22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin elmi kitabxanasında dosent Ceyhun Mahmudovun və iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq qeyd edib ki, universitetin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə nəşr olunmuş kitab dərs vəsaiti kimi müvafiq ixtisasların tələbələri üçün qiymətli elmi mənbədir.
Sonra universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin, dosent Mehdi Bağırovun və İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın kitab haqqında fikirləri dinlənilib. Bildirilib ki, dərs vəsaitində bazar iqtisadiyyatının tələbləri nəzərə alınaraq ölkəmizdəki proqnozlaşdırma proseslərinə bir çox cəhətdən yeni elmi tərzdə yanaşılıb. Proqnozlaşdırmanın əsas forma və metodları milli iqtisadiyyat, regional və ən vacib sahələr səviyyəsində nəzərdən keçirilib. Yeni nəşr Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması fənninin mənimsənilməsi üçün əlavə bir mənbə kimi hazırlanıb.
Sonda müəlliflər çıxış edərək dərs vəsaitinin dərc olunmasına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.


Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR