazıda Azərbaycan xalqının ən məşhur kulinariya şedevrlərindən biri – dolma təqdim olunub.

Ardını oxu...

Qədim Naxçıvan Gəmiqaya rəsmləri, arxeoloji nümunələri ilə yanaşı, özündə tariximizi əks etdirən toponimik sistemi ilə də diqqəti cəlb edir. Coğrafiyamızı, dilimizi yaşadan ən qədim məkan olan bu diyarda bu gün as, alban, sak, kəngərli, oğuz, uz, bus, hun, bulqar, xəzər və digər tayfa və tayfa birləşmələrinin izlərinə rast gəlirik. Naxçıvanın tarixini dərindən öyrənmək üçün milli yaddaşımızın daşıyıcısı olan “Kitabi-Dədə Qorqud” dastanından tutmuş “Naxçıvan Abidələri Ensiklopediyası”na qədər, həmçinin rus dilində çap olunmuş elmi-tədqiqat əsərlərini araşdırmaq, ümumiyyətlə, bu torpağı qarış-qarış gəzmək, ömrünü-gününü dağlarda keçirən çobanlarla söhbət etmək, təbiəti sevən yaşlı insanlarla ünsiyyət qurmaq əhəmiyyətlidir və bunlarsız fikir söyləmək çətin olardı.

Ardını oxu...

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.

Ardını oxu...

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR