20 oktyabr 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin təsviri” mövzusunda açıq dərs keçirilmişdir.
Tədbiri giriş sözü iləM.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq kitabxanada da bir sıra tədbirlər –açıq dərslər, kitab müzakirələri keçirilmişdir. Belə tədbirlərin keçirilməsində məqsədpeşəkar və təcrübəli gənc kitabxanaçı kadrların hazırlanmasına nail olmaqdır. Qeyd edilmişdir ki, sənədlərin biblioqrafik təsvirində muasir təsvir qaydalarının tətbiqi dovlət standartlarına əsaslanır. Biblioqrafik təsvir sənədlər haqqında ən mühüm məlumatları əks etdirən biblioqrafik əlamətlərin müəyyən toplusudur. Biblioqrafik təsvir olmadan heç bir məlumat mənbəyi keçinə bilməz.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova “Çap əsərlərinin təsviri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, biblioqrafik təsvir biblioqrafik yazının əsas hissəsini təşkil edir. Sənədlər biblioqrafik təsvirdə elə əks olunmalıdır ki, oxucu sənəd haqqında ən mühüm məlumatı əldə edə bilsin. Təsvirin ünsürləri dəqiq, düzgün, konkret, məntiqi ardıcıllıqla verilməlidir. Hər hansı ünsürün səhv ifadə edilməsi oxucunu çaşdırar və məlumatın əldə edilməsini çətinləşdirər.Biblioqrafik təsvirin tərtib edilməsinin obyektini bütün dərc edilən sənəd növləri və müxtəlif daşıyıcılarda dərc edilmiş sənədlər – kitablar, seriyalı və digər nəşri davam edən resurslar, not, kartoqrafik, audiovizual, təsviri incəsənət, normativ-texniki sənədlər, mikrofilmlər, elektron informasiya resursları, sənədlərin tərkib hissəsi, eyni tipli və müxtəlif tipli sənədlər qrupu təşkil edir. Təsvirin quruluşundan asılı olaraq birsəviyyəli və çoxsəviyyəli biblioqrafik təsvirlər müəyyən edilir. Birsəviyyəli təsvir bir səviyyədən ibarət olur. Bu təsvir bir hissəli sənədə, tamamlanmış çox hissəli sənədə verilə bilər. Çoxsəviyyəli təsvir iki və daha artıq səviyyədən ibarətdir. Bu təsvir çox hissəli sənədə -çoxcildli və ya komplekt sənədə, seriyalı və ya ardı davam edən resuslara tərtib edilə bilər.
Sonda tələbələri maraqlandıran, mövzu ilə bağlı suallar cavablandırılmışdır. Onlar çap əsərlərinin təsviri ilə təcrübi olaraq yaxından tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
Nazirliyinin mətbuat xidməti