22 Dekabr 2024, Bazar

Qədim Naxçıvan torpağının yetirməsi, on mindən çox əsərin müəllifi İbrahim Safi  Türkiyə və Avropada özünəməxsus rəssamlıq üslubu ilə tanınıb. Onu Azərbaycan ictimaiyyətinə tanıtmaq, yaradıcılıq irsini öyrənmək baxımından  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 noyabr tarixli Sərəncamı böyük tarixi əhəmiyyətə malikdir. Bu sərəncama uyğun olaraq keçirilən silsilə tədbirlərin davamı olaraq istedadlı rəssamın əsərləri əsasında nəşr edilən “İbrahim Safi – albom kataloq”u nəşr olunub.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla hazırlanan yeni nəşrin giriş hissəsində adçəkilən sərəncam, görkənli rəssamın 120 ilik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı yer alıb. Kataloqun   “Portiretlər”, “Dəniz mənzərələri”, “Natrümortlar,” “Avropa”, “İstanbul mənzərələri”, “Qış mənzərələri”, “Kompozisiyalar”, “Mücərrəd”, ”Eskizlər və məktublar” adlı  bölmələrində zəngin rəng mozaikasından yoğrulmuş portretlərə,   rəssamın uşaqlıq xatirələrinə əsaslanan doğma yurdun məişətinə dair mövzularda  çəkdiyi rəsmlərə rast gəlmək olar.  Türkiyədə yaşayıb yaradan, daim axtarışlarda olan rəssam, iki il Münhendə, bir il Avropa ölkələrində olub, sərgiləri ilə dünya şöhrəti qazanıb. Kataloqda İstanbulun, Avropanın gözəlliklərini  özündə əks etdirən müxtəlif fəsillərə aid portretlər heyrətamiz gözəllikləri ilə diqqəti çəkir. 

Nəşrin sonundakı  “İbrahim Safi ömrü” adlı bölməsində rəssamın həyat və yaradıcılığının müxtəlif illərini özündə əks etdirən rəsmlər yer almaqdadır. Avropa və türk rəssamlıq məktəbləri ənənələrindən bəhrələnməsi Safi yaradıcılığının fərqli cəhətlərini göstərir. Ötən əsrin 50-ci illərində rəssamın əsərləri bir çox sərgilərdə nümayiş olunub.  Rəssam öz sənəti ilə həyatın, təbiətin, insanların gözəlliyini tərənnümetmiş, qarşısına qoyduğu məqsədə nail olmaq üçün sənətinin ən təsirli ifadəvasitəsindən istifadə edərək rəsim tarixinə öz izasını çəkmişdir. Rəssamın qələmə aldığı yüzlərlə sənət əsəri onun geniş yaradıcılıq diapazonundan xəbər verir. Uzun illər qurbətdə yaşamasına baxmayaraq öz əsərlərində Naxçıvanın gözəlliklərini daima yaşatmış,  bu günümüzə qədər gəlib çatan möhtəşəm rəsmlərdə tərənnüm etmişdir. Alboç-katoloqu vərəqləyərək görkəmli rəssamın əsərlərinə tamaşa etdikcə onun keşməkeşli həyat  yollarına səyahət etmiş olur və rəssamın Vətən həsrətini daha aydın görürük.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 noyabr tarixli Sərəncamına  uyğun olaraq istedadlı rəssamın əsərləri əsasında nəşr edilən “İbrahim Safi–Albom-kataloq”u görkəmli sənətkarın yaradıcılığına tükənməz qayğının  ifadəsi və rəssamın 120 illik yubileyinə dəyəli töhfədir. 

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR