22 Dekabr 2024, Bazar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyevin, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Namizədlərin seçilməsi üçün kvalifikasiya tələbləri meyarlarından istifadə edilərək modifikasiya olunmuş qeyri-səlis TOPSIS + TFNs modeli” adlı məqalə “Soft Computing” jurnalında dərc olunub.

 İnstitutdan NUHÇIXAN-a bildirilib ki, tədqiqat işində seçki prosesində namizədlərin seçilməsi üçün nəzərə alınmalı olan amillər araşdırılır. Namizədlərin seçilməsi meyarları kimi demokratik prinsiplərin qəbul edilməsi, yaş, təhsil səviyyəsi, dövlət işlərində təcrübəsi və səriştəsi, seçki bölgəsində nüfuzu, qlobal mədəniyyətə və dəyərlərə münasibəti, liderlik qabiliyyəti, sosial mediada aktivliyi və s. qəbul edilə bilər. Məqalədə namizədin seçilməsi üçün çoxmeyarlı qiymətləndirmə yanaşmasından istifadə edilir. Çünki qloballaşma prosesi təkcə texnoloji, iqtisadi deyil, həm də ictimai, siyasi və mədəni sahələrə ciddi təsir göstərməkdədir. Ölkələr müxtəlif rejimlər, dövlət formaları ilə idarə olunur. Bu baxımdan fərqli rejimlərin və hökumətlərin fəaliyyət göstərməsi üçün ixtisaslı, səriştəli kadrlara ehtiyac var.

Qeyd edək ki, “Soft Computing” jurnalı “Web of Science”, “DBLP”, “Compendex”, “Computer Scienc e Index”, “Current Abstracts”, “Current Contents”, “EBSCO host”, “Google Scholar”, “SCOPUS”, “INSPEC”, “IngentConnect”, “MetaPress”, “Springerlink”, “OCLC” beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR