22 Dekabr 2024, Bazar

Dünyanın möcüzəli məkanlarından olan Əshabi-Kəhf ziyarətgahı Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşir. Hər il bu ziyarətgahı Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist ziyarət edir.

 

Məlumata görə, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində (“Əl-Kəhf” – “Mağara”) bəhs edilir. “Əshabi-Kəhf” kimi tanınan mağaralar Kiçik Asiya və Fələstinin, Türkiyənin ərazisində də mövcuddur. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu təsdiqləyir.

Qeyd edək ki, ziyarətgahda ilk dəfə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığı ilə tikinti-abadlıq işləri aparılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Əshabi-Kəhf ziyarətgahından fotoreportajı təqdim edirik:

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR