02 May 2024, Cümə axşamı

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib. “Romantizm cərəyanının yaranmasına dair” mövzusunda seminar Bakı Musiqi Akademiyası Musiqi tarixi kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ülviyyə İmanova tərəfindən keçilib.
Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov fakültədə belə seminarların təşkilinin artıq ənənə halı aldığını qeyd edib. Vurğulanıb ki, təşkil edilən ustad dərslər müəllim və tələbələrin peşə bacarıqlarının formalaşmasında, təcrübələrinin möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.
Professor Ülviyyə İmanova XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Avropa ədəbiyyatında, sonra isə musiqi və təsviri incəsənətdə təşəkkül tapmış romantizm cərəyanından danışıb. Bu ədəbi cərəyanın yaranma səbəbləri və o dövrdə mövcud olan ictimai-siyasi mühit təhlil edilib. Alman və İtaliya bəstəkarlıq məktəblərindən söhbət açan professor F. Şubert, R.Şuman, F. Şopen, K.M. Veber, F.List və digər məşhur bəstəkarların əsərlərinin janr və üslub xüsusiyyətlərini diqqətə çatdırıb.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Səadət ƏLİYEVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR