“Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində yerləşən Milli Dəyərlər Muzeyini ziyarət edib. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.
Bildirilib ki, Milli Dəyərlər Muzeyi 2019-cu il sentyabrın 23-də istifadəyə verilib.Muzey 1 otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı , Gerbi və Dövlət Himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.
Seyfur Hacımuradov