30 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün“Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu”mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. Sonra Heydər Əliyev Muzeyinin baş fond mühafizi Nərmin Cəfərova “Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda çıxış edib.

Qeyd olunub ki, ulu öndərimizin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Azərbaycanın son əlli ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz ümumilli liderimizin adı ilə bağlıdır.

Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxartmışdır.

Ardını oxu...

Gərəkdir, kitabı yalnız oxumaq xətrinə deyil, həm də nəticə çıxararaq öz fəaliyyətin naminə faydalanmaq, kamilliyə yetişərək cəmiyyət həyatında söz, fikir sahibi olmaq üçün mütaliə etməyi qarşına məqsəd qoyasan ki, bu işdən həm mənəvi zövq, həm də istədiyini ala biləsən. Odur ki, faydalı əsər seç və çalış onu hər incə detalınadək oxu. Qarşına çıxan fikirlər üzərində dərindən düşün. Düşün ki, suallar yaransın hafizəndə. Tapdığın cavablar, şübhəsiz, mövzunun məğzini açaraq məsələnin mahiyyətindən hali edəcək səni...

Gəlin yuxarıda sadalanan prizmalardan yanaşaraq “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan “Əli və Nino” romanının da mənəvi dünyamıza nələr bəxş etdiyini öyrənməyə çalışaq. Başlayaq romanın baş qəhrəmanı, hadisələri nəql edən Əli xan Şirvanşir obrazından. Diqqət yetirək onun xarakterinə, davranışlarına. Yəqin ki, çoxunuzun ağlına ilk olaraq Əlinin Ninoya olan sevgisi gəldi, elə deyilmi? Təbii ki, romanda bu amil özünəməxsusluğu ilə seçilir, ancaq paralel olaraq baş qəhrəmanın Şərq və İslam dəyərlərinə, mədəniyyətinə, doğma torpağına, elinə bağlılığı da mühüm nüans kimi diqqətimizdən yayınmamalıdır. Nümunə üçün “Müharibə – nə gözəl sözdür. Onda kişilik və qüdrət hiss olunur. Amma hər halda, mən burada qalmalıyam. Özümü düşmənin Vətənimizə, şəhərimizə və torpağımıza ayaq basdığı günə hazırlaşdırmalıyam”. Əsərin əvvəlindən sonunadək diqqət etsəniz, görərsiniz ki, baş qəhrəman bu sözləri, sadəcə, dildə deyil, əməlində də göstərir. Son nəfəsinədək sözünün arxasında durur. Vətənin dar günündə onu qoyub qaçmır. Nalayiq, xəyanətkar fikirlərə qarşı əyilməz sədd çəkir. Bəli, o fikirlərin ömrü uzun olur ki, onlar əməldə təcəlla etməyi bacarır. Odur ki, Əli kimi hər birimiz Vətənə, yurda olan məhəbbətimizi, sadəcə, fikirdə ifadə etməklə kifayətlənməməli, fəaliyyət sahəmizdən asılı olmayaraq, əməli işimizdə də göstərməli, böyüklərimizin təlqin etdiyi ailə dəyərlərini, adət-ənənələri qoruyub saxlamalıyıq.

Ardını oxu...

Qədim tarixə, zəngin mədəniyyətə malik olan xalqımızın musiqi mədəniyyəti əsrlərdən bəri enişli-yoxuşlu inkişaf yolu keçmişdir. XX əsri alimlər Azərbaycanın mədəniyyət və ədəbiyyatında qızıl bir səhifə kimi dəyərləndirirlər. Zaman keçdikcə qiyməti daha da artan bu səhifənin ən dəyərli incilərindən biri də Azərbaycan bəstəkarlarının yaradıcılıq yoludur. Dahi Qara Qarayevin tələbəsi olmuş bəstəkar Tofiq Bakıxanov da musiqi tariximizdə öz sözünü demiş, özünəməxsus yer tutmuş musiqi xadimlərindəndir.
Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli davamçılarından biri, çoxaspektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan, milli ənənələrə böyük məsuliyyət və ciddiliklə yanaşan, əsərlərində yüksək peşəkarlıq və orijinal yanaşma tərzi nümayiş etdirən, yaradıcılığı, əsasən, XX əsrin ortalarında formalaşmağa başlayan Tofiq Bakıxanov bu günədək, demək olar ki, operadan başqa, musiqinin bütün janrlarında əsərlər yazmış, musiqili səhnə əsərləri – baletlər, musiqili komediyalar, simfonik orkestr üçün, xor üçün əsərlər, instrumental musiqilər, kamera-vokal əsərlər və digərləri onun qələminin məhsulu olmuşdur. Zəngin yaradıcılıq irsi yaratmış bəstəkarın hər bir əsəri – istər irihəcmli, istərsə də kiçikhəcmli əsərləri olduqca qiymətlidir.

Ardını oxu...

Dekabrın 4-də Naxçıvan Dövlət Filarmoniyasında “Yallılar dünəndən bu günə” kitabının təqdimatı keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə açaraq bildirib ki, bu gün Naxçıvanda mövcud olan yallılarımızın araşdırılması, tədqiqi və təbliği istiqamətində təqdirəlayiq tədbirlər həyata keçirilməkdədir. 2018-ci ilin noyabr ayında “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəni siyasətin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur.

Ardını oxu...

Zamanın hökmünə sığmayan, dövrünü qabaqlayıb ondan irəlidə duran Hüseyn Cavid! Bəşəriyyətin qurtuluşuna çalışan səma şairi, gözəllikdən ilhamlanan Cavid Əfəndi! Bütün əsərlərində həqiqət axtaran, yerdəki topluma ucalardan uca göy idrakı aşılayan, ədalətsizliyə qarşı hər zaman barışmaz olan Hüseyn Cavid! Zamandan üstün bir zəka! Bu gün görkəmli səma şairimiz Hüseyn Cavidin xatirə günüdür!

Ardını oxu...

Bu gün müstəqil  respublikamızın inkişafı ilk  növbədə böyüyən  nəslin  tə­lim-tər­biyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Biz pedaqoqların, bütövlükdə maarif işçiləri qarşısında mühüm bir vəzifə durur: Azərbaycanı sevən, onun keşiyində duraraq ona xidmət edən, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək.

Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı biliklər sistemi XX yüzildə mütəfəkkir zəka sahibləri tərəfindən daha da inkişaf etdirilmiş, yeni ideyalarla zəngin­ləşdirilmişdir. Təbii ki, hər bir tarixi mərhələdə tərəqqipərvər insanları ilk növbədə vətəninə və xalqına bağlı yeni nəsillərin təlim-tərbiyəsi ciddi şəkildə düşündürmüş, bu səbəbdən elmi-estetik fikrin diqqəti birbaşa insan konsepsiyasına yönəlmişdir.

Təcrübədən də məlumdur ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçıların həyat və yaradıcılığının şagirdlərə öyrədilməsi onların vətəndaşlıq tərbiyəsinə, şəxsiyyət kimi formalaşması və inkişafına müsbət təsir göstərir. Bu baxımdan xalq şairi Məmməd Arazın ölməz əsərləri qiymətli pedaqoji ideyaları yaşadan bənzərsiz sənət örnəkləri olmaqla xalqımızın bədii-estetik yaddaşında xüsusi yer tutmaqdadır. Məmməd Arazın poeziyası başdan-başa vətənə məhəbbət, vətəndaşlıq ideyaları ilə yoğrulmuşdur. Müasir dövrümüzdə yetişən nəslin bu ideyalar ruhunda tərbiyələnməsi çox böyük əhəmiyyətə malikdir.

Məmməd Araz “Vətən mənə oğul desə” şeirində vətən qarşısında məsuliyyətini, borcunu, üzərinə düşən öhdəliklərini, vəzifələrini dərindən dərk etdiyini anladır. Sadəcə, Vətənin ona oğul deməsini özü üçün ən böyük xoşbəxtlik sayır, vətən qayalarında adi bir mamır kimi bitməsi də ona kifayətdir:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim-

Xəzanımdır, xəzanımdır, xəzanım.

Ardını oxu...

Naхçıvan Muxtar Respublikası zəngin tarixə, mədəniyyətə malikdir. Son bir qərinəyə yaxın dövr ərzində Naxçıvan tarixinin öyrənilməsi diqqət mərkəzində saxlanılıb, bu sahəyə böyük diqqət və qayğı göstərilməsi prioritet vəzifəyə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 23 avqust 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti və Elmi-Tədqiqat institutları üçün bina istifadəyə verilərkən demişdir: “Naxçıvanda yerin altı da, üstü də təbii sərvətdir. Naxçıvanda çox qədim tarixə malik olan mədəniyyət nümunələri aşkar edilib... Ona görə də bunların hamısının tədqiqata, araşdırmaya ehtiyacı vardır”.
Ali Məclisin Sədri tərəfindən 2005-ci il dеkabrın 6-da imzalanmış “Naхçıvan Muхtar Rеspublikasının ərazisindəki tariх və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamın icrası istiqamətində tədqiqatçıların qarşısında çox mühüm vəzifələr qoyulub, onların elmi fəaliyyətinin konkret istiqamətləri müəyyən edilib. Hər il olduğu kimi, cari ildə də AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsi tərəfindən bu istiqamətdə tədqiqatlar aparılaraq bir neçə abidə qeydə alınıb, kəşfiyyat xarakterli tədqiqatlar həyata keçirilib.

Ardını oxu...

Yeddi ildir, media sahəsində çalışan biri kimi, dəfələrlə ön xətdə çəkilişlərdə olmuşam, əsgər və zabitlərimizin xidməti fəaliyyətini işıqlandırmışam. Hər dəfə müqəddəs missiyanı yerinə yetirən oğullarla görüşə gedəndə eyni qürur və həyəcanla yola çıxmışam. Amma budəfəki səfərin mənim üçün ayrı bir mövzusu və yeri olacaqdı. Çünki onlar bizi Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Ağdama və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza çatdıran qalib Azərbaycan Ordusunun əsgərləridir. İndi biz onların sayəsində “Salam, Qarabağ, biz gəlmişik” deyə bilirik. Qalib əsgər barədə danışmağı, bu xoşbəxtliyi duymağı jurnalist taleyimə yazdığı üçün Uca Yaradana şükür edir və dağların başında yaşayan ərənlərlə görüşə tələsirəm. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Yuxarı Buzqov kəndi istiqamətindəki bölmələrində uca dağları, şiş qayaları özünə səngər seçib düşmənin qorxulu röyasına çevrilən Azərbaycan əsgəri barədə danışacağıq. Payızın sazaqlı küləyindən mətin, qışın soyuğundan sərt, qanında və  ruhunda  yenilməzlik olan qalib əsgər barədə... 

Cəhriçay boyunca yerləşən kənd­ləri bir-bir arxada qoyub üzü dağlara sarı gedirik. Sinəsi sis, dumanla örtülən, bəziləri isə payızın ilk aylarından etibarən bəyaz örpəyə bürünən dağlar, Azərbaycan əsgərinin od-ocağına, yurd-yuvasına çevrilən dağlar, siz necə də vüqarlı, əzəmətlisiniz. Ruhuma hakim kəsilən bu düşüncələrin müşayiəti altında Aşağı Buzqov kəndinə çatırıq. Bir neçə il bundan öncə “Şərq qapısı” qəzetinin arxivində “Sərhəd kəndlərində vəziyyət necədir?” sərlövhəli yazıya rast gəlmişdim. 1992-ci ildə qələmə alınan yazıda müəllif sosial problemlərlə yanaşı, işğalçı ermənilərin Buzqov və Gərməçataq kəndlərinə etdiyi aramsız hücumlardan da bəhs edirdi. Həmin vaxt Naxçıvanın sərhəd yaşayış məntəqələrində baş verən hadisələr ölkədəki xaosun, qeyri-sabit həyat tərzinin tərkib hissəsi idi.
İndi burada qış tədarükü üçün qovurma hazırlayanı da, payız meyvələrini toplayanı da, mal-qarasını örüş yerlərinə aparanı da, işlədiyi kənd məktəbinə və başqa dövlət qurumlarına gedib-gələni də görə bilərsiniz. Bir sözlə, həyat öz axarındadır. Ümumiyyətlə, bu kəndlərdəki sabitlik və ondan doğan inkişaf, tərəqqi başqa bir yazının mövzusudur. Artıq bir neçə saat bundan öncə şənini vəsf etdiyim dağlardakı dağ vüqarlı oğulların yanındayam. Bu dağları əhatələyən möhkəm səngərlər isə Azərbaycan əsgəri üçün, sanki qala divarlarıdır. “Əsgər və səngər” mənim üçün ən uğurlu qafiyələrdən biridir. Səngər əsgər üçün ev, düşmən üçün qazılan qəbirdir. Səngər kişinin əsgərdən döyüşçüyə çevrilmə nöqtəsidir. Əsgər burada dayanıb torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun, Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun. Mənə görə Vətən həm də əsgərdən başlanır. Bugünkü qalib əsgərdən. 2020-ci ilin payızını hər bir azərbaycanlı üçün əbədi yaddaşlara həkk edən, bu dövrü Qələbə fəslinə çevirən, əsgər, bizim üçün yeni bir mövsüm yaratdın. Əsgər fəsli! Xalqımıza elə bir sevinc, qürur, xoşbəxtlik yaşatdın ki, onun ölçüsü, tayı-bərabəri yoxdur. Bu sevgi nə övlad, nə valideyn, nə də ki yar sevgisinə bənzəyir. Bu sevginin adı Qarabağa qovuşmaqdır, Şuşanın əlindən tutub onu dirçəltmək, Xudafərinə yenidən can vermək, Azıx mağarasındakı əcdadlarımızın tarixi kökünə yenidən qayıtmaqdır. Bir sözlə, BÖYÜK QAYIDIŞdır.

Ardını oxu...

O, əsərləri sevilə-sevilə oxunan, dillər əzbəri olan, özünə ürəklərdə yer tapan bir sənətkardır. Sahilsiz ümmana bənzəyir yaradıcılığı. Ana təbiətin gözəlliklərinə, doğma Vətəninin dağına, daşına, torpağına, dərdinə, əzabına həsr etdiyi ahəngdar dil, təsvir və ifadə vasitələri ilə zəngin şeirləri, poemaları qəlbimizdə yaşayır. Nizamili, Füzulili, Sabirli keçmişi ilə vətəndaş, xəlqi, bəşəri şair kimi tanınıb. Zəngin və çoxşaxəli yaradıcılığı ilə milli ədəbiyyatımızda öz sözünü deyib.

Ardını oxu...

Dilimiz hər birimiz üçün müqəddəsdir. Bu dil anamızın, Vətənimizin dili, keçmişimiz, gələcəyimizdir. Azərbaycan dili varlığımızın təzahürü, milli sərvətimizdir. Təkamülümüzdə ana dilinin rolu misilsizdir. Doğma dilimizi qorumaq, onun zənginləşməsinə, inkişafına xidmət etmək hər bir vətəndaşın ən ümdə vəzifəsidir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “...Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə, onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ardını oxu...

Şifahi söz sǝnǝtinin ǝn qǝdim vǝ qiymǝtli incilǝrindǝn sayɪlan “Kitabi-Dǝdǝ Qorqud” eposu dünya xalqlarɪnɪn ǝn mǝşhur folklor abidǝlǝri ilǝ yanaşɪ durur. Yaranma tarixi, qǝlǝmǝ alɪnma dövrü, mǝzmun vǝ qayǝsi etibarilǝ seçilǝn, bǝşǝr mǝdǝniyyǝti tarixinin ǝn maraqlɪ sǝhifǝlǝri içǝrisindǝ özünǝmǝxsus xüsusiyyǝtlǝri, tǝkrarolunmaz cizgilǝri ilǝ fǝrqlǝnǝn “Kitabi-Dǝdǝ Qorqud” ulu torpağɪmɪzɪn tarixi vǝ qǝhrǝmanlɪq şǝhadǝtnamǝsidir.

Bu möhtǝşǝm ǝsǝr 14 ǝsr öncǝki dilimizin, mǝişǝtimizin, qǝhrǝmanlɪq tariximizin, ǝnǝnǝlǝrimizin, türklüyümüzün, oğuzluğumuzun ensiklopediyasɪdɪr. Bu şah ǝsǝrin ideya-mǝzmununa dǝrindǝn nǝzǝr saldɪqda aydɪn olur ki, oğuz elinin varlɪğɪnɪ, bütövlüyünü, müstǝqilliyini qorumaq, haqqɪn, ǝdalǝtin keşiyindǝ dayanmaq, xalqɪn mǝnafeyi, yenilmǝzliyi uğrunda mübarizǝ aparmaq onun qǝhrǝmanlarɪnɪn başlɪca amalɪ olub. Vǝtǝnimizin indiki şǝraitindǝ hǝr bir vǝtǝndaşɪnɪn, xüsusǝn dǝ hǝr bir gǝncinin bu xüsusiyyǝtlǝrǝ malik olmasɪ, onlara dǝrindǝn yiyǝlǝnmǝsi vacib vǝ zǝruridir.

Ardını oxu...

Bu yazını qələmə alanda fikrimdən keçdi ki, kaş Raqib sonuncu şəhidimiz ola...

Bu gəlimli-gedimli, son ucu ölümlü dünyada bir göz qırpımı qədərincə ömür yaşamışdı – 27 il. Ömrünün uşaqlıq çağları torpaqlarımızın Qarabağda işğal olunduğu illərə düşmüşdü; bütün xalqın faciəsi olan o illəri uşaqlıq illəri kimi keçirə bilməmişdi. Bəlkə də, düşmənə nifrət hissi qəlbində o vaxt yaranmışdı? Orta və hərbi məktəblərdə təhsil aldığı illərdə bu nifrət daha da güclənmişdi. Ömrünün son beş ilində artıq hərbçi kimi, bəlkə də, şəhid olmağa hazırlaşırdı... Həmin gün toz-dumana bürünən havanın rəngi bir az da bozarmışdı, elə bil, göy üzündəki buludlar da qapqara idi. Sanki mənhus və müdhiş bir xəbər alacağımızı demək istəyirdilər. Bir qədər sonra o xəbər bütün Azərbaycana yayıldı: Tərtər rayonunun Talış kəndi uğrunda döyüşlərdə bir neçə igid eloğlumuz şəhidlik zirvəsinə ucalıb. 2020-ci il Azərbaycan Vətən müharibəsinin ilk şəhidləri sırasında naxçıvanlı bölük komandiri, baş leytenant Raqib Hüseynov da var idi.
Yadıma türk şairi Məhmət Əmin Yurdaqulun misraları düşür:
Get, övladım, illərcə mən oğulsuz qalaram,
Bu yaralı bağrıma qara daşlar salaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!

Ardını oxu...

Noyabrın ayının 26-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə  təhsil alan tələbələrinə hamiliklə bağlı “Milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbə münasibətilə seminar iştirakçılarını təbrik edib.

O qeyd edib ki, mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında milli dəyərlərin öyrənilməsi, təbliği və tədqiqi sahəsində əldə olunan nailiyyətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası dayanır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, mərhum professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” və “Haqq divanı” kitablarının təqdimatı olub.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, professor Hüseyn Həşimli gərgin elmi araşdırmaları, fədakar əməyi sayəsində Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətləri, mövzu rəngarəngliyi ilə bağlı mühüm məsələləri araşdırıb üzə çıxarmış, bu istiqamətdə arxivlərdən, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və müxtəlif səpkili materiallar toplayıb, ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini ciddi tədqiq etmiş alim kimi yaddaşlarda həmişəlik yaşayacaq. Bu baxımdan tanınmış professorun Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, demək olar ki, ədəbi irsi öyrənilməmiş Ələkbər Qərib Naxçıvanlının yaradıcılığı haqqında etdiyi araşdırmalar, ortaya çıxardığı faktlar nadir tapıntılar sırasındadır.
İsmayıl Hacıyev qeyd edib ki, görkəmli alim Hüseyn Həşimli “Naxçıvanlı yazıçılar “Məktəb” jurnalında” monoqrafiyasında Naxçıvan ədəbi mühitinin bu tədqiq olunmamış nümayəndəsi haqqında daha geniş məlumat verib, Ələkbər Qərib Naxçıvanlının bədii irsindən bir neçə nümunəni, tərcüməçilik fəaliyyətini tədqiq edən məqalələri mətbuatda dərc etdirməyə müvəffəq olub. Tanınmış ədəbiyyatşünasın Ələkbər Qərib Naxçıvanlının həyat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti haqqında yazdığı, lakin sağlığında işıq üzü görməyən irihəcmli “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və “Haqq divanı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci ilin nəşr planına daxil edilib, dövlət qayğısı ilə işıq üzü görüb.

Ardını oxu...

Bu güc hərb tarixinə qızıl hərflərlə yazılacaq
(I yazı)

2020-ci il sentyabrın 27-dən erməni hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində başlayan aktiv döyüş əməliyyatları bu dəfə ordumuzun sərt cavab tədbirləri ilə bütün cəbhəboyu əraziləri əhatə etdi. Bu eskalasiyanın müddəti 44 gün çəkdi. Həmin vaxt ərzində Azərbaycan Silahlı Qüvvələri 300-ə qədər yaşayış məntəqəsi və strateji yüksəklikləri azad edərək o bölgələrdə nəzarəti tamamilə ələ aldı. Noyabrın 8-də Azərbaycan üçün tarixi, mədəni, mənəvi və strateji dəyəri olan Şuşanın alınması və növbəti gün 70-dən çox yaşayış məntəqəsi və bir sıra yüksəkliklərin azad edilməsi isə Ermənistan hərbi-siyasi rəhbərliyini şok vəziyyətinə salaraq kapitulyasiya imzalamağa məcbur etdi. Bəs II Qarabağ müharibəsi hərbi-taktiki baxımdan Azərbaycan Ordusunun gücünü necə xarakterizə edir? Doğrudur, bu müharibə hələlik bitməyib, aktiv döyüş əməliyyatları dayandırılıb və məlum bəyanatın şərtlərinin tam yerinə yetirilməsinədək münaqişənin siyasi mərhələsinə start verilib. Lakin müharibə tərəflərinin hərbi gücü ötən 44 gün ərzində bütün dünyaya məlum oldu.  

Hər şeydən əvvəl, tərəflər arasındakı hərbi qarşıdurma dünyanın əsas diqqət mərkəzində olmaqla yanaşı, təkcə siyasi institutlar tərəfindən deyil, həm də hərbi texnoloqlar və mütəxəssislər tərəfindən ciddi təhlil edildi, bununla bağlı müəyyən açıqlamalar verildi, analitik yazılar dərc olundu. Aydındır ki, istənilən müharibənin başlanması və yekunu siyasi qərarlardan asılı olsa da, bu cür qərarların verilməsində ən böyük rolu hərbi amil oynayır. Necə deyərlər, hərbi güc sülh üçün əsas meyardır. Azərbaycan da öz hərbi gücünə arxalanaraq özünün beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin etmək üçün imkanlarından istifadə etdi, eyni zamanda XXI əsrin döyüş bacarıqlarını ortaya qoymaqla müasir dünyaya necə döyüşməyin nümunəsini göstərdi. Ötən müddət ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin yüzlərlə tank, piyada döyüş maşınları, minaatan, müxtəlif çaplı artilleriya qurğuları, onlarla zenit-raket kompleksləri, radioelektron mübarizə vasitələri sıradan çıxarıldı, çoxsaylı hərbi texnikaları qənimət kimi ələ keçirildi. Düşmənin canlı qüvvə sarıdan itkiləri isə minlərlədir. Həm yerli, həm də əcnəbi mütəxəssislərin gəldiyi yekun rəy ondan ibarətdir ki, Azərbaycan Ordusunun qısa müddət ərzində bu nəticələri əldə etməsi çox böyük uğurdur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda birliyin nəzdində yeni yaradılan Gənc rəssamlar bölməsi üzvlərinin hesabat sərgisi və onlara üzvlük vəsiqələrinin təqdimatı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin nəzdində ilk dəfə olaraq yaradılan Gənc rəssamlar bölməsi muxtar respublikada rəssamlıqla məşğul olan gənclərin yoluna işıq olacaq. Buraya üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarımızla bir yerdə işləyə, fikir mübadilələri apara, yeni layihələr irəli sürə biləcəklər. Gələcəkdə onların sərgilərinin keçirilməsi də nəzərdə tutulur.

Ardını oxu...

Qarabağın qala qapısı, Azərbaycanın cənnətməkanı, Qafqazın təbiət muzeyi Kəlbəcər ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Sağından-soluna gedən ucsuz-bucaqsız sıldırımlı qayalarını, otuz mindən artıq təbii mineral bulaqlarını, ilin bütün fəsillərində yaşıl örtüyü ilə qəlbləri fəth edən mənzərəsini görən hər kəs haqlı olaraq Kəlbəcəri elə “təbiət muzeyi” adlandırır.
Füsunkar təbiətin əhatəsində qol-boyun olan sərhədsiz gözəllikləri, flora, faunası elə təbiətin ecazkar möcüzəsidir. Saysız-hesabsız xəzinəyə malik təbiət muzeyinin yeri bir başqa, səması da tamam başqa gözəlliklər olan Kəlbəcərdə deyirlər ki, 4 mindən artıq bitki növü bitir. Bunlardan da 200-ü dərman bitkisidir. Elə məhz bu özəllikləri, gözəllikləri ilə zəngin meşələr diyarı olan Kəlbəcəri “Yaşıl ada”ya da bənzətmək olar... Min illərin yamacları, düzləri, güllər-çiçəklər diyarı. Həmçinin sinəsində qaynayan yüzlərlə mineral bulaqlar da buranın təbiət muzeyinə bir töhfədir. Kəlbəcər adı səslənəndə yadımıza ilk olaraq nə düşür? Təbii ki, dillər əzbəri İstisuyu. Kəlbəcər ta qədimdən İstisuyu ilə məşhurdur. Min bir dərdin dərmanı olan İstisu akademik Mirəli Qaşqayın dili ilə desək: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə, xüsusilə fərqlənir. Bu su ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Zamanında İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Ardını oxu...

Zaman öz axarı ilə daim hərəkətdədir. Ötən zamandan qalan isə qurulub-yaradılanlardır. Bu xeyirxah missiyanı yerinə yetirən qurub-yaradanlara həmişə böyük ehtiram göstərilir. Son üç onillikdə muxtar respublikamızın bütün guşələri əsl tikinti meydançasına, bir qədər sonra müasir yaşayış məntəqəsinə çevrilib. Bu gün ən ucqar kəndlərimizdə belə, yaradılan şərait isə qədim diyarımızda bərqərar olmuş ictimai-siyasi sabitlik və bunun da məntiqi nəticəsi kimi sosial-iqtisadi inkişafın təmin edilməsidir. Babək rayonunun kəndləri də diqqət və qayğı ilə əhatə olunublar. Bu günlərdə yolumuzu həmin yaşayış məntəqələrindən birinə – Nəcəf­əlidizə kəndinə saldıq. Həmin ünvana getməmişdən əvvəl kəndin adının etimologiyası barədə bir az məlumat aldıq.
AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvanın oykonimləri” kitabında verilən məlumata əsasən kəndin adına XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid arxiv materiallarında rast gəlinir. 1936-cı ildə repressiyaya məruz qalan bu yaşayış məntəqəsinin adı Budenabad adı ilə əvəzlənsə də, özünə haqq qazandıra bilməyib. Hazırda kənd Nəcəfəlidizə adlanır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rasim İsmayılovun dediyinə görə, kənd əhalisi, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olur. Taxılçılığa xüsusi yer ayıran kənd sakinləri əsas gəlir mənbəyini də elə torpaqla bağlayıblar. Uzun müddət su azlığından əziyyət çəkən əhalinin əli torpaqdan soyumuşdu. Muxtar respublikamızda hər bir sahəyə göstərilən diqqət və qayğıdan öz payını alan bu yurd yeri Heydər Əliyev Su Anbarının tikintisi ilə özünün yeni dönəmini yaşamağa başlayıb. 2005-ci il dekabr ayının 19-da istifadəyə verilən Heydər Əliyev Su Anbarı susuz torpaqlarımızın su ilə təmin olunmasında böyük rol oynayır. Belə ki, anbar istifadəyə verildikdən sonra Babək rayonunun da suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb. Adıçəkilən yaşayış məntəqəsi də bu imkandan bəhrələnib.

Ardını oxu...

Zaman öz axarı ilə daim hərəkətdədir. Ötən zamandan qalan isə qurulub-yaradılanlardır. Bu xeyirxah missiyanı yerinə yetirən qurub-yaradanlara həmişə böyük ehtiram göstərilir. Son üç onillikdə muxtar respublikamızın bütün guşələri əsl tikinti meydançasına, bir qədər sonra müasir yaşayış məntəqəsinə çevrilib. Bu gün ən ucqar kəndlərimizdə belə, yaradılan şərait isə qədim diyarımızda bərqərar olmuş ictimai-siyasi sabitlik və bunun da məntiqi nəticəsi kimi sosial-iqtisadi inkişafın təmin edilməsidir. Babək rayonunun kəndləri də diqqət və qayğı ilə əhatə olunublar. Bu günlərdə yolumuzu həmin yaşayış məntəqələrindən birinə – Nəcəf­əlidizə kəndinə saldıq. Həmin ünvana getməmişdən əvvəl kəndin adının etimologiyası barədə bir az məlumat aldıq.
AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvanın oykonimləri” kitabında verilən məlumata əsasən kəndin adına XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid arxiv materiallarında rast gəlinir. 1936-cı ildə repressiyaya məruz qalan bu yaşayış məntəqəsinin adı Budenabad adı ilə əvəzlənsə də, özünə haqq qazandıra bilməyib. Hazırda kənd Nəcəfəlidizə adlanır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rasim İsmayılovun dediyinə görə, kənd əhalisi, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olur. Taxılçılığa xüsusi yer ayıran kənd sakinləri əsas gəlir mənbəyini də elə torpaqla bağlayıblar. Uzun müddət su azlığından əziyyət çəkən əhalinin əli torpaqdan soyumuşdu. Muxtar respublikamızda hər bir sahəyə göstərilən diqqət və qayğıdan öz payını alan bu yurd yeri Heydər Əliyev Su Anbarının tikintisi ilə özünün yeni dönəmini yaşamağa başlayıb. 2005-ci il dekabr ayının 19-da istifadəyə verilən Heydər Əliyev Su Anbarı susuz torpaqlarımızın su ilə təmin olunmasında böyük rol oynayır. Belə ki, anbar istifadəyə verildikdən sonra Babək rayonunun da suvarma suyuna olan tələbatı xeyli yaxşılaşdırılıb. Adıçəkilən yaşayış məntəqəsi də bu imkandan bəhrələnib.

Ardını oxu...

Tükənməz sənət imkanlarını göstərən xalçaçılıq həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən qiymətli el sənətidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Naxçıvan Muxtar Respublikasında xalçaçılıq qədim tarixə malik olan sənətkarlıq sahələrindən biri hesab olunur. Bu tarixə nəzər yetirdikdə aydın olur ki, uzun illər insanlar tərəfindən müxtəlif məqsədlərlə məişət əşyası kimi istifadə olunan xalçalar sonradan milli sənət nümunələrindən birinə çevrilmişdir. Naxçıvan xalçalarının ənənəvi naxışları, elementləri və rəng çalarları dünya şöhrəti qazanmış, bu qədim diyarda özünəməxsus xalçaçılıq məktəbi formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Proqramın giriş hissəsində deyilir: “Xalça sənəti tarixən Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparıcı sahələrdən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası son 25 ilə yaxın bir müddət ərzində çox böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən  məqsədyönlü və düşünülmüş siyasət, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində muxtar respublika aqrar regiondan Azərbaycanın inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Bu inkişaf özünü  elm sahəsində də qabarıq şəkildə büruzə vermişdir. Ümummilli  lider Heydər Əliyevin 7 avqust 2002-ci ildə imzaladığı Sərəncam ilə yaradılan  Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsi muxtar respublikada elmi-tədqiqat işlərinin sistemli şəkildə aparılmasında, elmin yüksələn xətt üzrə inkişaf etdirilməsində mühüm rol oynadı. Bundan sonra Naxçıvanda elmin müxtəlif istiqamətləri  üzrə tədqiqatlar aparılmağa başlandı, uğurlu nəticələr əldə olundu, çoxlu kitab, monoqrafiya, ümumiləşdirici əsərlər nəşr olunaraq elmi dövriyyəyə daxil edildi. Bu iş bu gün də uğurla davam etdirilməkdədir. 

Bu yaxınlarda Naxçıvanşünaslıq elmi xəzinəsi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası ilə zənginləşmişdir. Muxtar respublikanın 95 illiyinə həsr edilmiş və bu yubileyə layiqli töhfə olan monoqrafiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixdə imzaladığı Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın tələblərinə uyğun olaraq hazırlanmışdır. Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri iqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədov, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

Ardını oxu...

Bu gün informasiyalaşma əsrində kitabın və mütaliənin sosial əhəmiyyətinin getdikcə artdığını hamımız görürük. Biliklərə olan tələbatın artması kitabın yeni mövcudluq formalarının da meydana gəlməsinə, inkişafı və yayılmasına zəmin yaradır. Mütaliə mədəniyyətinin mühüm tərkib hissəsi oxuduqlarımızın qavranılması, başa düşülməsi və şərh edilməsidir. Qavramanın səviyyəsi isə şəxsin oxucu kimi dünyagörüşündən, təhsilindən, bacarıq və təcrübəsindən də xeyli dərəcədə asılıdır. Mütaliə mədəniyyəti, oxu mədəniyyəti dedikdə hər hansı konkret fəaliyyət üzrə mədəniyyət nəzərdə tutulur. Bu da, əsasən, oxucuların informasiya əldə etməsi və bu informasiyanı yeni biliyə çevirmək qabiliyyətidir. Muxtar respublikamızda son illərdə insanlarda, xüsusən də gənclərdə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sırada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunmasını xüsusi vurğulamaq lazımdır. Bu siyahı 30 kitabla təsdiq olunmuşdu. Sonra isə 3 kitab da əlavə edilib. Həmin siyahıda görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı da var.

Ardını oxu...

Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşanı düşmən tapdağından azad edib.

Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 72 il ötür.

Yeri gəlmişkən qeyd edək ki, hər il sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Təəssüflər olsun ki, bu il bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı dahi bəstəkarın adını daşıyan festival və çoxsaylı tədbirlər təxirə salınıb. Məhdudiyyətlərə baxmayaraq yenə də, Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olunub, həmçinin mədəniyyət tariximizin bu əlamətdar günü Beynəlxalq Muğam Mərkəzi (BMM) və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsinin təqdimatı ilə yadda qalıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində  yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb. 

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.

Ardını oxu...

Əvvəllər payız fəsli olanda çox darıxardım. Çünki payız mənə ömrün xəzan çağını xatırladırdı. İndi isə payız təkcə mənim üçün deyil, bütün xalqımız üçün azadlığa qovuşmağın, illərin həsrətinin bitməsinin və yenidən bütün gücümüzlə qalibiyyət qazanmanın təməlinin qoyulduğu bir fəsildir. Bu payız bizim üçün, sözün əsl mənasında, “qızıl payız” oldu. Bu payız zəfərimizin ilk baharı oldu.Yenə ağaclar yarpaqlarını tökür, otlar, çiçəklər quruyur, torpağa qarışır. Onlarla birlikdə həsrətimiz, kədərimiz də yox olur. Artıq Qarabağ yeni, azad baharını yaşayacaq. Bu baharda bütün ağacların, otların, çiçəklərin ətri eyni olacaq. Çünki onlar azadlıq qoxusu verəcək.

Bir rəsm çək, ey türk oğlu!
Tarlalar bir başqa hazırlansın bahara
Təbil zurna səsi gəlsin obalardan
Şahə qalxsın Qarabağın atları
Cıdır düzü qız-gəlinin səsi ilə bəzənsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında 10-dan çox balıqçılıq təsərrüfatı fəaliyyət göstərir, onlar əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmağa çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə biləcək yüksəkkeyfiyyətli balıq sortlarının yetişdirilməsi üçün əlverişli təbii şərait yaradılıb. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər də bu qiymətli qida növünün çoxaldılmasına imkan verir. 

Əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən bu tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır. Bununla yanaşı, muxtar respublikada balıq və digər su resurslarının qorunması, bərpa və mühafizəsinə də xüsusi diqqət yetirilir. Hazırda Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılır, süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Bütün bunların nəticəsində balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən oktyabr ayında da mədəni tədbirlərin keçirilməsi davam etdirilmişdir.
Ay ərzində əlamətdar və tarixi günlərlə, eləcə də görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər diqqətdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Müstəqilliyə gedən yol Naxçıvandan başlayır”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və Naxçıvan Musiqi Kollecində “Dövlət Müstəqilliyi Günü” adlı tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Dahi dramaturq-şair Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar ədibin Naxçıvan şəhərindəki ev-muzeyində “Hüseyn Cavid Poeziya Günü” adlı tədbir keçirilmişdir.

Ardını oxu...

“Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ümummilli liderimiz Heydər Əliyevin bu cür yüksək qiymət verdiyi muğamlarımızın xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq bütöv Azərbaycana yayılıb, xalqımızın qanına, canına, yaddaşına hopub.
Muğamlar əsrlərboyu böyük inkişaf yolu keçərək xalqımızın mənəvi dəyərlərini və nailiyyətlərini özündə əks etdirir. Tarixi çox qədim olan muğamlarımız Azərbaycan musiqi mədəniyyətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə qədər gəlib çatmış nadir sənət nümunəsidir. Bir çox muğam ifaçılarının parlaq fərdi istedadı və bir sıra digər cəhətlər muğamlarımızın ayrı-ayrı bölgələrimizdə müxtəlif inkişaf yolu keçdiyini təsdiq edir. Bütün bunlar muğamların fərqli ifa variantlarının meydana çıxmasına və onun daha da zənginləşməsinə şərait yaradıb.
Bu qədim sənəti daha da zənginləşdirən Azərbaycan muğam məktəbləri olub. Muğam ifaçılığının yayılması və ifaçıların peşəkarlığının artırılması XIX əsrin əvvəllərindən başlayaraq bir çox şəhərlərdə, xüsusilə Şuşada inkişaf edib. Keçmiş zamanlardan Qarabağda müxtəlif musiqi-muğam məclisləri fəaliyyət göstərib. Bu məclislər muğamı inkişaf etdirib, onun yeni-yeni qollarının, şöbələrinin yaranmasına rəvac verib, muğamın dinlənmə coğrafiyasını daha da genişləndirib. Muğamın bu cür inkişafı XIX və XX əsrlərin əvvəllərində Azərbaycan musiqiçilərinin peşəkar inkişafına təkan verib.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tanınmış dekorativ sənət rəssamı Aygün Nağıyevanın yaradıcılıq sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq əvvəlcə tədbir iştirakçılarını Azərbaycan xalqını Böyük Qələbə Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində 30 ilə yaxın vaxt keçsə də, xalqımız, nəhayət, öz haqq savaşında qalib gəldi. Bu qələbə bizim tariximizlə bərabər, mədəniyyətimizin və milli qürurumuzun da qələbəsi oldu.
Qeyd edilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda bir çox mədəniyyət müəssisələri, o cümlədən dövlət teatrları, filarmoniyalar, muzeylər, kitabxanalar, rəsm qalereyaları, konsert salonları, kino müəssisələri, mədəniyyət sarayları, həmçinin Bəstəkarlar Təşkilatı, Rəssamlar Birliyi, Yazıçılar Birliyi fəaliyyət göstərir. Günün tələbləri səviyyəsində işlərini qurmağa çalışan mədəniyyət ocaqlarında hər il yeni tamaşa və konsert repertuarları hazırlanır, xalqımızın tarixi, adət-ənənələri öyrənilir və təbliğ edilir, incəsənət nümunələri yaradılıb inkişaf etdirilir. Yaradılan şərait istedadlı insanların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olur. Naxçıvan mədəniyyəti həm də dünyanın digər ölkələrində beynəlxalq sərgi, festival və müsabiqələrdə uğurla təbliğ edilir.

Ardını oxu...

27 sentyabr II Qarabağ müharibəsi başlayanda ilk yazımın adını hamının ürəyindən xəbər verərək növbəti yazımız Qarabağın işğaldan azad olması diləyilə yazmışdım. Bu yazı da həmin o növbəti yazıdır. Tarixi günə həsr olunan qələbə yazısı. “Qarabağ Azərbaycandır!” fikrinin rəmziləşdirdiyimiz mütləq zəfərinin tarixləşən günüdür. 10 noyabr Günüdür. Qələbəylə zəfərin birləşdiyi çağdır. Və ən nəhayət, 28 ildir, “Qarabağ Azərbaycandır!” təsdiqini dünyaya bəyan etməyə çalışdığını, 44 gündə başlayan azadlıq mübarizəsində ədalətli, mətanətli, güclü, dəyanətli mübarizəsi ilə bəyan etdiyi gündür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində olublar.

Ardını oxu...

1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

Ardını oxu...

Vətən! Bir ovuc torpağında sənin ətrin, sənin nəfəsin, bir yudum suyunda sənin nəğmən, sənin səsin, sənin varlığın var. Neçə ilə, qərinələrə, əsirlərə, min­illiklərə şahidlik edən ağ örpəkli, yaşıl yamaclı dağların var. Qayalarda qəddi əyilməyən, harayını sinəsinə sipər çəkən babaların əl izləri, ürəyi dağlı nənələrin sığalı var. Hər daşında canlı tarix, qan yaddaşı, ölümsüz əsərlərin var. Uğruna ananın bircə oğlunu fəxrlə ölümə göndərdiyi, rəşadətin, şəhadətin var. Bir qarış torpağından keçməyən, ölümün gözünə dik baxan qəhrəmanların, şəhidlərin var.
Özün boyda bir sevgi var. Dili susdurub, ürəyi danışdıran bir sevgi. O sevgi ki səni canlandırır, səni yaşadır, sənə aparır. Bir ehtiras, bir qucaq var. Coşan qanım, titrəyən qəlbim səni səsləyir, səni gözləyir. Özün qədər güclü nidaların, müqəddəs cihadların var. Ayaq izlərimizi arzulayan, sevgidən alovlanan Vətən həsrəti, yurd intizarı bizi səsləyir, bizi çağırır. Bu çağırış zəfərin inamıdır. Qələbənin ruhudur. Anamız, andımız Vətən torpaqlarına canımızla, qanımızla, mərdimizlə, igidimizlə, qürurumuzla, duyğumuzla, varlığımızla yol almışıq, sənə çatan günlərimiz çox yaxındadır...

- Türkan HÜSEYNLİ

Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşdırılmasında kompleks dövlət tədbirləri həyata keçirilir. Xüsusilə bu sahədə ən mühüm ekoloji amil olan yaşıllıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə massivlərinin, meyvə bağlarının salınması üçün tədbirlər icra edilir. Həyata keçirilən dövlət ekoloji tədbirləri və bu sahədə müşahidə olunan vətəndaş fəallığı nəticəsində son 27 ildə meşə və yaşıllıqların sahəsi 0,6 faizdən 20 faizə qədər artmışdır.

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları çərçivəsində, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız olan, müxtəlif dərəcədə eroziyaya məruz qalmış və meyilli (təpəlik) ərazilərdə, çay vadilərində, yol və sututarların kənarlarında, ümumilikdə, 100 hektarlarla sahədə meyvə bağları, o cümlədən cəviz, badam, ərik, alma, şaftalı, tut, iydə bağları salınmışdır. Onu da qeyd etmək lazımdır ki, kəskin kontinental iqlimə malik olan, yağıntıların azlığı, günəşli günlərin çoxluğu ilə səciyyələnən muxtar respublikamızda yaşıllıqların salınması ilə bərabər, onun becərilib saxlanılması da əsas şərtdir. Sevindirici haldır ki, hər il yaşıllıqların salınması muxtar diyarımızda gözəl ənənə halını almışdır. Demək olar ki, hər kəs bu fəaliyyət sahəsinin təkcə maddi deyil, həm də mənəvi dəyərini yaxşı dərk edir. Məhəmməd Peyğəmbər hədislərinin birində belə buyurur: “Əgər bir saat sonra qiyamətin qopacağını bilsəniz, əlinizdəki, fidanı yerə basdırın”. Bu, dinimizdə ağaca, yaşıllığa verilən dəyərin ifadəsidir.

Ardını oxu...

Azərbaycanın çox əlverişli geosiyasi mövqedə yerləşməsi, yeraltı və yerüstü sərvətlərinin zənginliyi istər qonşu dövlətlərin, istərsə də xarici imperiyaların diqqətini tarixən özünə cəlb edib, onlar işğal etmək üçün fürsət axtarıblar.
Azərbaycana marağı olan imperiyalardan biri də Ərəb Xilafəti idi. Xilafət qoşunları 642-ci ildə Azərbaycanın sərhədlərini keçərək 651-ci ildə Sasanilər imperiyasının varlığına son qoydular. Sasani imperiyasından asılı olan Atropatena və Albaniyanın əraziləri də Ərəb Xilafətinin tərkibinə qatıldı. İlk vaxtlar ərəblər işğal etdikləri ərazilərdə yumşaq vergi siyasəti həyata keçirirdilər, sonra vergi və mükəlləfiyyətlərin ağırlığı, ərəblərin köçürmə siyasəti əsarətdə olan xalqların etiraz çıxışlarına və üsyanlarına səbəb oldu, Beyləqanda Müsafirin başçılığı altında 748-ci ildə başlanan üsyan tezliklə yatırıldı. Mənbələrdə “əl-müxəmmirə” – “qırmızı geyinmişlər” adı ilə məşhur olan Xürrəmilərin ərəblərə qarşı ilk çıxışları 778-ci ildə baş verdi. Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik sükutdan sonra “qırmızı geyinmişlər”in 796-797-ci illərdəki üsyanları da uğursuz oldu. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə Xürrəmilər azadlıq rəmzi olan qırmızı bayraq qaldırıblar. Ərəb tarixçisi ət-Təbərinin verdiyi məlumata görə, Xürrəmilərin 808-809-cu illərdə baş verən çıxışları İsfahan, Rey, Həmədan və başqa ərazilərdə yüz mindən artıq üsyançını əhatə edirdi. Bu çıxışlar da uğursuz olmuş, saysız adam öldürülmüş, çoxlu əsir tutulub Bağdad bazarında satılmışdır. Mənbələrdən məlum olur ki, 816-cı ildə Xürrəmilərin rəhbərləri olan Cavidanla Əbu İmran arasında çəkişmə və ədavət açıq döyüşdə hər ikisinin ölümü ilə nəticələnmişdi.

Ardını oxu...

“...Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Xalqımızın sabitlik və rifah içində yaşamasıdır. Ona görə də milli mədəni irsimizə qayğı göstərməklə yanaşı, dövlət müstəqilliyimizin də qədrini bilməli, onu qorumalı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışmalıyıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi bu fikirlər milli dəyərlərə bağlılığın gözəl nümunəsi sayılmaqla, həm də gələcək inkişafımızın istiqamətini özündə əks etdirir.
Milli dəyərlərə konkret nəzəri tərif vermək mümkün olmasa da, bəşər mədəniyyətinin tarixi inkişaf yolunu araşdıran alimlər sübut edir ki, istənilən cəmiyyətdə dəyərlərin yaradıcısı xalqdır. Təbii ki, hər bir xalqın tarixi və etnoqrafiyası, mədəniyyəti, cəmiyyətin inkişafına baxışı fərqli və yaxud qismən fərqli olsa da, bu, özlüyündə ümumi bir dəyərlər sistemi formalaşdırır. Məhz bu sistemdə onun dövlətçilik ənənələri formalaşır, həyata baxışı zənginləşir, gələcək inkişafının təməli qoyulur. Buna görə də milli dəyərlər məfhumunu dar çərçivədə düşünmək mümkünsüzdür. Dünya xalqlarının bir çoxunda müəyyən zamanlarda bu və ya digər dərəcədə dəyərlərin aşınması prosesi gedib. Və bu prosesdə yalnız milli və mənəvi dəyərlərə mental bağlılıq xilas yolu kimi seçilib. Yadımıza salaq, ötən əsrin 90-cı illərində SSRİ-nin süqutundan sonra postsovet məkanında müstəqilliyini elan etmiş respublikaların, demək olar ki, hamısında, eləcə də Azərbaycanda Qərb dəyərlərinin kütləvi idxalı üçün heç bir maneə qalmamışdı. O zaman çoxları bu təhlükəli tendensiyanın fərqinə varmırdı. Qapalı imperiyanın süqutundan sonra sərhədlərin açılması, digər ölkələrlə əlaqələrin yaradılması təkcə iqtisadi və mədəni baxımdan deyil, eyni zamanda sosial, dini, mənəvi tərəfləri ilə də diqqət çəkirdi. Artıq qloballaşma dövrü başlamışdı. Əslində, qloballaşma fərqli tarix və mədəniyyətlərə, dəyərlərə malik ölkələrin bir-biri ilə qarşılıqlı münasibətləri baxımından çox əhəmiyyətli inteqrativ prosesdir. Ancaq dəyərlərin belə, siyasiləşdiyi müasir dünyada qloballaşma bəzən elə bir vasitəyə çevrilir ki, yeniliklərin qəbulu mental bağlılıqların sıradan çıxması hesabına baş verir. Doğrudur, bu proses ani olmur, bəzən onilliklərə başa gəlir. Ancaq fakt ondadır ki, mənəvi aşınma, bəzən dəyərlərin qorunması və təbliğindən daha sürətlə gedir.

Ardını oxu...

Türkiyə və Azərbaycan arasında elmi əlaqələrin inkişafı çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq Ankara Qazi Universiteti rektorluğunun rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ildönümünə həsr olunmuş “XII Beynəlxalq dünya dili türkcə” onlayn simpoziumu təşkil edib.
Hər il ənənəvi olaraq Türkiyənin müxtəlif universitetlərində keçirilən bu simpoziumda müxtəlif ölkələrindən tanınmış dilçi-alimlər iştirak edir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad son illər misli görünməmiş dərəcədə inkişaf yolu keçmişdir. Bu gün rayonun ən ucqar yaşayış məntəqələri olan Nəsirvaz, Nürgüt, Xur, Ələhi, Tivi, Bist, Parağa, Üstüpü, Baş Dizə, Çənnəb, Gənzə və digər kənd­ləri öz müasir görkəmi ilə göz oxşayır. İnşa olunan məktəblər, kənd və xidmət mərkəzləri, tibb ocaqları, çəkilən yollar rayon sakinlərinin rifah halının daha da yüksəldilməsinə xidmət edir. Buraya rabitə, elektrik, qaz təsərrüfatı infrastrukturlarının insanlara fasiləsiz surətdə xidmət göstərildiyini də əlavə edə bilərik. 

Muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad rayonu üçün də müstəqillik illəri bir-birindən uğurlu gəlir. Təkcə ötən il rayonda baş vermiş yenilikləri sadalamaq kifayətdir ki, nail olunmuş inkişaf və tərəqqinin miqyası anlaşılsın. Dəstə kəndində inşa olunan 900 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, əsaslı surətdə yenidən qurulan 550 metr uzunluğundakı kənddaxili yollar, Dırnıs kəndində istifadəyə verilən “Allahşükür məscidi”, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması, Ordubad şəhərində, Şəhriyar qəsəbəsində kanalizasiya və içməli su xətlərinin çəkilməsi, Ordubad Rayon İcra Hakimiyyətinin və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binalarının əsaslı surətdə yenidənqurmadan sonra istifadəyə verilməsi 2019-cu ilin ərməğanlarından olub. Bu ilin ötən ayları ərzində rayon ərazisində 25 müxtəlif təyinatlı obyektin tikintisi və yenidən qurulması başa çatdırılıb, 34 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Bu ilin yanvarında isə Vənənd kəndində musiqi məktəbi, kənd və xidmət mərkəzləri, məktəb binası, həkim ambulatoriyası, Dəstəbaşı-Vənənd avtomobil yolu, Darkənddə qədim su dəyirmanı istifadəyə verilib. Bu il Dəstə Radio-Televiziya Ötürücü Stansiyası binasının tikintisinin başa çatdırılması informasiya və rabitə xidmətlərinin daha keyfiyyətlə göstərilməsini təmin edib.

Ardını oxu...

Akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xanəli Kərimli haqqında söylədiyi “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir... Onun vətəndaşlıq qayəsinin poetik ifadəsi şeirlə ifadə olunmuş şüarçılıq yox, can yanğısından doğan şair narahatçılığıdır” qənaətini şairin bütün yaradıcılığına şamil etmək olar. “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı...”, “Mənə elə gəlir ki”, “Duyğularım, düşüncələrim”, “Payız duyğuları”, “Əhlət daşı” (Türkiyə) kitablarında oxuculara təqdim olunan şeirlərdə bu qənaət öz təsdiqini tapır.

Ardını oxu...

Muxtar respublikamızın gündəlik siyasi, ictimai, sosial həyatının aynası “Şərq qapısı” qəzetinin növbəti sayını açan kimi (bütün saylarını mütləq oxuyuram) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam mənim də Naxçıvanımızın görkəmli səhiyyə xadimi ilə bağlı xatirlərimi oyatdı. Sərəncamı oxuyarkən qeyri-ixtiyari sevinc və fərəhdən doğan qəhər hissi keçirdim. Sevindim ona görə ki, ölkəmizdə, onun qədim diyarı Naxçıvanımızda Vətən və xalq üçün, cəmiyyətin maariflənməsi, mədəniyyəti, sağlamlığı yolunda ömrünü şam kimi əridən hər kəsin fəaliyyəti dəyərləndirilir. Ümummilli liderimiz Heydər Əliyevin insanların sağlamlığı keşiyində dayanan səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirmək ideyaları bu gün də müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən davam və inkişaf etdirilir.

Sevindim ona görə ki, Ali Məclis Sədrinin bu sərəncamı mənim illərlə – ilk əmək fəaliyyətinə başladığım gündən təqaüdə çıxana qədər tibb bacısı çalışdığım, indiki Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkim, sonra 9 il səhiyyə naziri işləmiş, bu gün də böyük ehtiramla yad etdiyim nüfuzlu el ağsaqqalı, bacarıqlı səhiyyə təşkilatçısı, fəaliyyəti, davranışı, etikası, mədəniyyəti ilə böyük hərflə yazmağa cəsarət etdiyim bir Azərbaycan kişisinin 100 illik yubileyi haqqında idi!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ədibin Naxçıvan şəhərindəki ev-muzeyi və xatirə kompleksində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb. Nazir çıxışında milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış görkəmli söz ustadının həmişəyaşar yaradıcılığından bəhs edib, Hüseyn Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından söhbət açıb.
Böyük Cavidin, onun yaradıcılığının xalqımıza qaytarılmasında və təbliğində ümummilli lider Heydər Əliyevin rolundan söhbət açan nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində şairin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olunub. Dahi rəhbərin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb.

Ardını oxu...

Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı, böyük ideyalar şairi, türkçülük və turançılıq hərəkatının Azərbaycanda ən layiqli davamçılarından, fəlsəfi fikir əfəndisi Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkardır. Çoxlarından fərqli olan Hüseyn Cavid zamanın estetik düşüncəsinə və dünya fəlsəfəsinin problemlərinə, insan bəşər-kosmos amilinə müvafiq hərəkət edirdi. Bu mənada, o, öz müasirləri ilə eyni dövrün sözçüsünə bənzəmirdi. Yaradıcılığa şeirlə başlayan ədib Naxçıvanda görkəmli maarifçi və tanınmış şair Məhəmməd Tağı Sidqinin “Tərbiyyə” məktəbində şagird ikən “Gülçin” və Salik təxəllüslü şeirləri ilə ədəbiyyat aləmində tanınmışdır.

Ardını oxu...

Qarabağdan səsi gələn igidlərim var olsun,  

Xankəndinə  gedən yolda Allah sizə yar olsun,

Torpağımı tapdalayan düşmən tar-mar olsun.

Xarı bülbül  tənha  qalıb  həsrətindən solubdur,

Uğur  olsun ey  əsgərim, bu yol Şuşa yoludur!

 

Qubadlıda  izim qalıb, ata yurdum öz  yerim,

Kəlbəcərə sözüm qalıb,  istəmirəm  söz verim,  

İstisuda  gözüm qalıb,   istəyirsən göz verim.

Laçınımın qəlbi qırıq,  gözü yaşla dolubdur,

Uğur  olsun ey  əsgərim, bu yol Şuşa yoludur!

 

Murovdağda  zəfər çaldın yayıldı səs-sorağın,

Füzuliyə yol açıldı mübarəkdir ayağın,

Xudafərin  çox gözləyib Azərbaycan  bayrağın.

Arazımın üzü güldü, ürək sözlə doludur,

Uğur olsun ey əsgərim, bu yol Şuşa yoludur!

 

Yaradandan qüvvət aldın,  O  qoruyur sizləri,

Gəncəmizin göz yaşları yaraladı bizləri,

Xocalıda   al qisası, qoyma  qalsın  izləri.

Vur əsgərim, vuran qolun Şah İsmayıl qoludur,

Uğur olsun ey əsgərim, bu yol Şuşa yoludur !

 

Şəlalə Cabbarova

Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi

AMEA Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ildəki nəticələrinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisində 15 ildən artıqdır ki, arxeoloji qazıntılarını davam etdirir. Akademik Plovdağ, Aza, Dəlmə qalada aparılan tədqiqatların uğurlu nəticələrinin müxtəlif illərdə işıq üzü görən monoqrafiya və elmi məqalələrdə öz əksini tapdığını deyib.

Ardını oxu...

Dilimizdə əzbər olan bir deyim var: “Vətən sərhəddən başlayır”. Bu gün uğrunda böyük qəhrəmanlıqla döyüş meydanına atılan ərənlər elə o sərhədlərimizin bərpası yolunda canlarını qurban verərək tarix yazırlar. Damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımızın ürəyi sərhədlərimizdə döyüşən əsgərlərimizlə bir vurur. Xalqımızın, dövlətimizin şərəf və qürur tarixi yazılan bu məqamda Şahbuz rayonunun mənfur düşmənlə sərhəddə yerləşən yaşayış məntəqəsi olan, illər öncə düşmənlər tərəfindən dəfələrlə güllə atəşinə tutulsa da, itki versə də möhkəm dayanan, bu gün düşmənə gözdağı olan Şada kəndinə üz tuturuq. 

Öncə onu deyək ki, tarixi mənbələrdə “Şada” adının 1590-cı ildə Dərə Şahbuz nahiyəsində qeydə alınması barədə məlumatlar var. Bəzi tədqiqatçıların mülahizələrinə görə, bu ad qədim türk mənşəli Şato tayfasının adını əks etdirir. XII-XIII əsrlərdə Orta Asiyada baş vermiş siyasi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnən Şato tayfası Azərbaycana oğuzlarla gəliblər. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun ehtimalına görə, bu ad türk mənşəli “şad” sözünə “a” şəkilçisi artırılması yolu ilə yaranıb. “Şad” sözü qədim türk və uyğur xaqanlığında titul mənasında işlənib. Vaxtilə türklər ordu qəhrəmanı, ordu başında duran igidə “şad” deyiblər. Bu söz qədim türklərdə həm də tayfa adıdır. Türk mənşəli Şada, Şadı tayfası müxtəlif ərazilərdə maldarlıqla məşğul olub...

Ardını oxu...

Əvvəl zaman içində Qarabağda xan nəslindən olan Ağabəyim adlı gözəl, işvəli-nazlı bir şairə yaşarmış (Qarabağ xanı İbrahimxəlil xanın qızı). Şeirli-sözlü şairə təbiəti bir başqa cür sevərdi. Dağ döşündə əsrarəngiz görünən yamaclar, düzlər, ətəklərdə bitən güllər-çiçəklər, heyranedici, füsunkar gözəlliklər onun həyat enerjisini yüksəldər, əhval-ruhiyyəsini birə-beş artırardı. Təbiətə aşiq Ağabəyim güldən-çiçəkdən yazar, Vətənə şeirlər, bayatılar, mədhiyyələr həsr edərdi. Elə bu səbəbdən idi ki, saraya gələnlər Ağabəyim ağadan gözəl şeirlər dilərdi. O da bu istedadı ilə fəxr edər, təbini işə salıb, ilhamını dilləndirərdi. İlhamı təbiət olan Ağabəyim ağanın güllərə, çiçəklərə qarşı fərqli sevgisi vardı. İncə, zərif gözəlliklərin vəhdətindən aləmə işıqsaçan güllüklər ona görə həyatın ağ-qara hissəsinin rəngli fonu idi. Ən çox sevdiyi gül isə Şuşada bitən “xarı bülbül” adlı gözəllər gözəli, dillər əzbəri bir gül idi. Nadir olan bu bitki yalnız bu yerlərdə bitirdi. Onun intizarlı duruşu, ədalı görünüşü bağçanın tamamlanan yar-yaraşığıydı. Hər səhər adəti üzrə yuxudan oyanan kimi bağa tələsər, güllər içində incə duruşu ilə hər çiçəkdən seçilən xarı bülbülü salamlayar, iyləyib xoş sözlər deyər, ona sevgisini səmimi hissləri ilə ifadə edərdi. Sanki xarı bülbülün bu gözəlliyini, onun içindəki işığı yalnız Ağabəyim ağa görərdi. Kimliyindən asılı olmadan bu gülə kim baxsaydı, ona heyran olardı. Özünəxas qəmzəli duruşu, cazibəli hüsnü hər kəsi valeh etmişdi özünə. Onu dərib bağına aparanlar da az deyildi. Gəl ki, kim onu bağında aparıb əkmişdisə, “nazlı” gül “küsmüşdü” həmin bağdan, bağçadan. Elə açmadan saralıb-olmuşdu yad bağçalarda. Ona görə Ağabəyim ağa elə hiss edirdi ki, bu gülü hamı görə bilər, amma onun kimi hamı baxa bilməz. Bu baxışlarda nələr yoxdu, nələr? Bu baxış Ağabəyimin xarı bülbülə bəslədiyi xüsusi sevgi hisslərindən ibarət idi. Aralarında elə bir bağ yaranmışdı ki, xarı bülbül də öz aşiqini görməyəndə boynunu bükər, kimsəsiz uzaqlara baxardı, gözləri yol çəkərdi. Bir az geciksəydi, hər yerə səs salar, ətrafa boylanar, güllərdən, çiçəklərdən öz aşiqini xəbər alardı. Xəbər almayanda da ağzını bıçaq açmazdı. Ta ki uzaqdan hüzuruna gələn Ağabəyimi görüncəyə qədər.

Ardını oxu...

20 oktyabr 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin təsviri” mövzusunda açıq dərs keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam etdirilir. Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Ardını oxu...

Cocuq Mərcanlıdan başlayıb Günnütdən güc alan, Böyük Mərcanlıya, Cəbrayıl və Füzuliyə –
böyük qələbəyə aparan zəfər yolu

Çoxəsrlik tarixi-siyasi təcrübənin məntiqi nəticəsi olan məşhur “Müstəqillik qurban tələb edir” aforizmi milli müstəqilliyini böyük qurbanlar bahasına əldə edən Azərbaycan xalqının dövlətçilik tarixində daha bariz şəkildə öz real inikasını tapıb. Bu qurbanların ən bahalısı isə ötən əsrin 80-90-cı illərində torpaqlarımızın 20 faizdən çoxunun işğal edilməsi oldu. Təbii ki, bu, aciz, qorxaq, həm də kölə xislətli mənfur ermənilərin öz şücaəti hesabına deyil, neft və milyonlar səltənəti Azərbaycanı öz müqəddəratı ilə baş-başa buraxmağa heç vəchlə razı olmayan möhtəkir müstəmləkələrin Azərbaycanı var qüvvələri ilə sındırmaq, asılı vəziyyətə salmaq istəyi nəticəsində baş verdi. O zaman ölkəmizdə gedən hakimiyyət davası, iqtidarsız iqtidarın ölkəni vətəndaş müharibəsi həddinə gətirəcək özbaşınalıqları ardıcıl, faciəvi ərazi itkilərimizlə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mövcud vəziyyətdə atəşkəsə nail olmaqla ölkəni ağır siyasi-hərbi böhran vəziyyətindən, növbəti məğlubiyyət və itkilərdən xilas etdi. Ulu öndər Dağlıq Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq ictimaiyyəti obyektiv şəkildə məlumatlandırmaq, milli həmrəyliyə, ordu quruculuğuna, güclü hərbi kadr potensialına nail olmaq istiqamətində misilsiz xidmətləri ilə ərazi bütövlüyümüzün bərpası üçün real situasiyanın yetişməsinə rəvac verdi. 


Tarixi ədalət bərpa edilir

Uzun illər sonra – 2016-cı il aprel ayının əvvəllərində təcavüzkar Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribata cavab olaraq qəhrəman ordumuz işğal altında olan 2000 hektara yaxın ərazimizi, o cümlədən Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etdi. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR