22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 2019-cu ildə institut tələbələrinin ölkə və muxtar respublika miqyaslı müxtəlif yarış və müsabiqələrdə qazandıqları uğurları əks etdirən sərgiyə, Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin əl işlərinə baxıblar.

Tədbiri giriş sözü ilə açan institutun prorektoru Azad Novruzov həmrəylik gününün tarixi və siyasi əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada azərbaycanlıların birlik və həmrəyliyinin yaradılması zərurətinə, ulu öndər Heydər Əliyevin bu sahədə apardığı məqsədyönlü işlərin tarixi önəm daşıyan siyasi məqamlarına toxunub. Çıxış zamanı, həmçinin başa çatmaqda olan 2019-cu ildə instituta göstərilən dövlət qayğısı, həyata keçirilən işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsindən sonra institutun istedadlı tələbələri tərəfindən vətənpərvərlik və həmrəylik mövzusunda musiqi nömrələri ifa edilib, şeirlər söylənilib. Sonda tələbələrin bir qrupu institutun ictimai işlərində fəallıqlarına görə fəxri fərman və diplomlarla təltif edilib.


Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR