22 Dekabr 2024, Bazar

Oktyabrın 15-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə  təhsil alan tələbələri üçün açıq dərs keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hüseyn Cavid poeziyasının işığında” adlı açıq dərsi giriş sözü ilə Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. O, Naxçıvan Muxtar Respublikasında təhsil siyasətinin çox uğurla həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini də əhatə edir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli, “Oxunması zəruri olan kitabların Siyahısının təsdiq edilməsi haqqında” 2017-ci il 28 avqust tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli  sərəncamları və təsdiq edilmiş dövlət proqramları  təhsil sahəsinə diqqət və qayğının davamlı olduğunu göstərir və bu proqramların icrası ilə yüksək bilikli gəncliyin, bacarıqlı kadrların hazırlanması hədəflənir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi 21 ixtisasa hamilik edir.

          Daha sonra Sərəncamın icrası ilə bağlı müvafiq ali və orta ixtisas təhsili müəssisələri ilə birgə hazırlanan “Tədbirlər Planı” çərçivəsində həyata keçirilən işlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə  təhsil alan tələbələrə 2019-2020-ci tədris ilində 4 açıq dərs, 1 dəyirmi masa, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı 2 mühazirə keçirilib. Onların Nazirliyin tabeliyində olan muzeylərdə təcrübə keçməsi təmin olunub və tarixi abidələrə ekskursiyaları təşkil olunub.

          Dərs zamanı Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin baş fond mühafizi-elmi işçisi Naibə Mirzəyevanın Hüseyn Cavid poeziyasının parlaq işığında” mövzusunda çıxışı dinlənilib. O qeyd edib ki, ədəbiyyat və mədəniyyət tariximizin fəxri, böyük ideyalar şairi, türkçülük və turançılıq hərakatının Azərbaycanda ən layiqli davamçılarından olan fəlsəfi fikir əfəndisi Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkardır. Vurğulanıb ki, Hüseyn Cavid dramaturgiya, publisistika, qismən ədəbi tənqidlə, hətta tərcümə ilə məşğul olmuş və  ədəbiyyat aləmində şair və dramaturq kimi bənzərsiz izlər qoymuşdur.

Dərsdə mövzu ilə bağlı müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR