Dünən Babək Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında görkəmli dramaturq, nasir, maarif xadimi Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı rayon sakinlərinə təqdim edib.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, muxtar respublikanın tanınmış kollektivlərindəndir. Bu il teatrın yaradılmasının 10 illiyi qeyd edilib. Xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Görkəmli dramaturq Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyasının mövzusu bütün dövrlər üçün aktual olan tamahkarlıq və xəsislikdir. Əsərin baş qəhrəmanı Hacı Murad pula görə hər cür riyakarlığa hazırdır. Teatr kollektivinin bu tamaşanı səhnələşdirməkdə məqsədi hələ də rast gəlinən belə insanları islah etməkdir.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, musiqi tərtibatçısı isə Fətəli Axundzadədir.
Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti