01 May 2024, Çərşənbə

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Rəssamı tanıyaq” və “Evimizi bəzəyən əsərlər” adlı onlayn videoçarx müsabiqələrinin mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək keçirilən müsabiqənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, “Rəssamı tanıyaq” videoçarx müsabiqəsi gənc rəssamlar və onların əl işləri ilə tanışlıq, “Evimizi bəzəyən əsərlər” videoçarx müsabiqəsi isə sənət­sevər insanlara kolleksiyaçılıq ruhunu aşılamaq məqsədi daşıyır.

Qeyd olunub ki, müsabiqə iştirakçıları hər iki istiqamət üzrə video­çarxlar hazırlayaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə təqdim ediblər.
Sonra 6 gənc rəssam və sənətsevərin iştirak etdiyi hər iki müsabiqədə qaliblər mükafatlandırılıb. Naxçıvan Dövlət Universitetinin IV kurs tələbəsi Arzu Tarverdiyeva və Naxçıvan Müəllimlər İnstitutunun IV kurs tələbəsi Tofiq Fərzəliyev “Rəssamı tanıyaq” müsabiqəsinin qalibləri olublar. “Evimizi bəzəyən əsərlər” müsabiqəsinin qalibi isə sənətsevər Həqiqət Tahirova seçilib.
Hər iki müsabiqənin qalibləri hədiyyə və diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin qalib videoçarxları Rəssamlar Birliyinin “Youtube” kanalında yerləşdirilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR