22 Dekabr 2024, Bazar

Dünən Cəmşid Naxçıvanski Muzeyində “2020-ci ildə muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda seminar-treninq keçirilib.

Tədbirdə nazirliyin baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, muxtar respublikada fəaliyyət göstərən müxtəlif profilli muzeylər bu gün dövlətin göstərdiyi hərtərəfli qayğı ilə əhatə olunur, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu səbəbdən muzey əməkdaşları öz işlərini düzgün qurmağı bacarmalı, qonaqlarına yüksək səviyyədə xidmət göstərməlidir.
Qeyd olunub ki, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.
Tədbirdə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev muzeydə mədəni-kütləvi tədbirlərin təşkili istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Sonra həmin muzeyin əməkdaşı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova çıxış edərək bildirib ki, mədəni-kütləvi tədbirlərin keçirilməsi həm muzey əməkdaşlarının peşə biliklərinin artırılmasına, həm də tədbir iştirakçılarının dünyagörüşünün inkişafına xüsusi təsir göstərir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, muzey əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Tədbir muzey ekspozisiyasına baxışla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR