Finlandiyanın Tampere şəhərində Beynəlxalq İncəsənət Festivalı çərçivəsində poeziya klubunun tədbiri keçirilib.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, ən yaxşı şeir örnəkləri sırasında Xalq şairi Nigar Rəfibəylinin bir neçə şeiri də səsləndirilib.
Tahirə Cəfərovanın fin dilinə çevirdiyi “Azərbaycanın qadın şairləri” kitabından götürülən şeirləri məşhur aktrisa Pirkko Mutton səsləndirib.