02 May 2024, Cümə axşamı

Tanınmış fransız yazıçısı Viktor Hüqonun (1802-1885) “Göyə qalxan hava şarı” adlı rəsmi Fransada keçirilən hərracda 37,5 min avroya satılıb.

 TASS agentliyinə istinadən xəbər veririk ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Viktor Hüqo tanınmış yazıçı və şair olmaqla yanaşı, həm də istedadlı rəssam olum. Müəllif əsərdə lələkdən istifadə edərək böyük ustalıqla ev və kilsələrin damları üzərindən havaya qalxan şarı təsvir etmişdir. Əsər Parisin ümumi görüntüsünü almaq üçün hündür yerdən çəkilib. Ancaq müəllifin şəkilə imza qoymadığına baxmayaraq mütəxəssislər onun məhz Viktor Hüqo tərəfindən çəkildiyini təyin edə biliblər.

Qeyd edək ki, həmin rəsm əsəri Fransa-Prusiya müharibəsi zamanı düşmənin Parisi mühasirəyə aldığı (1870-1871) dövrü əks etdirir. Hava şarları o zaman Fransa ordusu tərəfindən düşmən mövqelərinin izlənilməsi, məktub və qəzetlərin çatdırılması məqsədilə geniş istifadə olunurdu. Bu şarlardan biri 1870-ci ilin sentyabrında havaya qalxaraq alman əsgərlərinin üzərinə yazılmış vərəqlər atmışdır. Viktor Hüqonun təsvir etdiyi şar isə görkəmli yazıçının adını daşıyırdı. Şar Luvr muzeyinin yaxınlığındakı ərazidən göyə qalxıb. Deyilənə görə həmin şar qalxanda camaat “Yaşasın Fransa Respublikası” şüarını səsləndirib.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR