22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetinin kollektivi  muzey günləri çərçivəsində  görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyini ziyarət edib.  Muzeyin bələdçisi tərəfindən muzey  haqqında  universitet əməkdaşlarına məlumat verilib.

Qeyd olunub ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən “İblis” və 1934–cü ildə çapdan çıxan “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.

Bildirilib ki, Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da muzeydə nümayiş etdirilir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl–cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir.

 Sonra qonaqlar muzeyin otaqları ilə tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların daha çox marağına səbəb olub. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur.

Qonaqlar “Xatirə otağı” ilə də tanış olublar. 

Seyfur Hacımuradov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR