21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi pandemiya dövründə xüsusi qaydalara ciddi riayət etməklə sentyabr ayında da onlayn tədbirlərin keçirilməsini davam etdirmişdir.
Milli Musiqi Günü münasibətilə Aşıqlar Birliyi üzvlərinin onlayn, Naxçıvan Dövlәt Filarmoniyasının canlı konsertləri, Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının onlayn әdәbi-bәdii kompozisiyası və Xatirə Muzeyinə onlayn ekskursiya sentyabr ayının maraqla izlənən tədbirlərindən olmuşdur. Bütün tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, həmçinin Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Ardını oxu...

Oktyabrın 15-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə  təhsil alan tələbələri üçün açıq dərs keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hüseyn Cavid poeziyasının işığında” adlı açıq dərsi giriş sözü ilə Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. O, Naxçıvan Muxtar Respublikasında təhsil siyasətinin çox uğurla həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini də əhatə edir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli, “Oxunması zəruri olan kitabların Siyahısının təsdiq edilməsi haqqında” 2017-ci il 28 avqust tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli  sərəncamları və təsdiq edilmiş dövlət proqramları  təhsil sahəsinə diqqət və qayğının davamlı olduğunu göstərir və bu proqramların icrası ilə yüksək bilikli gəncliyin, bacarıqlı kadrların hazırlanması hədəflənir.

Ardını oxu...

   

Muxtar respublikamızda aparılan abadlıq, quruculuq işləri artıq ənənə halına çevrilib. Az qala hər keçən gün müasirləşən kəndlərimizin sırasına daha biri əlavə olunur. Bu dəfə Culfa rayonunun Camaldın kəndinə üz tuturuq. Kəndə girən kimi yeni kənd mərkəzinin binası öz füsunkar görünüşü ilə diqqətimizi çəkir. Yaxınlaşıb inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Nəcəfovla həmsöhbət oluruq. Öyrənirik ki, ərazisi 35,93 kvadratkilometr olan Camaldın kəndində 1772 sakin yaşayır. 387 təsərrüfatda birləşən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.  Torpaq-iqlim şəraitinə uyğun olaraq əkinçilikdə, əsasən, taxılçılığa və bostan məhsullarına üstünlük verilir.   

Müsahibimlə söhbət zamanı mərkəzin binasına kommunal ödəniş etmək üçün üz tutan 88 yaşlı Yaqub baba ilə tanış oluruq. O deyir ki, Camaldın kəndi indi özünün ən gözəl günlərini yaşayır. Dövlətimiz tərəfindən burada böyük işlər görülüb. Əvvəllər, sadəcə, 47 ailənin yaşadığı bu kənddə artıq 300-ə yaxın mənzil var. Aparılan quruculuq işləri nəticəsində kəndimiz indi kiçik bir şəhər mərkəzini xatırladır. Bir vaxtlar uzaqda yaşayan yaxınlarımıza bağlama göndərmək və yaxud kommunal xərclərimizi ödəmək üçün kəndimizlə 3 kilometr məsafədə yerləşən Ərəzin kəndinə üz tuturduq. İndi isə evimizin içində, beş addımlığımızda inşa olunan mərkəzdə bizə poçt-rabitə xidməti göstərilir. Əvvəllər gələn qonağa adicə bir stəkan çay hazırlamaq üçün ocaq qurardıq. İndi isə hər birimizin evində mavi yanacaqdan istifadə edirik.

Ardını oxu...

Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 87 il ötür 

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

Ardını oxu...

Oktyabr ayının 13-də Xatirə Muzeyində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyüməkdə olan nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsində muzeylərin rolu” mövzusunda seminar keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. O, qeyd edib ki, inkişaf perspektivlərini təyin edən və onun həyata keçirilməsində böyük rola malik olan bir çox vacib amillər mövcuddur ki, onlar həyatımızın ayrılmaz tərkib hissəsi, həyat meyarıdır. Bunların arasında yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həmişə cəmiyyətimizin diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri hesab edilir. Bu gün ölkəmizdə böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.

Ardını oxu...

 


Vətənpərvərlik məfkurəsi

Vətənpərvərlik insan şəxsiyyətini və təxəyyülünü formalaşdıran, doğma torpağa, ana dilinə, mənəvi dəyərlərə olan sevginin açıq təzahürüdür. Bu hisslər xalqın nəsildən-nəslə valideyn tərbiyəsi ilə ötürülən mədəniyyət və mənəviyyat arxetipləri ilə uzlaşır, milli şüurun əsas xüsusiyyətləri yazıçı və şairlərin, bəstəkarların, rəssamların yaradıcılıqlarında əks olunur. Xalqımızdakı vətənpərvərlik ruhu və yüksək ləyaqət təkcə ölkəmizin bugünkü siyasi həyatının hakim xüsusiyyətinə çevrilməyib, eyni zamanda hər bir ailənin, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatı ilə üzvi şəkildə əlaqəlidir. Ölkəmizin igid müdafiəçi oğullarına hamımız hörmət edir, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda həlak olan qəhrəmanlarla fəxr duyuruq. Bu cür sivil, ümummilli vətənpərvərliyi özlərini ümumi nəsil irsinin varisi kimi qəbul edənlərin hamısının həmrəyliyi olmadan təsəvvür etmək də mümkün deyildir.

Ardını oxu...

Xalqımız hər zaman gənc nəslin Vətənə məhəbbət, el-obasına hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına diqqət göstərib və ona ən vacib məsələ kimi baxıb. Çünki Vətən naminə çalışmaq, onu qorumağa hər an hazır olmaq, bu yolda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək təbiidir. Ona görə də bu gün hüquqi, demokratik dövlət quruculuğunun sürətlə inkişaf etdiyi ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi prioritet vəzifələrdən birinə çevrilib. Bu istiqamətdə ümumtəhsil məktəblərimizdə həyata keçirilən tədbirlər mühüm rol oynayır. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Gənclərdə hərbi-vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə keçilən açıq dərs də belə tədbirlərin davamı olub. Dərsin keçilməsində qarşıya qoyulan məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin təkcə savadlı, intellektli gənclər kimi deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər kimi yetişdirilməsinə nail olmaqdır.

Ardını oxu...

Ta əzəldən payız bəşər övladının əziz tutduğu fəsil olub. Elimizdə toy-mağarlar ən çox bu fəsildə qurulub, qış tədarükləri edilib, məhsul bayramları  keçirilib. “Cücəni payızda sayarlar” zərb-məsəli təsadüfən deyilməyib ki? Çünki payız məhsulun yığım dövrüdür. Nemətləri ilə canımıza güc-qüvvət verir. Adı “Qurani-Kərim”də  keçən cənnət meyvələrinin də çoxu bu fəsildə yetişir. Bu meyvələrin xoş ətri payıza behişt rayihəsi qatır sanki...

Payız həm də fəsil aralığıdır. Nə istidən şikayətlənirik, nə də soyuqdan. Mülayimliyi ilə ruhumuzu sığallayan payız, sanki bizi yavaş-yavaş qışın sərt sazağına hazırlayır.

Ardını oxu...

Qarabağın tarixini, mədəni irs nümunələrini təbliğ etmək məqsədilə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Qarabağ haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Qarabağın tarixini, Qarabağ həqiqətlərini əks etdirən kitablar, məqalələr, mədəni irs nümunələri, görkəmli şəxsiyyətləri haqqında materiallar təqdim olunur.Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_Azerbaycandir/index.htm linkindən istifadə edə bilər.

İnanırıq ki, Qarabağımız tezliklə işğaldan tam azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.

 

 

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası nəşr olunub.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı “Ön söz”dən, “Giriş”, 2 fəsil, “Nəticə” və ədəbiyyat siyahısından ibarətdir.

Ardını oxu...

 

Azərbaycan Turizm Bürosu beynəlxalq turizm tərəfdaşlarına Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzü və Dağlıq Qarabağ konflikti ilə bağlı məlumat xarakterli müraciət ünvanlayıb.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, müraciət cəbhə xəttində əks-hücum əməliyyatları keçirildiyi müddətdə xarici tərəfdaşların düzgün məlumatlandırılması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması məqsədini daşıyır.

Müraciətdə qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzunmüddətli münaqişələrindən biri olaraq 30 ildən çoxdur davam edir. 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları və etnik təmizləmə siyasəti ilə başlayan münaqişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələndi.

İşğal nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı öz doğma evlərini tərk etmək məcburiyyətində qalaraq məcburi köçkün və qaçqına çevrildi, minlərlə insan öldürüldü, yaralandı, şikəst oldu.

Ardını oxu...

30 ilədək yol gözləyən yurd yerlərimizdən biri idi Suqovuşan. Bədnam ermənilər tərəfindən adı dəyişdirilib Madagiz qoyulan Suqovuşan. Bol günəşli, oksigenli, sulu, yaşıl düzlü-çəmənli, bərəkətli torpaqlı, coğrafi üstünlüklərə malik  Suqovuşan. Bu yurdun yurddaşları da səpələnmişdilər Azərbaycanın ayrı-ayrı bölgələrinə. Cənnətməkan ata-baba ocaqlarına həsrət qalmışdılar. Torpaqlarının ətrini əsən küləklərdən alırdılar. Bu küləklər gətirirdimi o ətri?.. Xeyr, gətirmirdi. 30 ilədək zaman fasiləsindən sonra biz o küləklərə doğru getməli olduq. Getdik və bu yurd yerimiz yazmağa başladığımız şanlı “Qarabağ” dastanının “Suqovuşan” adlı boyu oldu. İndi o boydan danışaq bir az...


Madagiz tarixi adına qovuşdu, Suqovuşan oldu

Oktyabrın 3-də ordumuzun Suqovuşanla bağlı qələbə xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Dövlətimizin başçısı dərhal Madagizin tarixi adını bərpa etdi. Madagiz “Suqovuşan” adlandırıldı. Ali Baş Komandan 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik etdi.

Ardını oxu...

“Naxçıvan” Universitetinin kollektivi  muzey günləri çərçivəsində  görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyini ziyarət edib.  Muzeyin bələdçisi tərəfindən muzey  haqqında  universitet əməkdaşlarına məlumat verilib.

Ardını oxu...

Doğma Vətənim Azərbaycan! Dünyaya göz açdığım, havası ilə nəfəs aldığım, suyunu içib, çörəyini yediyim müqəddəs torpaq! Məni qoruyan, qayğı göstərən əziz anam! Bu gün bütün övladlarının ürəyi səninlə, köksündən vəhşicəsinə alınıb zorla qoparılmış Qarabağımızla döyünür. 30 ilə yaxındır ki, silinməz yaralar bağlayan qəlbimiz qələbə müjdəsinin sorağı ilə yenidən həyat tapır, haqqın, ədalətin bərpasını gözləyir. Zəfər bayrağımızın Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə – doğma torpaqlarımızda dalğalanacağı o gün yaxınlaşır. Müstəqilliyimiz, azadlığımız uğrunda şəhid olan minlərlə Vətən övladlarının qisasının alınacağı, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qayıdacaqları günə inanırıq. Məhz bu gün igid, vətənpərvər oğullarımız torpaqlarımızın bütövlüyü uğrunda qorxmadan, cəsarətlə düşmənlə vuruşaraq zəfər çalır. Azərbaycanın haqq işində Prezidentimizin ətrafında bir yumruq kimi birləşən belə qəhrəman, cəsur xalqın övladı olmaqdan hər bir azərbaycanlı qürur duyur. 

Bu gün bütün naxçıvanlılar da Ali Baş Komandanımıza, Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna, onun gücünə, qüdrətinə inanır və hər an düşmənlə döyüşə hazırdır. Bunu həmsöhbət olduğumuz Qarabağ müharibəsində, Sədərək uğrunda döyüşlərdə iştirak edən müharibə veteranlarımızın Vətən sevgisi, döyüş ruhu, qələbə inancı da təsdiqləyir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Elmi kitabxanasında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq “Oxunması zəruri olan kitablar” haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb, keçirilən tədbirin məqsəd və mahiyyətini qeyd edərək kitab haqqında ümumi məlumat verib.

Ardını oxu...

Vətən nədir?

Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən qanla yoğurulan torpaqdır. Vətən mənəviyyat, namusdur, Vətən and yeri, qibləgahdır, Vətən anadır, isti qucaqdır. Vətən azadlıqdır, Vətən ulularımızın əmanəti, əcdadlarımızın uyuduğu müqəddəs mirasdır. Vətən, düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür. Vətən – bütöv Azərbaycandır! Azərbaycan dedikdə böyük bir düha, yenilməz bir ordu canlanır göz önündə! Azərbaycan dedikdə mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalq anılır. Azərbaycan dedikdə ucsuz-bucaqsız bərəkətli torpaqlarında yağıların göz dikdiyi sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır!
Bəs kimindir bu Vətən?
Yağıdan haqq-hesab soranların, döyüş meydanında ərtək savaşanlarındır, Allah dərgahına ərənlərin, şəhadətə yüksələnlərindir. Köksünü Vətənə sipər çəkənlərindir, təmənnasız ona xidmət edənlərindir, bir ovuc torpağı canından əziz tutanlarındır.
İnsan qəlbinin ənginliklərində daim bir sevgi nəğməsi oxunur. Bu nəğmə, Vətən nəğməsidir. Hələ beşikdə çırpınan balaca körpələrimizin ürkək qəlbləri ancaq bu nəğməni zümzümə edir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da.
Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Vətən dəyişmir, bölünmür, satılmır, köhnəlmir, qocalmır. Vətəndən pay olmur. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. O, əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır!

Ardını oxu...

Dünyada ən möhtəşəm tikililər arasında qalalar, qəsrlər mühüm yer tutur. Çünki bu istehkam qurğuları, sadəcə, tikili deyil, həm də təmsil etdiyi xalqın mübarizə, əzm tarixini və mühəndis-texniki düşüncə tərzini özündə yaşadır. Buna görə də dünyada turistlərin ən çox ziyarət etdiyi yerlər sırasında qədimdən qalan qəsrlər, qalalar üstünlük təşkil edir.

Beşminillik şəhər mədəniyyəti olan qədim Naxçıvan ilk insan yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm abidələri ilə öyünür. Böyük İpək Yolunun üzərində yerləşən qədim Naxçıvan, həmçinin əlverişli şəraiti, strateji coğrafi mövqeyi ilə tarixboyu başqa dövlətlərin diqqətini cəlb edib, diyarımız yadelli hücumlarına məruz qalıb. Azərbaycan tarixinə şanlı qəhrəmanlıq salnamələri yazan xalqımız doğma torpaqlarımızı düşmən hücumundan qoruyub, yaşayış məntəqələrini işğal və dağıntılardan qorumaq üçün müdafiə-istehkam qurğuları – qalalar tikib. Nəticədə, bu qədim diyarda yadelli işğalçılardan qorunmaq üçün Oğlanqala, Qazançı qalası, Çalxanqala, Əlincəqala, Naxçıvanqala kimi möhtəşəm müdafiə istehkamları – qala-şəhərlər meydana gəlib. Bu qalalar möhtəşəmliyi və əzəməti ilə hər daşında, qayasında ulu babalarımızın qəhrəmanlıq, mübarizlik əzmini yaşadır.
Əlincəçay vadisi muxtar respublikanın qədim tarixə malik olan ərazilərindən biridir. Burada hər addımda qədim yaşayış yerlərinə rast gəlirsən. Əlincə, Xanəgah kimi kəndlərimiz tarixin ən qədim dövrlərinə şahidlik edən yaşayış məntəqələridir. Əlincəçay vadisinin qədim yaşayış yerlərindən biri olduğunu sübuta yetirən amillərdən biri də burada qədim qala şəhərlərinin izlərinə rast gəlinməsidir. Naxçıvanın ən qədim müdafiə istehkamlarından biri olan Qazançı qalası da bu ərazidə yerləşən abidələrdən biridir. Əlincəçayın hər iki sahilində qərarlaşan qalanı tarixçilər Kas türkləri ilə bağlayırlar. Aşkar edilmiş arxeoloji materialların təhlili əsasında qeyd olunur ki, Qazançı qalası eradan əvvəl III-I minilliklər ərzində fəaliyyət göstərib. Qalanın ətrafında, həmçinin qədim nekropol yerləşir. 12 hektar ərazini əhatə edən qala bəzi yerlərdə iki və üç cərgə divarla möhkəmləndirilib. 1999-cu ildə burada aparılan araşdırmalar zamanı onun mərkəzi hissəsində Narınqalanın olduğu müəyyən edilib. Yonulmuş iri qaya parçalarından inşa olunmuş divarlardan bəzən bir, bəzən isə iki sıra daş hörgülər dövrümüzədək gəlib çatıb. Narınqalanın bu mühüm istehkam qurğusunun mərkəzi və ən hündür hissəsində yerləşməsi həm qalanı, həm də qalaya yaxınlaşan yolları nəzarətdə saxlamağa imkan verib.

Ardını oxu...

Dünyada xəstəliklərin tüğyan etdiyi, iqtisadi geriləmələrin, tənəzzülün müşahidə olunduğu 2020-ci il də muxtar respublikamız üçün uğurlu, nikbin notlarla davam edir, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttə sadiqliyin, aparılan məqsədyönlü, uzaqgörən siyasətin nəticəsidir ki, bütün sahələrdə dinamik inkişaf prosesləri nəzərə çarpır. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrində yaşayan, firavan həyat naminə çalışan zəhmətkeş insanlar üçün açılan sabah, doğan günəş özü ilə bərəkət, bolluq gətirir. Artıq bu gün qədim, möhtəşəm görünüşlü Naxçıvanqalanın hər qarışı yenə əməksevər naxçıvanlıların alın tərinin bəhrələri, bir-birindən dadlı-tamlı, mənbəyi səfalı guşələrimizin gülü-çiçəyi, şəfalı otları olan arıçılıq məhsulları ilə bəzənəcək. Biz də “Şərq qapısı” qəzetinin əməkdaşları da ənənəmizə uyğun olaraq  bu dəfə də arıçılığın inkişafı, öz nümunəvi fəaliyyəti ilə seçilən təsərrüfat adamları barədə oxucularımıza festival öncəsi məlumat verməyə çalışdıq...

Ulu babalarımızdan miras qalmış arıçılığın muxtar respublikamızda inkişafını xarakterizə etdikdə, xüsusilə Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər diqqəti çəkir. Belə ki, Dövlət proqramının qəbulundan ötən dövr ərzində bu sahə ilə məşğul olan təsərrüfatlara maddi dəstək, eləcə də subsidiyaların verilməsi, Arıçılar İctimai Birliyinin fəaliyyətinin düzgün qurulması, mövcud arı cinslərinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün arıçılara lazımi köməklik göstərilməsi, bu mütərəqqi sahəyə elmi cəhətdən yanaşılması, istiqamətverici nəşrlərin hazırlanması arıçılığa marağı xeyli artırıb. Bütün bunlarla yanaşı, istehsal olunan arıçılıq məhsullarının qablaşdırılması, tanıdılması üçün münbit şəraitin yaradılması, Naxçıvan şəhərində ənənəvi yarmarka və festivalların keçirilməsi də təsərrüfatçıların fəaliyyətini stimullaşdırmaqla müsbət irəliləyişlərə yol açıb. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda 4 mindən artıq təsərrüfatda 100 minə yaxın arı ailəsi bəslənilir. Onlardan 299 arıçı bu gündən etibarən 2 gün ərzində keçiriləcək növbəti “Arıçılıq məhsulları – bal festivalı”na istehsal etdikləri 14 min 115 kiloqram süzmə, 2238 kiloqram isə şan balı, bir-birindən faydalı digər arıçılıq məhsullarını çıxaracaqlar. Həmin təsərrüfatçılardan bir neçəsi ilə əlaqə yaradıb arıçılıqda qazandıqları uğurlar barədə söhbət etdik.

Ardını oxu...

Sentyabrın 25-də görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 138-ci teatr mövsümünü açıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 138-ci mövsümünə başlayan Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, bəşəri və milli məsələləri səhnəyə gətirməklə daim tamaşaçı sevgisi qazanıb.

Ardını oxu...

Muxtar respublikamızda göstərilən dövlət qayğısı sayəsində təhsilin, iqtisadiyyatın, kənd təsərrüfatının bütün sahələrində elmi yanaşmaya, mütərəqqi metodların tətbiqinə üstünlük verilir ki, bu da özünü günbəgün artan inkişafda, tərəqqidə göstərir. 

Yaradılan şəraitin nəticəsidir ki, keçmişdən günümüzədək nəsildən-nəslə ötürülərək gəlib çatan, ulu babalarımızın əsas məşğuliyyət sahələrindən sayılan arıçılıq da müasir dövrün elmi, texniki yeniliklərindən kənarda qalmayıb. Belə ki, Naxçıvanda arıçılığın inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarına, verilən tapşırıqlara uyğun olaraq ötən müddət ərzində bu sahənin problemləri və inkişaf perspektivlərinə həsr olunan beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilib, istiqamətverici nəşrlər hazırlanıb, özünü doğrultmuş fəaliyyət planının mənimsənilməsinə, arıçılar arasında təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradılıb. Arıçıların rastlaşdıqları problemləri ümumiləşdirərək onların həllinə nail olmaq məqsədilə yaradılan Arıçılar İctimai Birliyinin son illərdəki səmərəli fəaliyyəti, yerlərdə təsərrüfatçılarla görüşlərin təşkili, keçirilən ənənəvi festivallar sayəsində bu qədim və çox əhəmiyyətli təsərrüfat forması özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub. Eyni zamanda xəstəliklərin müalicəsi üçün hər il arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinə pulsuz dərman preparatlarının verilməsi, istehsal etdikləri məhsulları satmaq üçün hər həftənin şənbə-bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan yarmarkalarda əlverişli şərait yaradılması bu sahənin kütləviləşməsinə stimul verən mühüm amillərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələri üçün “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda onlayn seminar-diskussiya keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov açaraq hami təşkilatla birgə keçirilən seminarların əhəmiyyətini diqqətə çatdırıb. Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri üçün keçirilən tədbirlərin önəmini vurğulayan rektor bildirib ki, hamilik çərçivəsində həyata keçirilən işlər müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün geniş imkanlar açmaqdadır.

Ardını oxu...

Muxtar respublika səhiyyəsinin inkişafında özünəməxsus xidmətlər göstərmiş Əqil Mehdiyevin bu il anadan olmasının 100 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il sentyabrın 17-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir”.

Həkim və ictimai xadim kimi böyük nüfuza sahib olan Əqil Mehdiyev onu tanıyanların xatirəsində bu gün də yaşayır. Bakı şəhərində qalan oğlu Səftər Mehdiyevlə əlaqə saxlayaraq atası barədə ətraflı söhbətləşdik. Deyir ki, 1920-ci ildə Naxçıvan qəzasının Nehrəm kəndində dünyaya göz açan Əqil həkimi daha çox “Əqil müəllim” deyə çağırıblar. Ona görə ki, bir müddət pedaqoji fəaliyyətlə məşğul olub, müxtəlif illərdə Ərəzin və Nehrəm məktəblərində işləyib. Altıncı sinfə qədər Nehrəm məktəbində oxuyub, sonra Bakı şəhərində yaşayan yaxın qohumlarının təkidi ilə ora köçərək təhsilini 18 nömrəli orta məktəbdə davam etdirib. Burada ona nakam şairimiz Mikayıl Müşfiq dərs deyib. Unudulmaz şair atamı çox vaxt “Aqil” deyə çağırarmış. Atam 1937-ci ildə Naxçıvana qayıdıb. Nehrəm məktəbində X sinif olmadığı üçün Naxçıvan şəhərinə gedib, orta təhsilini 1 nömrəli məktəbdə başa vurub.

Ardını oxu...

O bizim uşaqlıq xatirələrimizdəki həmin zəhmətkeş idi. Bir məhəllədə yaşadığımızdan demək olar ki, hər gün qarşılaşardıq. Xüsusilə də axşamüstü bir də görərdik ki, çiynində bağban alətləri olan Əbdül dayı oğlanları ilə birlikdə gəlir. Ömrünü torpağa bağladığı üçün bildirirdi ki, boş vaxtı yoxdur. Ona görə də, iki kəlmə salam-sağolla kifayətlənirdik. Lakin indi jurnalist-müsahib timsalında Əbdül dayı ilə görüşüb torpaqla təmasda keçmiş illərinin zəhmətindən danışmaq qərarına gəlmişik.
Bildiyiniz kimi, Ordubadın bağçılıq, meyvəçilik tarixi çox qədim zamanlara söykənir. Meyvələri, meyvə bağları ilə məşhur olan bu qədim torpaqda həmin ənənə bu gün də davam etdirilir. Əbdül dayı da Ordubadda bağçılıq sahəsini inkişaf etdirən insanlardandır. Təsərrüfatında müxtəlif növdə ağaclar yetişdirir, halal zəhmətinin bəhrəsini də götürür.
Yerlipərəstlik edib xoş ovqatla verdiyim sualla söhbətə başlayıram: “Əbdül dayı, sizcə, Ordubad meyvələrinin dadının digərlərindən fərqli, daha dadlı olmasının səbəbi nədir?” Qeyri-ixtiyari qaçan dodaqlara baxıb düşündüm ki, deyəsən, sual seçimim uğurlu alındı. Söz müsahibimizindir:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Ali Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar məktəbli şeir həvəskarı Sabrina Gültəkinin “Mənim anam bir mələkdir” adlı ilk şeirlər kitabını mənə hədiyyə verəndə bir neçə il əvvəl muxtar respublika rəhbərinin uşaq ədəbiyyatının müasir vəziyyəti, onun inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqları xatırladım. Və ötən dövrdə bu qədim diyarda yaşayan, özlərini ölkə səviyyəsində təsdiq edən qələm sahiblərinin bu istiqamətdə ədəbiyyatımızın sərvətinə çevrilən şeir və hekayələri ilə yanaşı, həm də onların bir çoxunun gənc istedadlara kömək göstərmələri gözlərim önünə gəldi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Dünyada yayılan pandemiyanın qarşısının alınması məqsədilə müvəqqəti olaraq dayandırılan muzey ziyarətləri yenidən bərpa edilib.
Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Heydər Əliyev Muzeyində olublar. Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.

Ardını oxu...

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir.

Heydər ƏLİYEV ümummilli lider

Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət doktoru, “Humay” mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov adına mükafatın üç dəfə laureatı, “Uğur” mükafatı laureatı, “Min bir mahnı” milli musiqi və mahnı mükafatı laureatı, İran İslam Respublikasında keçirilən ilk muğam festivalının Fəxri mükafatçısı, Tehran “Surə” Universitetinin Fəxri diplom mükafatçısı, ABŞ-ın “Fulbrayt-Heys” təqaüdü laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, İran İslam Respublikasının Tehrandakı Musiqi və Memarlıq “Azad” Universitetinin Fəxri Doktoru Tofiq Əhməd ağa oğlu Bakıxanov Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçılarından biridir. 

Çoxşaxəli və məhsuldar yaradıcılığı, əsasən, XX əsrin ortalarında formalaşmağa başlayan Tofiq Bakıxanov bu günədək, demək olar ki, operadan başqa musiqinin bütün janrlarında əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komediyalar, simfonik orkestr üçün əsərlər (simfoniyalar, simfonik poemalar, uvertüralar, simfoniyettalar, simfonik muğamlar, konsertlər), xor üçün əsərlər, instrumental əsərlər, kamera-vokal əsərlər və s. onun qələminin məhsulu olmuşdur. Zəngin yaradıcılıq irsi yaratmış bəstəkarın hər bir əsəri – istər irihəcmli, istərsə də kiçikhəcmli əsərləri olduqca qiymətlidir.
Azərbaycanın mötəbər nəsillərindən birinin – Bakıxanovlar nəslinin nümayəndəsi olan Tofiq müəllimin milli musiqi tariximizə yüksək məharətlə öz adını yazdırması elə gözlənilən bir hadisə idi. Atası görkəmli tarzən, muğam bilicisi Əhməd ağa Bakıxanovdan öyrəndiyi muğamlar onun yaradıcılığı üçün əsaslı bünövrə olması ilə yanaşı, dahi Qara Qarayevin sinfində musiqinin incəliklərini öyrənməsi T.Bakıxanovun dünyagörüşünün, yaradıcılıq üslubunun formalaşmasına, professional zirvəyə çatmasına səbəb olmuşdur. Görkəmli bəstəkarımız Tofiq Quliyev deyirdi: “Tofiq Bakıxanov ona görə xoşbəxt sənətkardır ki, elə bir ailədə doğulub, böyük bəstəkar və gözəl insan Qara Qarayevin sinfində təhsil alıb. Belə bir şəxsin Azərbaycan musiqisində mühüm rol oynaması təbiidir. T.Bakıxanov musiqinin bütün janrlarında fəal yaradıcılıq göstərən bir sənətkardır. Onun simfonik, kamera, səhnə musiqisindən ibarət əsərləri dəyərli sənət nümunələridir”.

Ardını oxu...

Sentyabrın 17-dә Naxçıvan şәhәrindәki Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrında Naxçıvan Dövlәt Filarmoniyasının vә Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının yaradıcı kollektivlәrinin ifasında Milli Musiqi Gününә hәsr olunmuş әdәbi bәdii kompozisiya onlayn formada izlәyicilәrә tәqdim edilib.
Kompozisiyanın rejissoru Azәrbaycan Respublikasının Xalq artisti Kamran Quliyevdir.

Ardını oxu...


Milli musiqi mədəniyyətimizin formalaşması

Ölməz sənətkar, musiqi mədəniyyətimizin banisi, Şərqdə ilk operanın yaradıcısı və yaşadıcısı, eyni zamanda bir çox ilklərin müəllifi Üzeyir Hacıbəyli zirvəsindən danışmaq istəyirəm. Elə bir zirvə ki musiqi mədəniyyətimizin atası, milli musiqimizin qorunub saxlandığı və mühafizə olunduğu tarixi abidə və olduqca qiymətli mirasdır. Bu mirasda “Leyli və Məcnun” operasına baxmağa gələn onlarla tamaşaçının, “Koroğlu” operasını dillər əzbərinə çevirən sənətşünasların xatirələri var. O sənətşünaslar ki “Arşın mal alan”da ilk səssiz filmin iştirakçısı, “Sənsiz” romansının aşiqi, himnimizin ürəkdən ifaçısı və sair...

Ardını oxu...

Kimi onu Allahın töhfəsi kimi qiymətləndirir, kimi insan qəlbini fəth edən qeyri-adi güc hesab edir, kimi də onun bir möcüzə olduğunu, insan əhval-ruhiyyəsinə, ümumiyyətlə, daxili aləminə böyük təsir göstərdiyini etiraf edir. Bəli, həyatımızın ayrılmaz hissəsi, sevincli, qürurlu, kədərli anlarımızın yoldaşıdır musiqi... 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İrs “İstedadlı rəssamlar sorağında” adlı sərgi-müsabiqə keçirilib.
Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb, sərgidə nümayiş olunan əsərlərin məna və məzmun baxımından fərqləndiyini qeyd edib. Bildirilib ki, muxtar respublikamızda istedadlı uşaqların, yeniyetmələrin, gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yetişməkdə olan nəslin təsviri sənətə olan marağının artırılması məqsədilə ənənəvi olaraq sərgi-müsabiqələr təşkil edilir. Qeyd olunub ki, rəsm sərgisində muxtar respublikamızın ümumtəhsil, eləcə də məktəbdənkənar təhsil müəssisələrində oxuyan şagirdlərin əl işləri sərgilənir. Onların yağlı boya, qara qələm, sərbəst texnika ilə çəkdikləri portret, mənzərə, natürmort, süjetli kompozisiyalar ümidvericidir.

Ardını oxu...

 

Tacikistanın avesta.tj portalı Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı rus dilində geniş məqalə verib.

Raxima Sulaymonşoyevanın müəllifi olduğu məqalədə 102 il əvvəl Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən bəhs olunur.

Bildirilir ki, o zaman vəziyyəti o qədər də yaxşı olmayan Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.

Yazıda qeyd olunur ki, 1918-ci ilin mart ayında Bakıda 30 min müsəlman xüsusi qəddarlıqla öldürülüb. Həmin ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər yerlərdə minlərlə dinc əhali qəddarlıqla qətlə yetirilib.

Vurğulanır ki, o zaman Dağlıq Qarabağda 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yer üzündən silinib. Ancaq Zəngəzurda 7 min 700 müsəlman öldürülüb, 2 min 500 adam yaralanıb, 50 min yerli sakin öz evlərindən qovulub.

 

 

 

 

Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və sənətkarlıq məktəbləri müəllimlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə nazirliyin aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova açaraq tədbirin mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, 18 sentyabr musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən Naxçıvan Dövlət Film Fondu tərəfindən Əyləncə və İstirahət Mərkəzində açıq havada “Eviniz abad” filmi nümayiş olunub.

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Yadigarın “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə işıq üzü görmüş yeni “O mənim ürəyim deyil...” kitabı akademik İsa Həbibbəylinin “Vətəndaşlıq mövqeyi, plyus lirizm” adlanan yazısı ilə açılır. Akademikin qənaəti: “Asim Yadigar yeni dövr Azərbaycan şeirində özünəməxsus dəstxəti və xidmətləri olan şairdir. O, müasir Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış bir nümayəndəsidir. Onun şeir yaradıcılığı mənaca dərin və təsirli, forma etibarilə zəngindir, əlvandır... Asim Yadigarın müstəqil dövlətçilik ideallarını işıqlandıran şeirləri ən yeni dövr Azərbaycan poeziyasının düşündürücü, mənalı və təsirli nümunələridir. Şairin bu mövzuda yazılmış şeirləri Azərbaycan ədəbiyyatında böyük ənənələri olan siyasi lirikanı daha da zənginləşdirməyə xidmət edir. Siyasi lirika istiqamətində yaratdığı şeirlərdəki bədiilik faktoru bu poetik nümunələri uzunömürlü sənət faktına çevirir. Asim Yadigar müstəqillik dövrü Azərbaycan şeirində siyasi lirikanın əsas yaradıcılarından biridir”. 

Ardını oxu...

Yarım əsrdən çox tarixə malik bir kitabxanadan gəlir bu pıçıltılar... Səs gəlir, pıçıltısı ilə belə şüurlara hakim kəsilən səs, əsrləri, tarixləri yaşadan bir səs... Qulağım dilimə hökm edir, eşitmirəm daha, – deyir... Gözlərimdəki suallar dilimdə söz olub asılır hər küncə, bucağa. Görmək istəyirəm, bu əsrarəngizliyi... sevimli elm məbədgahımız – Naxçıvan Dövlət Universitetindən əsas binasındana azca uzaqlaşıram, orada, lap yaxcında bir mavilik var, göy üzünü xatırladır, səma ilə təmasda, onun qədər dərin, onun qədər hüzurlu... Boylanıram ətrafa  – kitabxanadır. Doğma diyarımızın müasir gözəlliklərinin bir səhifəsini əks etdirir bu bina. 

Elm ocağı, kamil şəxslər yetişdirən, həyat və elm dərsi verən bir binadır bura. Kitab qoxusu yayılıbdır həyətdəki hər çiçəyə, hər gülə. Böyük şair Rəsul Rza xəyalımdan boylanaraq elə bu dəm baxır yana... Kimi isə arayır o, axtarır o! Əllərində qızılgüllər, bəlkə gedir o Müşfiqi qarşılaya? Heyrət etdim bu dostluğa, qızılgüllər solmayacaq qorxma daha!!! Yavaş-yavaş oxuyuram pıçıltıyla: “Qızılgüllər var olacaq. Bu abad yurd, sönməz ocaq durduqca saralıb solmayacaq...”

Ardını oxu...

Fotoşəkildə bir yaşayış binası var... Sadə, adi bir yaşayış binası... Nə müasir meqapolislərin bəzəyinə çevrilmiş göydələnlər kimi soyuq və təmtəraqlı, nə də adi memarlıq elementlərindən uzaq olacaq qədər tipik. Qarşısında da sakinlərin istirahəti üçün qoyulmuş skamyalar, kiçik bölmələrə ayrılmış yaşıllıqlar və sıra ilə səliqəli düzülmüş velosipedlər... Əslində, burada qeyri-adi heç bir şey yoxdur. Ancaq ortada bir gözəllik var... Məxsus olduğu şəhərin kiçik bir mənzərəsini ortaya qoyan, insanlarının həyat tərzini, davranış mədəniyyətini, vətəndaşlıq məsuliyyətini, ən əsası sivil təfəkkürünü kiçik bir pəncərədən təqdim edən sadə bir gözəllik...  

Hərdən mənə elə gəlir ki, burada yaşayan sakinlər çox xoşbəxtdirlər. Çünki yaşayış üçün minimum şərtlərin yüksək səviyyədə təmin olunduğu bu kiçik ərazidə hər şey ilk baxışdan diqqəti cəlb edir. Binanın ətrafı təmiz və gözəldir. Asfalt və daş döşəməli ərazidə, köhnə dillə desək, bir kibrit çöpü belə, tapa bilməzsən. Ona görə ki, buralar hər gün təmizlənir, süpürülür, gülkarlıqlar suvarılır. Əslində, burada yaşayanlar özləri də təmizliyə qarşı çox həssasdırlar. İllərdir, bu təmizliyin aurasında olanlar üçün yad davranışa yol vermək, məsələn, yerə adicə bir kağız parçası atmaq yad baxışlara tuş olmaq deməkdir ki, insafən də bunu heç kim etmir. Həm buna ehtiyac da qalmır, çünki ətrafda qoyulmuş tullantı qutuları məgər bu təmizliyin, gözəlliyin qorunmasına xidmət etmirmi! Digər tərəfdən, bu, həm də sosial bir məsuliyyətdir. Elə bu məsuliyyətdən irəli gəlir ki, burada yaşayan hər kəs – yaşlı da, cavan da, uşaq da ətrafda salınmış yaşıllıqlara, min bir əziyyətlə ərsəyə gətirilmiş gül-çiçəklərə toxunmur, əksinə, onlara baxaraq zövq almağa çalışır. Hər gün səhər oyananda bu gözəlliyə tamaşa etməyin özü belə, insanın ruhunu təzələyir, onu gün ərzində gümrah qalmağa sövq edir...

Ardını oxu...

Onlayn konsert proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin onlayn konserti baş tutub.
2009-cu ildə yaradılan Aşıqlar Birliyi Naxçıvanda yaşayan aşıqları bir araya gətirib. Həmin tarixdən etibarən Naxçıvan aşıq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyub, Naxçıvan aşıqlarının yaradıcılıq imkanları daha da genişlənib.

Ardını oxu...

Qədim diyarımız Naxçıvan xalqımızın daş yaddaşı, misilsiz sərvəti olan, yaşı minilliklərə söykənən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Sevindirici haldır ki, bu gün təkcə paytaxt şəhərimizə deyil, muxtar respublikamızın hansı səmtinə üz tutsan, orada hər daşı-qayası min bir tarix danışan, şanlı keçmişin yadigarı olan, dünəndən bu günə işıq salan abidələr mövcuddur. Elə götürək Naxçıvanın Şərqə açılan qapısı Culfa rayonunu... Xalqımızn mərdlik, yenilməzlik, mübarizlik rəmzi – Əlincə qalası, Azərbaycan memarlığının əvəzsiz nümunəsi – Gülüstan türbəsi, qədim insanların müdafiə istehkamı – Qazançı qalası, qoca Şərqin memarlıq incisi, şeyxlər ocağı – Xanəgah abidə kompleksi, əcdadlarımızın iman yeri, zikr evi – Kırna türbəsi ulu diyarımızın tarixi zənginliyindən xəbər verən abidələrdir.

Öncə dünya mədəniyyəti tarixində özünəməxsus yeri olan Əlincə qalasının keçmişinə nəzər salaq. Bu qalanın tarixi xalqımızın öz azadlıq və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə ilə bağlıdır. Elə bu səbəbdəndir ki, qala qədim diyarın mübarizlik və əyilməzlik simvolu kimi özünə şöhrət qazanıb. Araşdırdığımız mənbələrdə qalanın salınma tarixi barədə dəqiq məlumat olmasa da, bu abidənin orta əsrlərdə Azərbaycanın tərkibində olan dövlətlərin tarixində əvəzolunmaz rol oynadığı və xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə edildiyi qeyd olunub. Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istehkam qalası olsa da, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınıb. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artıb. XIV əsr isə qalanın tarixində xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərd-mərdanə müdafiəsi ilə bağlıdır. Yenilməz, əyilməz, mübariz qala 14 il Əmir Teymur qoşunlarının həmləsinə sinə gərib, dövrünün ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan böyük cahangir Əmir Teymuru öz möhkəmliyi ilə heyrətləndirib. Bu illər ərzində qalaya dəfələrlə hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilməyib. Azərbaycanda orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində qala dağıdılsa da, bu gün qədirbilən dövlətimizin qayğısı sayəsində yurdumuzun köksündə yenidən bərq vurur. Muxtar respublikamızda tarixi-mədəni irsimizə daim qayğı ilə yanaşan dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, əcdadlarımızın miras qoyub getdiyi bütün mədəni sərvətlərimizin gələcək nəsillər üçün qorunub saxlanılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən Əlincəqalada muxtar respublika rəhbərinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən aparılan genişmiqyaslı bərpa işləri bu sahədə görülən tədbirlərin növbəti təzahürüdür.

Ardını oxu...

Çay süfrə mədəniyyəti ...

Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir. Gələn qonağı qarşılamaq, ona ilk olaraq çay təklif etmək isə hörmət əlaməti kimi artıq bir adətə çevrilib. Hər hansı bir qonaqlıq çay ilə başlayıb, elə onunla da qurtarır. Şərq və Qafqaz xalqlarının süfrə mədəniyyəti ilə tanış olarkən qonaq qarşılama zamanı çay süfrə mədəniyyətinin xüsusi rolu olduğunu görürük. 

Çayın məcməyidə qonağa təqdim edilməsi təkcə hörmət əlamətilə məhdudlaşmır. Çay dünyada sudan sonra ən çox istehlak edilən içki növüdür. 5 minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər. Əfsanəyə görə, xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri suyun içinə düşərək ətrafa gözəl ətir saçır. İmperator yarpaq düşmüş sudan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir.
Çay bitkisi ilk dəfə Qafqazda XIX əsrin 40-cı illərində əkilib. Təcrübələr uğurlu olduğundan onun artırılması işlərinə 1876-cı illərdən başlanılıb. Güman olunur ki, Azərbaycanda 1892-1898-ci illərdə təcrübə üçün gətirilən sortlar Lənkəran, Car- Balakən rayonlarında sınaqdan çıxıb, çayın ölkəmizdə kütləvi şəkildə istehsalına 1937-ci ildən başlanılıb, qısa zamanda bir çox bölgələrdə çay süfrə mədəniyyəti formalaşaraq inkişaf edib. Tarixi mənbələrdən, adət-ənənələrimizi əks etdirən etnoqrafik nümunələrdən də aydın olur ki, çaydanlarda və mis samovarlarda çay qaynadaraq içmə vərdişi milli mədəniyyətimizin bir hissəsini təşkil edib.

Ardını oxu...

Mərhum tədqiqatçı-jurnalistin iki yeni kitabı çapdan çıxıb

Bu günlərdə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində 8 il “Şərqin səhəri” qəzetində məsul katib vəzifəsində işləmiş mərhum tədqiqatçı­-jurnalist Zaleh Novruzovun “Etnoqrafik yaddaşımızdan” və “2010-2018-ci illərdə arxeoloji tapıntılar” kitabları işıq üzü görüb.

Zaleh Novruzov ixtisasca coğrafiyaçı olsa da, hər kəs onu Naxçıvan etnoqrafiyası və arxeologiyası ilə bağlı yazıların müəllifi kimi tanıdı. Qədim diyarımızın hər dağına, daşına, qayasına yaxşı bələd olan Zaleh müəllim 2010-cu ildən etibarən AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə aparılan qazıntı işlərində yaxından iştirak edirdi. Bu dövrdə tədqiqatçı elmə məlum olmayan Naxçıvan, eləcə də ölkə tarixşünaslığı üçün mühüm əhəmiyyət kəsb edən bir neçə Eneolit dövrünə aid yaşayış yeri aşkarlamışdı. Sonradan həmin yaşayış yerləri qeydə alınaraq tədqiqatlara cəlb olunmuşdu. Məlumat üçün deyək ki, Zaleh Novruzovun “2010-2018-ci illərdə arxeoloji tapıntılar” kitabında 42 qədim yaşayış yeri barədə yazıya yer verilib və arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin şəkilləri oxuculara təqdim edilib.

Ardını oxu...

Sənətimlə bağlı çalışdığım Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin ekspozisiyalarındakı rəsm əsərlərinin elmi təsvirləri ilə yaxından tanış olmaq, müəllifləri haqqında məlumatlar əldə etmək istərkən rəssam Rəfael Qədimovun əsərləri diqqətimi cəlb etdi. Möminə xatın türbə muzeyinin ekspozisiyasındakı “Möminə xatın” əsəri Azərbaycan qadınının zəkasını, qüdrətini, həyatımızdakı, cəmiyyətimizdəki və dövlətçilik tariximizdəki danılmaz mövqeyini özündə ehtiva etməklə ekspozisiyaya möhtəşəmlik və estetik gözəllik bəxş edir. Kətan üzərində yağlı boya ilə işlənən əsər elə ilk baxışdan hər bir tamaşaçını özünəməxsusluğu ilə cəlb edə biləcək potensiala malikdir. Milli geyimdə təsvir olunmuş Möminə xatının timsalında müəllif Azərbaycan qadınının gözəlliyini böyük ustalıqla təsvir edib. 

Yaradıcılığı ilə sənətsevərlərin qəlbini oxşayan, mənəvi aləminə sirayət etməyi bacaran, Xan sarayının və digər muzeylərin ekspozisiyalarının zənginləşməsində böyük rolu olan tarixi şəxsiyyətlərdən Atabəy Şəmsəddin Eldənizin, II Kalbalı xanın, Hüseyn xan Naxçıvanskinin, Cəmşid Naxçıvanskinin, Qönçəbəyimin portretlərini yağlı boya ilə kətan üzərinə köçürən rəssam Rəfael Qədimov Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Kiçik yaşlardan təsviri sənətə, rənglər aləminə maraq göstərməsi ailəsindən qaynaqlanıb. Orta məktəbdə oxuduğu illərdə atası Azərbaycanın tanınmış rəssamlarından hesab olunan Sabir Qədimovun bu sənətlə bağlı fikirlərindən ruhlanan Rəfael uşaqlığından yaşına uyğun eskizlər işləyər, rəsmlər çəkərmiş.

Ardını oxu...

Avstraliyanın “Aurora” telekanalında Azərbaycan mədəniyyətinə və mətbəxinə həsr olunan xüsusi veriliş yayımlanıb.

Telekanalın baş prodüseri Elina Reddinin təqdim etdiyi verilişdə Melburn şəhərində yaşayan həmyerlimiz Xuraman Armstronqun Azərbaycan mədəniyyətinin Avstraliyada tanıdılması istiqamətində gördüyü işlərdən danışılıb, mətbəximizin onun tərəfindən hazırlanan ləziz nümunələri tamaşaçılara təqdim edilib.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərindən parçaların, “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnılarının səsləndiyi yüksək peşəkarlıqla hazırlanmış verilişdə Azərbaycan mədəniyyətinin özünəməxsusu xüsusiyyətlərindən bəhs olunub, ölkəmizə səfər edən çoxsaylı əcnəbi qonaqların milli mətbəximizə heyran qaldığı xüsusi vurğulanıb.

Avstraliyalı tamaşaçılara Xəzər dənizi sahilində yerləşən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, müasir və qədim tikililəri barədə də ətraflı məlumat verilib. Bütün dünyada həm də “Odlar yurdu” adı ilə tanınan Azərbaycanın müstəqilliyi bərpa etməsindən sonra qazandığı uğurlardan bəhs olunub.

Azərbaycanda evə gələn qonağa ilkin olaraq çay təklif edildiyini qeyd edən Xuraman xanım tamaşaçılara ölkəmizdə çay süfrəsinin təşkili, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan çayı, armudu stəkan və həmin süfrəni bəzəyən şirniyyatlar barədə də ətraflı məlumat verib. Çay süfrəsi arxasında davam edən söhbətdə qədim adət-ənənələrimizdən, atəşpərəstlik dini, “Novruz” bayramı, “Qarabağ kətəsi”, Xuraman xanımın təsisçisi olduğu şirkət tərəfindən Avstraliyada istehsal edilən “Şuşanın sədaları” və “İpək yolu” kimi şokolad məhsulları barədə danışılıb. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları, Xurman xanımın babası Ələkbər Abdullayevin bir vaxtlar çalışdığı Şuşa şəhəri və Kəlbəcər rayonu barədə də tamaşaçılara ətraflı məlumat verilib.

Xuraman xanımın evində aparılan çəkilişlər zamanı ölkəmizin gözəl süfrə mədəniyyəti ilə seçildiyi, milli yeməklərin hazırlanması zamanı xüsusən təbii vasitələrə üstünlük verildiyi qeyd edilib.

Sonra verilişin prodüseri Elina Reddi ilə birlikdə milli mətbəximizin dovğa, yarpaq dolması, plov kimi nümunələrinin hazırlanması nümayiş olunub, bunun üçün lazım inqrediyentlər barədə ətraflı məlumat verilib. Azərbaycan plovunun toylarımızda xüsusi təmtəraqla təqdim olunduğunu əks etdirən video göstərilib.

Verilişdə iştirak edən Xuraman xanımın həyat yoldaşı Qrim Armstronq da Azərbaycanın qədim və zəngin mədəniyyətinə heyran olduğunu və bu ölkəni ürəkdən sevdiyini bildirib.

“Aurora” telekanalı tərəfindən yayımlana veriliş telekanalın “YouTube” və “Instagram” sosial şəbəkələrindəki səhifələrində də yerləşdirilib.

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında onlayn ekskursiya keçirilib.
Ekskursiyanın əvvəlində bələdçi Tomris Cəlilova muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verib. Bildirib ki, qalereyanın fondunda hazırda 150-dən çox rəssamın 500-ə yaxın rəsm əsəri mühafizə olunur, ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilməkdədir.
Qalereyanın ekspozisiyası haqqında geniş məlumat verən bələdçi qeyd edib ki, ekspozisiyanın 1-ci guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Rəfael Qədimov, İlham Mirzəyev və digər tanınmış rəssamların əsərləri qalereyanın dəyərli eksponatlarındandır.

Ardını oxu...

Professor Hüseyn Həşimlinin 55 illiyinə elegiya əvəzi

 

 

Savadı, ziyalılığı, xeyirxahlığı, bir sözlə, yaxşı keyfiyyətləri ilə fəxr etdiyimiz insanların itkisi haqqında heç vaxt düşünmək istəmirik. Onların yoxluğunu təsəvvürə belə gətirməkdən çəkinirik. Görkəmli ədəbiyyatşünas alim, pedaqoq, mətnşünas, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin qəfil vəfatı ilə dərindən sarsıldıq.

Elmə böyük xidmətləri, gözəl müəllimliyi barədə yanında söz salanda narahat olardı. Bu barədə söz düşəndə deyirdi ki, mən böyük elm cəfakeşlərinin yanında kiməm ki! Ancaq onun 30 illik elmi fəaliyyətinə nəzər yetirəndə heyrətlənməyə bilmirsən...

Hüseyn müəllim, insanların uğuruna sevinməyi həm də Sizdən öyrəndim. Yaxşı bir məqalə, hekayə, hətta bir gözəl deyimin belə qiymətini verərdiniz. İndi bilmirəm, Sizi – böyük mənəvi sərvət sahibini – olduğu kimi dəyərləndirməyə gücüm çatarmı, sözlərim yetərmi?! Amma yox, vaxtilə dərs dediyiniz Türkiyədən tələbə yoldaşım Harun Bozqurd dadıma çatdı. Bu ağır itkidən doğan kədərimizi bölüşərkən o, haqqınızda “Tam alim, ədəbiyyatın ədəbini içmiş usta” ifadəsini işlətdi. Mən də həmin an Harun bəyə bu fikrini yazımın başlığına çıxaracağıma söz verdim...

Ardını oxu...

Ana südü ilə canımıza, qanımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Görkəmli xanəndələrimizin ifasında bu sənət növü dilindən, milliyyətindən asılı olmayaraq dinləyicini ilahi başlanğıc, əbədi olum-ölüm həqiqətləri barədə düşünməyə sövq edir, ona məhəbbət, sevinc, kədər hisslərini yaşadır.

Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə hazırladığı “Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir. Naxçıvan Bölməsində sözügedən nəşrin hazırlıq vəziyyəti ilə bağlı iclas keçirilib.

Ardını oxu...

O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.

Bu gün dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun anadan olmasından 108 il ötür. İllər keçsə, zaman dəyişsə də Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.

Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Ardını oxu...

Ad insan həyatında mühüm əhəmiyyət kəsb edən amillərdəndir. Buna görə də uşaq böyüyəndə öz adı haqqında düşünməyə başlayır, valideynlərinin nə üçün bu adı seçdikləri onda maraq doğurur və adının mənasını öyrənməyə, axtarmağa çalışır, bəzən adından utanır. Ad yaxşı olarsa, təbii ki, uşaq da bu adın təsiri altında böyüyəcək, ona layiq olmağa çalışacaq.

Ardını oxu...

Sirli-sehrli dünyanın ecazkar gözəlliklərini səsi, ahəngi ilə dilə gətirən telli, simli, sözlü tar! Tellərindən qopan  nəfəsində Vətən eşqi, yurd sevgisi, torpaq həsrəti, oba nisgili, millətinin ağrı-acıları daha çox duyulur. Milli-mənəvi dəyərləri, adət-ənənələri miras saxlayan, illərin yadigarını yaşadan, ata-babalarımızın əmanətini gələcək nəsillərə çatdırmaqla daxili dünyamızı zənginləşdirirsən. Hər mizrabında  ürək döyüntüləri, dərin hisslər var. O hisslər ki hər toxunuşunda ruhumuz qidalanır... Tar milli musiqi alətlərinin ən qədimi, segahın əsiri, kamançanın sirdaşı, bir də duyğuları ən yanıqlı şəkildə dilə gətirəndir. Musiqi alətlərinin şahı hesab edilən tarın  adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib. 

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının “Muğam studiyası”nın onlayn konserti olub. Konsert proqramında xalq mahnıları, təsniflər və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

Qeyd edək ki, filarmoniyada “Muğam studiyası” uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər.

Onlayn konsertdə İlqar Hüseynovun rəhbərlik etdiyi “Muğam studiyası”nın solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov “Çahargah təsnifləri”, Ruhiyyə Hüseynova Əlibaba Məmmədovun “Gözlərin” mahnısını, “Yana-yana kül oldum”xalq mahnısını, müğənnilərdən Məhərrəm Quliyev “Dilkəş”, Bəhruz Quliyev “Bayatı-şiraz” təsniflərini, Nərmin Hüseynova Qulu Əsgərovun “İlk eşqim” mahnısınıifa ediblər.

Zülfiqar Mahmudovun Nərmin Hüseynova ilə birlikdə ifa etdiyi“Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatan onlayn konsert 1 saata yaxın davam edib. Bu onlayn konsert proqramı da Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn formada təqdim edilən mədəni tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə əməli töhfədir.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR