21 Dekabr 2024, Şənbə

Qələbə ətirli misralar, könüldən gələn səslər...

Vətən müharibəsindəki Tarixi Qələbəmiz, əbədi və əzəli Azərbaycan torpaqları olan Qarabağımıza qalib dönüşümüz milli poyeziyamızda, eləcə də Naxçıvan ədəbi mühiti nümayəndələrin yaradıcılığında müzəffər ruhlu, rəşadət və əzmkarlıq dolu, xarıbülbül ətirli yeni əsərlərin yaranmasına, yeni nəşrlərin ərsəyə gəlməsinə rəvac verib. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yazar, jurnalist Təranə Arifqızının “Qarabağda 44 gün” adlı kitabı vərəqlədikcə toplunun hər səhifəsindən qələbə ətri, zəfər müjdəsi duyulur. Müəllifin özünəxas söz inciləri ilə bəzənən bu kiçikhəcmli nəşr ilk baxışdan arxasınca mərd oğulları qələbəyə doğru inamla aparan Müzəffər Ali Baş Komandan, “Vətən yaxşıdı” mahnısının ifası ilə silahdaşlarını döyüşə, irəliyə ruhlandıran şəhid Xudayar Yusifzadə və Qarabağımızın qədimliyinin təsvirləri əks edilən maraqlı üz qabığı ilə diqqəti çəkir. “Qarabağı ürəyində daşıyan” müəllif poetik dillə haqqın qılıncının kəsərini göstərir, torpaq həsrətindən danışdıqca “Qələbə xəbərini gətir” söyləyərək irəli səsləyir müzəffər Ordumuzu. Misraların sehrində torpaq ətirli məktub yazılır haqq-ədalət savaşına çıxan əsgər qardaşlarımıza, məğrur oğulların al qanları ilə azadlığa çıxan ata-baba yurdlarımız zəfər nəğməli sözlərlə bəzənir, ana ilə şəhid oğulun fəxarət dolu söhbətinə qulaq şahidi olursan, üçrəngli bayrağımızla, bahar rəngləri ilə bəzənən Qələbə dolu ötən payız bir daha qayıdır gözlərim önünə. Zəfər müjdəsi ilə silkələnir, oyandırılır otuz illik həsrətə dalan şəhər, şirin-şəkər sözlərlə əzizlənir azadlığına qovuşan torpaqlarımız, ölümsüzlük qazanan şəhidlərə ehtiram göstərilir, gözaydınlığı verilir. Qarabağa danışılır düşmənin başını əzən “dəmir yumruğ”un kəsərindən, 44 sətirlə vəsf edilir ata vəsiyyətinə əməl edən, sözünə sadiq qalan oğulun – Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, əzmi...

Ardını oxu...

“Kitabi-Dədə Qorqud” dastanı əsasında çəkilən bədii filmdə xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımı Burla xatunu canlandıran, Azərbaycanın əsilzadə xanımlarının ən xarakterik və koloritli obrazlarından birini – Pəricahan xanımı yaradan, bir çox filmlərdəki xalqımızın milli-mənəvi dəyərləri sistemində əsl Azərbaycan qadını obrazlarına səhnə həyatı verən ümumxalq sevgisi qazanmış qadın sənətçilərimizdən olan, Azərbaycan xanımının milli davranış etiketlərini özündə daşıyan və yaratdığı bu obrazlarla qəlbimizdə taxt quran xalq artisti Şəfiqə xanım Məmmədova Naxçıvandadır. Görkəmli teatr və kino aktrisası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli, 2020-ci il mart ayının 29-da Prezident cənab İlham Əliyevin  imzaladığı Sərəncamla isə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən Şəfiqə Məmmədova ilə söhbətləşmək imkanı əldə etdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın “Qadın – gözəllik və tarixin sədası” adlı fərdi yubiley sərgisi keçirilib.
Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi təntənə ilə qeyd olunur. Yubiley çərçivəsində keçirilən növbəti tədbirlərdən biri – açılışına toplaşdığımız fərdi yubiley sərgisi özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Sərgi salonunda nümayiş olunan, fırçanın gücü ilə təsvir edilmiş müxtəlif qadın obrazlarının hər birinin dərin mənası vardır və ilk baxışdan insanı özünə cəlb edir.

Ardını oxu...

XX əsrin birinci yarısında yaşayıb-yaradan Əbülfəz Əli oğlu Sadıqov (1898-1956) “Əvəz Sadıq” imzası ilə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində nasir, tərcüməçi və jurnalist kimi özünəməxsus iz buraxan tanınmış yaradıcı şəxsiyyətlərdən biri olmuşdur. Onun fəaliyyəti daha çox mətbuatla bağlı olmuş, publisistika isə yaradıcılığının mərkəzində dayanmışdır. “Kommunist”, “Şərq qapısı”, “İnqilab və mədəniyyət”, “Şərq qadını”, “Vətən yolunda” və “Kirpi”  kimi mətbuat orqanlarındakı müxbir, məsul katib və redaktorluq fəaliyyəti bu qənaətimizi əsaslandıran faktlardır. 

Ardını oxu...

Uzun illərdir ki, yaradıcılığı diqqətlə izlədiyim şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimli “Tanrı müjdəsi” adlı səkkizinci şeir kitabı ilə oxucuların görüşünə gəlib. Bu görüşün də yaddaqalan olacağına şübhəm yoxdur. Çünki bundan əvvəlki kitablarında, müxtəlif mətbuat orqanlarında dərc olunmuş şeirləri ilə poeziyasevərlərə yüksək duyğular və ovqat bəxş etmiş, haqqında bir neçə məqalələr toplusu, “X.Kərimli: Bir ömrün nağılı” adlı monoqrafiya nəşr olunmuş, “Payız duyğulu şair ömrü: Xanəli Kərimli” adlı sənədli film çəkilmiş Xanəli Kərimlinin yaradıcılığından vətənpərvərlik duyğuları, xalqımızın dünəni və bu günü, böyük türk dünyasına sonsuz sevgi və məhəbbət qırmızı xətt kimi keçir. Şair həyatda olduğu kimi yaradıcılığında da səmimidir – hətta tribunal şeirlərində belə. Şair, şeir və səmimiyyət. Bununla bağlı tənqidçi, ədəbiyyatşünas Vaqif Yusiflinin qənaəti maraqlıdır: “Şeir-poeziya hər şeydən əvvəl, təbii hisslərin, duyğuların ifadəsidir. Poetik axtarış da öz yerində, şeiri gözəlləşdirən bədii təsvir vasitələri də öz yerində, bunlarsız yaxşı şeir yaranmaz, amma səmimiyyət olmazsa şairin ürəyinin səsi o şeirdə ürəyə yol tapmaz”.

Ardını oxu...

Azərbaycan folklorunun ən qədim qollarından biri də aşıq yaradıcılığıdır. Aşıq sənətinin tarixi xalqımızın özü qədər qədimdir. Sinkretik səciyyə daşıyan aşıq sənətinin və onun ayrılmaz tərkib hissəsi kimi təzahür edən aşıq ədəbiyyatının ilkin təşəkkül və biçimlənmə prosesi, əsasən, XIII-XV əsrləri əhatə edir. Azərbaycan folklorunda müxtəlif aşıq məktəbləri mövcuddur. Fikrimizcə, bunlardan ən böyüyü, öz dəstxəti, üslubu olan, aşıqlıqda avanqard rolu ilə seçiləni Göyçə aşıq məktəbidir. Göyçə aşıq sənətinin kökləri xalqımızın qədim tarixinə gedib çıxır. Göyçə aşıq məktəbi dedikdə, ilk növbədə, Aşıq Ələsgər yada düşür. Aşıq Ələsgərin həyat və yaradıcılığı, qoşma və təcnislərinin poetikası, üslubi və dil xüsusiyyətləri istər ədəbiyyatşünaslar, istərsə də dilçilər və folklorşünaslar tərəfindən illərlə tədqiq olunmasına baxmayaraq, bu böyük sənətkarın yaradıcılığında hələ öyrənilməmiş məqamlar da çoxdur. 

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika üzrə ifaçılıq müsabiqəsinə start verilib. Müsabiqədə Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan istedadlı uşaq və gənclər iştirak edirlər.

Ardını oxu...

27 may 2021-ci il tarixdə Naxçıvan  Dövlət Film Fondu  “Əyləncə adası” İstirahət Parkında açıq havada “Əbədi ezamiyyət” sənədli-bədii filminin  nümayişini təşkil etmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci il iş planına əsasən may-sentyabr ayları ərzində həftədə bir dəfə olmaqla, “Əyləncə adası” İstirahət Parkında açıq havada dünya və azərbaycan kinosundan filmlərin nümayişi təşkil olunacaqdır.

Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Ardını oxu...

Mayın 25-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilmişdir.

Müsabiqəni giriş sözü ilə Nazirliyin əməkdaşı Şəfəq Abbasova açaraq qeyd etmişdir ki, bilik müsabiqəsi Nazirliyin 2021-ci il 14 aprel tarixli 91 nömrəli əmri ilə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq keçirilir. Müsabiqədə iştirak üçün rayon (şəhər) MKS-lərin 12 komandası ərizə ilə müraciət etmişdir. İştirakçılara müsabiqənin qaydaları  haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, komandalara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablar, ümumi dünyagörüşü, kitabxana işi, Naxçıvan Muxtar Respublikasının tarixi, görkəmli şəxsiyyətləri, abidələri və s. üzrə suallar veriləcəkdir.

Ardını oxu...

Festival iştirakçıları Naxçıvandan bu təəssüratlarla ayrılırlar


Mayın 25-də “Saat Meydanı” Turistik İstirahət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamlar tərəfindən çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun açılışında iştirak etdiyi sərgidə 40 rəssamın 44 əsəri nümayiş olunub.

Ardını oxu...

Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımızda rəssamlığın tarixi lap qədim zamanlardan, Gəmiqaya təsvirlərindən başlamış tarixin bütün dövrləri ilə səsləşən intibah mədəniyyətinin, memarlıq məktəbinin təsiri ilə inkişaf etmiş, diyarımızın təbiət gözəlliklərini öz fırçası ilə tariximizə həkk edən realist rəssamlığın banisi Bəhruz Kəngərli ilə özünün ən qüdrətli dövrünə çatmışdır. Bu gün isə vaxtilə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı kimi fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yarıməsrlik bir sənət tarixi ilə daha da zənginləşir və inkişaf edir.

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyində mayın 21-də muzeyin yaradılmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli çıxış edərək Bəhruz Kəngərli yaradıcılığına göstərilən dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Bildirilib ki, 200-ə yaxın eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 1300-dən çox eksponat vardır ki, onlardan 61 ədədi rəssamın orijinal sənət əsərləridir. Muzeydə rəssamın həyat və fəaliyyətini əks etdirən müxtəlif sənədlər, özünün və ailə üzvlərinin istifadə etdiyi şəxsi vəməişət əşyaları, yaxın qohumlarının fotoşəkilləri, rəssamın çəkdiyi əsərlərin fotosurətləri, rəssamlıq ləvazimatları, albom-katoloqlar, poçt markası və xüsusi zərflər, kitablar, qəzet-jurnal materialları, rəssamların Bəhruz Kəngərliyə həsr etdikləri ithaf əsərləri, heykəltəraşlıq nümunələri qorunub saxlanılır.

Ardını oxu...

Muxtar respublikanın mədəniyyət müəssisələri tərəfindən pandemiya ilə əlaqədar xüsusi qaydalara ciddi riayət edilməklə aprel ayında da tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, ustad və açıq dərslər, eləcə də təqdimat mərasimləri təşkil edilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur. 

Aprel ayında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, qaliblər yekun tədbirində mükafatlandırılmışlar. Ötən ay Nizaminin “Sirlər xəzinəsi” tamaşasına ictimai baxış keçirilərək səhnə əsəri istehsalata buraxılmışdır.

Ardını oxu...

Bu gün dünyada qədim mədəni tarixi və özünəməxsus mədəniyyət nümunələrinin çoxluğu ilə diqqəti cəlb edən ölkələr sırasında Azərbaycan xüsusi yer tutur. Ölkəmizin beynəlxalq mədəniyyət aləminə bəxş etdiyi dəyərli sənət nümunələri içərisində Azərbaycan xalçalarını ayrıca qeyd etmək lazımdır. Tarixboyu Azərbaycan xalçalarının şöhrəti ölkə sərhədlərini aşmış və mühüm sənətkarlıq nümunəsi kimi əvəz­olunmaz simvola çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bununla bağlı demişdir: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin Vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Ardını oxu...

Yeməyin tarixinə nəzər salsaq, görərik ki, qida insanın yaranması ilə meydana gəlmişdir. Onlar əvvəlcə bunu təbiətdən hazır şəkildə almış, sonralar isə ictimai inkişafın gedişi prosesində özləri çeşidli yeməklər hazırlamaq vərdişinə yiyələnmişlər. Bu baxımdan yeməklər xalqın maddi mədəniyyətinin əsas tərkib hissələrindən birini təşkil edir. Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov deyir: “Azərbaycan mətbəxi dedikdə yalnız xörəklər, onların bişirilmə qaydaları deyil, həm də tarix, fəlsəfə, süfrə psixologiyası, adət-ənənələr, xalqın etika və estetikası və sair bu kimi amilləri ahəngdar surətdə birləşdirən mətbəx mədəniyyəti başa düşülür”.

Ardını oxu...

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzusunda seminar-treninq keçirilmişdir.

Cəmşid Naxçıvanski Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi Tünzalə Məmmədova “Muzey əşyalarının elmi inventarizasiyasının aparılması qaydaları” mövzusunda çxış etmişdir.

Ardını oxu...

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxacaq və “Mata Hari” mahnısını ifa edəcək. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Ardını oxu...

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq!” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev çıxış edərək qeyd edib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları, xüsusilə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri yaxından iştirak edirlər. Bu ilin may ayınadək muxtar respublika muzeylərinə 766 eksponat daxil olmuş, 2 eksponat təqdimatı keçirilmişdir. Növbəti təqdimat mərasimi sayca üçüncü olmaqla, əlamətdar bir gündə, Beynəlxalq Muzeylər Günündə keçirilir. İnanırıq ki, bu maddi mədəniyyət nümunələri də muxtar respublikanın muzeylərində sərgilənməklə diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaradacaq, həmçinin tədqiqatçı-alimlərin elmi-tədqiqat işlərinin faktlarla zənginləşdirilmə işinə mühüm töhfə olacaqdır.

Ardını oxu...

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir neçə gün əvvəl tariximizin yeni səhifələrinə qürur dolu, duyğu dolu anlar qızıl hərflərlə yazıldı. Qarabağın tacı, zəfərimizin rəmzi, yenilməzlik nişanəsi olan Şuşanın Cıdır düzündə Prezident cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival Şuşanın gözəlliyinə daha da gözəllik qatdı, Azərbaycan ruhu qədim şəhərimizi cana gətirdi, ona yenidən nəfəs verdi. İlk dəfə xanəndə Seyid HYPERLINK "https://az.wikipedia.org/wiki/Seyid_%C5%9Eu%C5%9Finski"Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayan “Xarıbülbül” beynəlxalq musiqi festivalı sonuncu dəfə 1992-ci ilin may ayında keçirilmişdi. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün adını alan bu festival uzun illərdən sonra, 2021-ci ilin may ayının 12 və 13-də təşkil edildi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, eyni zamanda Azərbaycanımızın görkəmli mədəniyyət xadimlərinin, sənətkarlarımızın ifasında səslənən xalq və klassik musiqi nömrələri əsl bayram havası yaşatdı bizlərə. Baxdıqca hüsnünə, gözəlliyinə doyulmayan Cıdır düzündə səslənən “Qarabağ” şikəstəsi, “Bayatı-Şiraz” qəlbimizə fərah, dinclik gətirdi. Bütün Qarabağ möhtəşəm Azərbaycan muğamına hakim kəsildi. İllərdir yadelli əlində lal olmuş dağlar-daşlar, yamaclar dilə gəldi, danışdı. Bu yerlərə mədəniyyət, insanlıq yenidən qayıtdı. Konsertdə xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini dinlədikdə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarxı izlədikdə kövrəldik, fəxr hissləri yaşadıq. Bir daha xalqımızın yetişdirdiyi bu dahi, uzaqgörən şəxsiyyətlərlə qürur duyduq. Bir çoxumuz “kaş mən də orda olaydım” dedik ürəkdən.

Ardını oxu...

YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mədəni irsə cəlb etməklə, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərməkdən ibarətdir.

Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da qeyd edilir. Minlərlə dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri olan ölkəmiz çox qədim dövrlərə aid zəngin eksponatlara sahibdir. Həmin eksponatlar muzeylərdə mühafizə olunmaqla zəngin mədəni irsimizin qorunması və təbliği işində mühüm rol oynayır. Bu gün muzeylərimiz maddi-mənəvi incilərin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malikdir.

Ardını oxu...

Bakının Qobu qəsəbəsində fəaliyyət göstərən, məcburi köçkünlərin çalışdığı “Xarıbülbül” sənət mərkəzi “Xarıbülbüllərin rəqsi”ni hazırlayıb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Teatrında uşaq və gənclər arasında rəqs müsabiqəsi keçirilmişdir. Müsabiqədə Naxçıvan Musiqi Kollecində, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan tələbə və şagirdlər, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri, klub müəssisələrinin dərnək üzvləri iştirak etmişdir.
Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və dəstəklənməsidir.
Qeyd edək ki, müsabiqədə 2 yaş qrupu – solo, duet və kollektiv nominasiyaları üzrə 50-yə yaxın uşaq və gənc iştirak etmişdir. Münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə seçilmiş qaliblər yekun tədbirində mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin   “Təhsil və mədəniyyət  müəssisələrinin qarşılıqlı  fəaliyyətinin  səmərəli  təşkili ilə bağlı  2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan  Muxtar Respublikasının  Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film  Fondunun birgə təşkilatçılığı ilə 2021-ci il 7 may tarixində “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilmişdir.

Ardını oxu...

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib. Bu məqsədlə muxtar respublikamızda da yubiley tədbirləri davam edir.

Ardını oxu...

Mayın 5-də Naxçıvan Dövlət Xalça Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə  “5 May-Xalçaçı Günü” mövzusunda  açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə giriş sözü ilə çıxış edən Nazirliyin şöbə müdiri Gülbuta Babayeva bildirmişdir ki,Azərbaycan xalq tətbiqi sənətinin növlərindən biri olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Bildirilmişdir ki, “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə xalçaçılığın yaşadılması və inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin mühüm xidmətlərindən biridir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual sərgi təşkil olunub.
Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır. Humanizm prinsiplərinin təşəkkül tapmasında şair və mütəfəkkir Nizaminin misilsiz xidmətləri vardır.
AMEA Naxçıvan Bölməsində təşkil olunan “Şərqdən doğan ədəbiyyat günəşi Nizami Gəncəvi – 880” başlıqlı virtual sərgi görkəmli şairin yaradıcılığına maraq göstərən hər kəs üçün faydalı ola bilər. Burada Nizami Gəncəvinin əsərləri, müdrik kəlamları ilə yanaşı, onun həyat və yaradıcılığından bəhs edən kitablar, mətbuatda dərc olunan məqalələr, tanınmış şəxsiyyətlərin Nizami haqqında söylədiyi fikirlər və başqa materiallar nümayiş olunur.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Ardını oxu...

 

 

 

4 may 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab Rayon Heydər Əliyev Mərkəzi arasında onlayn tədbir keçirilmişdir.

Onlayn tədbiri Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ulviyyə Məmmədova açaraq mzeyin yaranması tarixindən danışmışdır.

Qeyd olunmuşdur ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli qərarı ilə yaradılmışdır. 1998-ci il 26 yanvar tarixində 387 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-ə yaxın eksponat mühafizə olunur ki, bunun da əsas hissəsini Naxçıvan qrupu xalçaları təşkil edir. Çıxışda həmçinin Naxçıvan qrupu xalçalarının yaranma tarixindən, bədii tərtibatından, özünə məxsus xarakter və keyfiyyətindən bəhs olunmuşdur.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi-tədqiqat sahəsində naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Bu şairlər içərisində Asim Yadigarın özünəməxsus yeri və rolu var. Asim Yadigar Azərbaycan ədəbiyyatının inkişafında, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasında və yeni ədəbi gəncliyin yetişməsində mühüm xidmətlər göstərib. Onun müxtəlif vəznlərdə 600-dən artıq şeiri çap edilib. Şairin rübailəri, qəzəlləri, təxmisləri, məsnəviləri klassik şeir nümunələri kimi böyük maraq kəsb edir. Asim Yadigar yaradıcılığında ümummilli lider Heydər Əliyevə həsr olunan “Heydər zirvəsi”, “Dədə Heydərim mənim” və “Gəldi ulu Heydərin İlham dühası, gəldi”, “Bir nurlu heykəl yarat”, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, “Azərbaycan bayrağına”, “Bir bayraq altında”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” kimi şeirləri ədəbi mühitdə siyasi lirikamızın ­gözəl nümunələrindəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənc­lər Fondu, Rəssamlar Birliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi tərəfindən birgə təşkil olunan rəsm müsabiqəsi Ağbulaq İstirahət Mərkəzində keçirilib.

Tədbirdəki çıxışlarda muxtar respublikada gənclərin yaradıcılıq qabiliyyətinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlardan bəhs edilib. Qeyd olunub ki, gənclərlə iş daim diqqətdə saxlanılır və yüksələn xətlə inkişaf etdirilir. Əlverişli yaradıcılıq mühitinin mövcudluğu onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarını təkmilləşdirməsi üçün əlavə imkanlar yaradır.

Ardını oxu...

Dünən Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Rayon Mədəniyyət Sarayında İftixar Piriyevin “Qanlı qızıl toy” əsəri əsasında hazırladığı tamaşanı rayon ictimaiyyətinə təqdim edib.
1964-cü ildən fəaliyyət göstərən Ordubad Rayon Xalq Teatrı muxtar respublikanın ilk xalq teatrı kimi zəngin repertuarı ilə hər zaman teatrsevərlərin rəğbətini qazanmış, teatr sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Özünəməxsus yaradıcılıq ənənələri olan teatr muxtar respublikada keçirilən mədəni tədbirlərdə uğurlu çıxışları ilə yadda qalmış, xalq teatrları muxtar respublika festivallarında iştirak edərək diplomlarla mükafatlandırılmışdır. 1989-cu ildə yaradılmasının 25 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının Əməkdar kollektivi” fəxri adına layiq görülmüşdür.

Ardını oxu...

Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Böyük Qafqaz zirvəsidir!

Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən uca zirvə yoxdur. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına dünya ədəbi və ictimai fikrini fəth etmək rekordu qazandırmışdır. Şərq ədəbiyyatında və Qərb ədəbi fikrində Nizami Gəncəvi ilə müqayisə ediləcək sənətkarlar çox deyildir.

Fikrimizcə, Qərbdə Nizami Gəncəvinin adını Homer və Şekspirlə, Rusiyada Lev Tolstoyla yanaşı çəkmək olar. Şərq ədəbiyyatında isə Nizami Gəncəvi əlçatmaz zirvə olaraq qalmaqdadır.

Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Böyük Qafqaz zirvəsidir!

Ardını oxu...

Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Tarixi qədim bir dövrü əhatə edən xalçaçılıq sənəti müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz növlərə ayrılıb. Bu məmulatlardan dəyələrin, çadırların, alaçıqların, habelə evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib. Nadir sənət nümunələrindən olan xalçaçılıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılması deməkdir.

Ardını oxu...

Dünən Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Aşıq Ələsgər yaradıcılığı” mövzusunda mühazirə oxunmuşdur.

Ardını oxu...

Yazın gəlişi ilə torpaqdan boylanan quşəppəyinin, nanənin, yarpızın ətri ətrafı bürüyəndə çöllərdə, dağlarda cacıq, mərəçüyüd, salmanca, unnuca, əvəlik, yemlik toplayan qadınlarımıza tez-tez rast gəlirik. Belə gözəl günlərdən birində Sədərək rayonunda Səkinəxatun nənənin qonağı olduq. Qərara gəldik ki, “Şir arxı”nın ətrafında, Vəli dağının ətəyində bitən can dərmanı bitkiləri birlikdə toplayıb evə gətirək, axşama – iftar süfrəsi üçün dadlı yeməklər bişirək. Səhərin saf havasını ciyərlərimizə çəkə-çəkə həmin ərazilərə üz tutduq. 

Ardını oxu...

Aprelin 23-də Nazirliyin təşkilatçılığı ilə hamiliklə bağlı keçirilən dəyirmi masada  milli-mənəvi dəyərlərimizin, tarix-mədəniyyət abidələrinin sosial şəbəkələrdə təbliğində və tanıdılmasında gənclərimizin potensialından səmərəli istifadənin yolları müzakirə edilmişdir.

Dəyirmi masanı nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açaraq bildirmişdir ki, dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir.

Ardını oxu...

Naxçıvan Musiqi Kollecində Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin sinif konserti təşkil edilib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək bildirib ki, dünyada özünəməxsusluğu, zənginliyi ilə seçilən Azərbaycanın musiqi mədəniyyəti çoxəsrlik inkişaf yolu keçib. Musiqi mədəniyyətimizin bugünkü inkişafı Üzeyir bəydən gələn milli musiqilərimizin nota salınması, xalq mahnılarının yaşadılması musiqi axtarışlarının nəticəsi, yaradıcı musiqişünasların yetişməsi, adlarını tarixləşdirən sənətkarların xidmətləri ilə bağlı olub. Müasir dövrdə də milli musiqimiz dövlətimizin diqqət və qayğısı ilə geniş şəkildə təbliğ edilir, yaşadılaraq gələcək nəsillərə ötürülür.

Qeyd edilib ki, musiqi mədəniyyətimizi müasir mərhələdə inkişaf etdirən, qoruyanlardan biri, kollecin  müəllimi olan Elman Əliyev uzun illərdir tələbələrinə öz mehrini saldığı milli musiqi alətimiz olan tarın incəliklərini, sirlərini öyrədir. Məhz bunun nəticəsidir ki, bu gün kollecimizdə qədim musiqi aləti olan, səsini dinlədikdə  qəlbimizə, ruhumuza işləyən tarda gözəl ifa edən gənclərimiz yetişməkdədir. Həmin gənclərdir ki, muxtar respublikamızda keçirilən tədbirlərdə fəal iştirak edirlər.

Sonda isə kollecin tələbələri S.Rüstəmov “Oxu Tar”, A.Gəray “Tarantello”, C.Cahangirov “Qəzəl”, V.A.Motsart “Rondo”, A.Diniku “Mart yallısı”və digər yerli,  xarici bəstəkarların əsərlərini ifa ediblər.

                                                                                 Aytac CƏFƏRLİ

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 9 fevral tarixli Sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində və Naxçıvan şəhərində ənənəvi “Xalq yaradıcılığı günləri” keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci il üçün iş planına əsasən bu ilin aprel-oktyabr aylarında keçirilməsi nəzərdə tutulan “Xalq yaradıcılığı günləri”ndə rayon (şəhər) Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələri əməkdaşlarının, eləcə də mədəniyyət müəssisələrinin yaradıcı kollektivlərinin iştirakı ilə xalq sənəti və folklor nümunələrinin, milli rəqs və mahnı sənətimizin geniş şəkildə təbliği, böyüməkdə olan gənc nəslə aşılanması məqsədilə mövcud pandemiyanın doğurduğu sosial vəziyyət nəzərə alınaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişlər aparılacaq.
Məlumat üçün bildirək ki, ilk olaraq Şərur rayonunda başlanan çəkilişlər, Ordubad, Kəngərli, Sədərək, Şahbuz, Babək rayonlarında və Naxçıvan şəhərində davam etdiriləcək. “Xalq yaradıcılığı günləri” ilə bağlı sonuncu çəkilişlər bu ilin oktyabr ayında Culfa rayonunda aparılacaq.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

1995-ci il noyabrın 15-də YUNESKO Parisdə keçirilən 28-ci sessiyasında  aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. Ölkəmizdə 1997-ci ildən etibarən  hər il aprel ayının 23-ü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan həm də 1996-cı ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür.

Ardını oxu...

21 aprel 2021-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Nizami Gəncəvinin ideal, ədalətli hökmdar konsepsiyası və insan haqları” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində özünəməxsus yer tutmuş nadir şəxsiyyətlərdəndir. Onun geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. 

Ardını oxu...

   21 aprel tarixindəAkademik Yusif Məmmədəliyevin Ev Muzeyində Zərdab Rayon Heydər Əliyev Mərkəzi ilə onlayn tədbir keçirilmişdir.

         ZOOM mobil tətbiqi vasitəsilə keçirilən tədbiri Akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin direktoru Elvira İbrahimova açaraq akademik Y.Məmmədəliyevin elmi fəaliyyəti haqqında məlumat vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”2009-cu il 9 fevral tarixli Sərəncamından sonra muxtar respublikanın bütün bölgələrində və Naxçıvan şəhərindəənənəvi “Xalq yaradıcılığı günləri” keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci il üçün iş planına əsasən, muxtar respublikada “Xalq yaradıcılığı günləri”nin keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən 2021-ci ilə aid müvafiq qrafik təsdiq edilmişdir. Qrafikə əsasən, bu ilin aprel-oktyabr aylarından keçirilməsi nəzərdə tutulan “Xalq yaradıcılığı günləri”ndə rayon (şəhər) Mədəniyyət şöbələrinin tabeliyindəki klub müəssisələri əməkdaşlarının, eləcə də mədəniyyət müəssisələrinin yaradıcı kollektivlərinin iştirakı iləxalq sənəti və folklor nümunələrinin, milli rəqs və mahnı sənətimizin geniş şəkildə təbliği, böyüməkdə olan gənc nəslə aşılanması məqsədilə mövcud pandemiyanın doğurduğu sosial vəziyyət nəzərə alınaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişlər aparılacaq.Xalq yaradıcılığı nümunələrinin təbliğ edildiyi videomateriallar nazirliyin “Yutub” (“YouTube”) kanalında mütəmadi nümayiş olunacaq.   

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, “Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyinin müzakirəsi keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının təsis edilməsinin 115-ci ildönümü münasibətilə dəyirmi masa təşkil olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərəkəvvəlcə Azərbaycan mətbuatının tarixinə nəzər salıb. Xüsusilə, XX əsrin əvvəllərində ölkədəmövcud olan mədəni inkişafdan, o dövrün tanınmış mətbuat orqanları və onların fəaliyyətindən bəhs edib.

Ardını oxu...

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2021-ci il 2 mart tarixli Sərəncam imzalamışdır. Adıçəkilən sərəncam Naxçıvanda incəsənət sahəsi və onun nümayəndələrinə böyük diqqətin bariz ifadəsi kimi ziyalılar və sənət adamları tərəfindən böyük razılıqla qarşılanır. 

Ardını oxu...

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi “Təhsil və mədəniyyət müəssisələrinin      qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na uyğun olaraq “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilmişdir. Müsabiqədə rayon və şəhər turlarında qalib gəlmiş məktəblilər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirmişdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  müxtəlif mövzularda rəsm müsabiqələrinin keçirilməsi artıq ənənə halını almşdır.  Bu gün yekun mərhələsini keçirdiyimiz “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqəsi belə tədbirlərdəndir. H.Məmmədli  bütün iştirakçılara təşəkkürünü  bildirmiş və onlara uğurlar arzulamışdır.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva və Səyyad Bayramov,  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Murad Babayev  keçirilən müsabiqənin əhmiyyətindən danışmış, bu cür tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməyində böyük rolu olduğunu vurğulamışlar.

Müsabiqədə Münsiflər Heyəti tərəfindən 1 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 2 nəfər üçüncü yerə layiq görülmüşdür. Sonda müsabiqə qalibləri Naxçıvan Dövlət Rəsm Qalereyasının  diplomları, fərqlənən müsabiqə iştirakçıları fəxri-fərmanları ilə təltif olunmuşlar.

 

 

 

 

 

 

 

 

 

 

20 aprel  tarixində  Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtar  respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün   interaktiv dərs keçirilmişdir.

Dərsi  muzeyin bələdçisi Rəfiqə Baxşıyeva aparmışdır. Dərs zamanı şagirdlərə muzeyin XIX əsrdən müasir dövrədək Azərbaycan ədəbiyyatını zəngin eksponatlar vasitəsilə özündə əks etdirən II ekspozisiya zalı haqqında dolğun məlumat verilibdir.

Vurğulanıb ki, ekspozisiya zalının ən görümlü guşəsi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevə həsr olunmuşdur. Şagirdlər guşədə nümayiş olunan və ulu öndər Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata göstərdiyi diqqət və qayğını özündə əks etdirən maraqlı eksponatlar haqqında məlumat əldə ediblər.

Ardını oxu...

20 aprel 2021-ci il tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalının yaranmasının 115-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Aytən Ələkbərova açaraq bildirmişdir ki, bu gün Mirzə Cəlil yaradıcılığının zirvəsi “Molla Nəsrəddin” jurnalının 115-ci ildönümü tamam olur. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Cəlil Məmmədquluzadə dühasının məhsuludur. 1906-cı il 20 apreldə tarixində “Sizi deyib gəlmişəm ey mənim müsəlman qardaşlarım” çağırışı ilə mübarizə meydanına qatılan jurnalın nəşri Azərbaycan ictimai fikir ədəbiyyatı və mətbuatı tarixində yeni dövrün - “Molla Nəsrəddin” dövrünün əsasını qoyur. Molla Nəsrəddin jurnalı türkün ana dilində, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi şəkildə yazılırdı. Qaniçən bəylər, xanlar, mülkədarlar,  mövhumatçı ruhanilər jurnalın kəskin satira hədəfinə çevrilirdi. Jurnal öz fəaliyyətini fasilələrlə 25 il davam etdirmiş, bu müddət ərzində 748 nömrəsi çapdan çıxmışdır. “Molla Nəsrəddin” jurnalının ədəbi məktəb mərhələsinə çatdırılması bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin təşkilatçılıq bacarığının və xüsusi ədəbi məharətinin nəticəsində mümkün olmuşdur.

Ardını oxu...

20 aprel 2021-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ixtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə təhsil alan tələbələrinə “Metodika və biblioqrafiya şöbəsinin iş funksiyası” mövzusunda açıq dərs keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Metodika və biblioqrafiya şöbəsinin iş funksiyası” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda məlumat-biblioqrafiya işinin müvəffəqiyətlə aparılması soraq-biblioqrafiya aparatının düzgün tərtib edilməsindən asılıdır. Kitabxana-biblioqrafiya biliklərinin təbliği, yəni oxuculara məlumat nəşrlərindən, kataloq və kartotekalardan sərbəst istifadənin öyrənilməsi məqsədi daşıyan bütün proseslər soraq- biblioqrafiya aparatı ilə bilavasitə əlaqədardır. Soraq biblioqrafiya aparatını kataloqlar, məlumat-ədəbiyyat fondu, kartotekalar, ödənilmiş arayışların arxivi təşkil edir. Şöbədə kartoteka sistemi tərtib edilərkən dövri mətbuat materialları KBT-yə əsasən elm sahələri üzrə təsvir olunur və sistemli şəkildə kataloq qutularına yerləşdirilir. Hər bir kitabxanada yaradılmış kartoteka sistemində diyarşünaslıq kartotekası da olmalıdır. Diyarşünaslıq kartotekasında kitabxananın fondunda muxtar respublikaya aid olan bütün dövri mətbuat və məcmuə materiallarının, bəzən də bu sahəyə aid olan kitabların ayrı-ayrı fəsillərinin analıtık təsviri verilməlidir. Məqalələri təsvir edərkən onların məzmununa, əhəmiyyətinə və dəyərliliyinə xüsusi fikir verilməlidir.

Ardını oxu...

Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır. Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 105-cü ildönümü tamam olur.

Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdıra bilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR