28 Aprel 2024, Bazar

Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tanınmış dekorativ sənət rəssamı Aygün Nağıyevanın yaradıcılıq sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq əvvəlcə tədbir iştirakçılarını Azərbaycan xalqını Böyük Qələbə Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində 30 ilə yaxın vaxt keçsə də, xalqımız, nəhayət, öz haqq savaşında qalib gəldi. Bu qələbə bizim tariximizlə bərabər, mədəniyyətimizin və milli qürurumuzun da qələbəsi oldu.
Qeyd edilib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda bir çox mədəniyyət müəssisələri, o cümlədən dövlət teatrları, filarmoniyalar, muzeylər, kitabxanalar, rəsm qalereyaları, konsert salonları, kino müəssisələri, mədəniyyət sarayları, həmçinin Bəstəkarlar Təşkilatı, Rəssamlar Birliyi, Yazıçılar Birliyi fəaliyyət göstərir. Günün tələbləri səviyyəsində işlərini qurmağa çalışan mədəniyyət ocaqlarında hər il yeni tamaşa və konsert repertuarları hazırlanır, xalqımızın tarixi, adət-ənənələri öyrənilir və təbliğ edilir, incəsənət nümunələri yaradılıb inkişaf etdirilir. Yaradılan şərait istedadlı insanların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olur. Naxçıvan mədəniyyəti həm də dünyanın digər ölkələrində beynəlxalq sərgi, festival və müsabiqələrdə uğurla təbliğ edilir.

Nazir çıxışında istedadlı gənclərin üzə çıxarılması və təhsil almaları istiqamətində də görülən işlərdən danışıb. Vurğulanıb ki, böyüməkdə olan uşaqların təhsillə bərabər maraq dairələrinin də formalaşması üçün uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin, o cümlədən uşaq gənclər yaradıcılıq mərkəzlərində müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyət göstərməsi, daha sonra həmin gənclərin istedadları üzrə ali və orta ixtisas təhsili müəssislərində oxuya bilmələri və təhsildən sonra işlə təmin olunması üçün vahid sistem yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrində 21 ixtisas üzrə təhsil alan tələbələrin Mədəniyyət Nazirliyinin hamiliyinə verilməsi də görülən işlərin məntiqi davamıdır. Diqqətə çatdırılıb ki, son illərdə keçirilən eksponat təqdimatlarında, o cümlədən rəsm və dekorativ tətbiqi sənət əsərlərinin təqdimat mərasimlərində Naxçıvandan və digər bölgələrdən olan, o cümlədən əcnəbi vətəndaşlar da iştirak edirlər. Naxçıvan Muxtar Respublikasında keçirilən 4 Beynəlxalq Rəsm Festivalı çərçivəsində Naxçıvan Dövlət Rəsm Qalereyasına onlarla rəssamın çəkdiyi rəsm əsərləri bağışlanıb. Ötən illər ərzində yerli rəssamlar da bu sahədə nümunə göstəriblər. Qeyd olunub ki, bütün bunlar uzun illər ərzində arxa cəbhədə qazandığımız qələbənin yalnız cuzi bir hissəsidir. Və təsadüfi deyildir ki, bu gün buraya toplaşdığımız sərginin də adı “Qələbə sevinci”dir.
Nazir çıxışının sonunda ümummilli lider Heydər Əliyevin portretini muxtar respublikamıza hədiyyə edən Aygün Nağıyevaya bu təşəbbüsünə görə təşəkkür edib və rəssamı sərgi münasibətilə təbrik edib.
Aygün Nağıyeva sərgi üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib. Sonra sərgi ilə tanışlıq olub.
Sonda tədbir iştirakçıları tərəfindən qalereyanın ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR