22 Dekabr 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun multidissiplinar əlyazmalar haqqında Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” kitabının ingiliscəsi (“Multidisciplinary manuscripts of Azerbaijan: Masterpieces of the treasury”, Baku-2017) İspaniya Milli Kitabxanasının fonduna daxil edilib.

 AMEA-dan bildirilib ki, İspaniya Milli Kitabxanasının hədiyyə və mübadilə xidmətinin rəhbəri San Xuan Nünes nəşrə görə Əlyazmalar İnstitutuna təşəkkür məktubu göndərib.

Kitabın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihənin rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR